“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin otuz beşinci cildi çapdan çıxıb
11.02.2017 [10:09]
“Dünyada müxtəlif vaxtlarda baş vermiş dəhşətli terror hadisələri göstərir ki, nə qədər güclü olmasına baxmayaraq, heç bir ölkə təkbaşına öz təhlükəsizliyini təmin edə bilməz. Terrorçuluğa, beynəlxalq cinayətkarlığa və digər xoşagəlməz hadisələrə ancaq o təqdirdə təsir etmək olar ki, bütün ölkələr bu işdə birgə fəaliyyət göstərsin. Beynəlxalq terrorçuluğa qarşı mübarizənin gücləndirilməsi ancaq bütün ölkələrin birgə səyləri nəticəsində baş verə bilər. İndi cinayətkarlığın yeni növləri üzə çıxır. Əfsuslar olsun ki, cinayətkar aləm də müəyyən dərəcədə elmi-texniki tərəqqinin imkanlarından istifadə edərək, cinayətkarlığın yeni üsullarını ortaya qoyur və biz buna hazır olmalıyıq”.
AZƏRTAC xəbər verir ki, yenicə çapdan çıxmış “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 35-ci cildində yer alan bu fikirləri dövlətimizin başçısı milli təhlükəsizlik orqanlarının 90 illik yubileyi ilə bağlı keçirilən mərasimdə iştirak etmək üçün Bakıya gələn xarici ölkələrin xüsusi xidmət orqanlarının yüksək vəzifəli nümayəndələri ilə görüşündə söyləyib.
Çoxcildliyin bu nəşrinə daxil olan materiallar 2009-cu ilin fevralından aprelinədək olan dövrü əhatə edir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin bu cildinə dövlətimizin başçısının Azərbaycana səfər etmiş Ukrayna Prezidenti ilə görüşünə, Türkiyə, İran, Gürcüstan, Rusiya və digər ölkələrin, BMT, ISESCO və ATƏT-in, xarici şirkətlərin yüksək vəzifəli şəxslərini qəbul etməsinə dair materiallar, UNESCO-nun Baş direktoru Koişiro Matsuuranın iştirakı ilə Bakıda Beynəlxalq Muğam Mərkəzində “Muğam aləmi” beynəlxalq festivalının, Müasir İncəsənət Muzeyinin açılışındakı nitqləri daxil edilib.
Prezident İlham Əliyevin Küveyt Dövlətinə, Yunanıstana, İran İslam Respublikasına, Rusiya Federasiyasına səfərləri zamanı bu ölkələrin dövlət və hökumət başçıları ilə ikitərəfli əlaqələrin inkişafına dair görüş və danışıqları, Rusiyanın “Vesti” kanalına və “İTAR-TASS” agentliyinə müsahibələri də nəşrin bu cildində yer alıb. Bütün görüş və danışıqlarda Azərbaycan Prezidenti Ermənistanın işğalçılıq siyasətini və bunun acı nəticələrini diqqətə çatdırıb, dünya dövlətlərini Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları çərçivəsində həllinə dəstək olmağa çağırıb.
Kitabda, həmçinin “Rossiya” telekanalında “Formula vlasti” proqramının Azərbaycan Prezidenti İlham Əliyevə həsr edilmiş buraxılışının mətni, dövlətimizin başçısının “Bakı - İslam mədəniyyətinin paytaxtı-2009” mədəniyyət ilinin təntənəli açılış mərasimində nitqi, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)” icrasının yekunlarına həsr olunmuş konfransda giriş və yekun nitqləri, Bakıda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialının rəsmi açılışında iştirakına dair materiallar, eləcə də müxtəlif məktubları, bəyanatları verilib.
Nəşrin 35-ci cildində Prezident İlham Əliyevin regionların sosial inkişaf proqramının həyata keçirilməsi ilə əlaqədar Bərdə, Yevlax rayonlarına və Mingəçevir şəhərinə səfəri zamanı bölgənin sosial-iqtisadi və mədəni cəhətdən inkişafına həsr olunmuş çıxışları yer alıb.
Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri daxil edilib.
“Azərnəşr” tərəfindən buraxılan 35-ci cildin hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
Xəbər lenti
Hamısına baxSiyasət
13 Oktyabr 21:40
Mədəniyyət
13 Oktyabr 21:37
Elm
13 Oktyabr 21:21
Dünya
13 Oktyabr 20:05
Sosial
13 Oktyabr 18:36
Sosial
13 Oktyabr 18:30
Dünya
13 Oktyabr 18:17
İqtisadiyyat
13 Oktyabr 17:50
Gündəm
13 Oktyabr 17:26
İqtisadiyyat
13 Oktyabr 17:16
Din
13 Oktyabr 17:06
Siyasət
13 Oktyabr 17:05
Din
13 Oktyabr 17:04
YAP xəbərləri
13 Oktyabr 16:59
YAP xəbərləri
13 Oktyabr 16:41
Dünya
13 Oktyabr 16:14
Sosial
13 Oktyabr 16:04
Siyasət
13 Oktyabr 16:03
Hadisə
13 Oktyabr 16:03
İqtisadiyyat
13 Oktyabr 16:02
Sosial
13 Oktyabr 16:01
Dünya
13 Oktyabr 15:13
Siyasət
13 Oktyabr 15:07
Gündəm
13 Oktyabr 14:57
YAP xəbərləri
13 Oktyabr 14:28
YAP xəbərləri
13 Oktyabr 14:22
Dünya
13 Oktyabr 14:08
Siyasət
13 Oktyabr 14:07
YAP xəbərləri
13 Oktyabr 14:05
Gündəm
13 Oktyabr 13:59
YAP xəbərləri
13 Oktyabr 13:53
YAP xəbərləri
13 Oktyabr 13:51
Gündəm
13 Oktyabr 13:47
Siyasət
13 Oktyabr 13:07
YAP xəbərləri
13 Oktyabr 12:50
Siyasət
13 Oktyabr 12:23
YAP xəbərləri
13 Oktyabr 12:19
Siyasət
13 Oktyabr 12:04
Siyasət
13 Oktyabr 11:57
Dünya
13 Oktyabr 11:52
Gündəm
13 Oktyabr 11:50
Dünya
13 Oktyabr 11:48
Siyasət
13 Oktyabr 11:43
Dünya
13 Oktyabr 11:38
YAP xəbərləri
13 Oktyabr 11:31
İdman
13 Oktyabr 11:30
Gündəm
13 Oktyabr 11:25
YAP xəbərləri
13 Oktyabr 11:25
YAP xəbərləri
13 Oktyabr 11:22
İqtisadiyyat
13 Oktyabr 11:18
Siyasət
13 Oktyabr 11:15
Dünya
13 Oktyabr 11:11
Gündəm
13 Oktyabr 10:59
Gündəm
13 Oktyabr 10:45
İqtisadiyyat
13 Oktyabr 10:41
Sosial
13 Oktyabr 10:38
İdman
13 Oktyabr 10:32
İqtisadiyyat
13 Oktyabr 10:19
Sosial
13 Oktyabr 10:07
İqtisadiyyat
13 Oktyabr 10:03
Mədəniyyət
13 Oktyabr 09:51
Sosial
13 Oktyabr 09:48
Sosial
13 Oktyabr 09:43
Analitik
13 Oktyabr 09:27
Gündəm
13 Oktyabr 09:05
Analitik
13 Oktyabr 08:59
Sosial
13 Oktyabr 08:37
Sosial
13 Oktyabr 08:10
Turizm
12 Oktyabr 23:47
Dünya
12 Oktyabr 23:46

