Azərbaycan 2017-ci ili uğurla başa vurmaq üçün bütün lazımi tədbirləri həyata keçirəcək
16.02.2017 [10:00]
Prezident İlham Əliyev: Bizim siyasətimizin məqsədi ölkəmizi gücləndirməkdir, müstəqilliyimizi möhkəmləndirməkdir və dayanıqlı inkişafa nail olmaqdır
Son 13 ildə davamlı inkişaf ölkəmizin müasir mənzərəsini səciyyələndirən əsas cəhətə çevrilib. Praqmatik siyasətçi olan Prezident İlham Əliyevin qlobal çağırışları və respublikamızın reallıqlarını məharətlə uzlaşdıraraq müəyyənləşdirdiyi strateji kursun uğurla reallaşdırılması sayəsində Azərbaycanın bütün dünya miqyasında nümunəvi sayılan və bir sıra mütərəqqi cəhətləri ilə fərqlənən yeni keyfiyyətli inkişaf modeli formalaşıb. Bəhs olunan dövrdə neft gəlirləri hesabına ölkənin maliyyə imkanlarının genişlənməsi fonunda aktiv şəkildə əsas kapitala kifayət qədər irihəcmli investisiyalar yönəldilib. Ölkəmiz sosial və iqtisadi infrastruktur quruculuğunda, özəl sektorun inkişafında, sənayeləşmədə, aqrar sektorun istehsal və ixrac imkanlarının genişləndirilməsində, makroiqtisadi sabitliyin təmin olunmasında, əhalinin rifah halının yaxşılaşmasında diqqətəlayiq uğurlara imza atıb. Həmçinin 2004-cü ildən start verilən regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində bölgələrin də tarazlı şəkildə inkişaf etməsi və iqtisadi güc amilinə çevrilməsi ölkənin potensialının artmasına güclü impuls verib.
Azərbaycan cari ildə də özünün inamlı inkişafını davam etdirmək əzmindədir
Yuxarıda deyilənlər Azərbaycanın davamlı inkişafı təmin etmək üçün ardıcıl surətdə inamlı addımlar atdığını təsdiqləyir. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqində diqqəti qarşıda duran əsas məqsədlərə yönəldərək deyib: “Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm ki, bizim siyasətimizin məqsədi ölkəmizi gücləndirməkdir, müstəqilliyimizi möhkəmləndirməkdir və dayanıqlı inkişafa nail olmaqdır”.
Məlumdur ki, son zamanlar dünyada yaranan yeni çağırşlar və qlobal mənfi təsirlər ölkəmizdə bir sıra çətinliklərlə müşayiət olunan yeni şərait yaradıb. Azərbaycan yaranmış vəziyyətdə də ölkənin güclü iqtisadi potensialını və insan resurslarını səfərbər etməklə inkişafın bundan sonra da ardıcıllığını təmin etmək əzmi nümayiş etdirir. Bu məqsədlə ölkəmizdə Prezident İlham Əliyevin güclü siyasi iradəsi əsasında ötən ilin əvvəlindən etibarən genişmiqyaslı islahatlara başlanılıb. Həyata keçirilən prevantiv tədbirlər bir sıra çətinliklərlə müşayiət olunan yeni iqtisadi şəraitdə də Azərbaycanın inamlı inkişafı üçün etibarlı platforma qismində çıxış edir. Yeni iqtisadi şəraitdə Azərbaycanın uğurlu inkişafının təməlində məhz düşünülmüş siyasət, islahatlar və ölkənin gələcəyi ilə bağlı planların müvəffəqiyyətlə icrası amili dayanır.
Azərbaycanda ötən illərdə yaradılan möhkəm baza yeni şəraitdə milli iqtisadiyyatımızın müqavimət gücünü əhəmiyyətli dərəcədə artırır. Eyni zamanda, Azərbaycanın dövlət başçısı yuxarıda bəhs olunan konfransda 2017-ci ildə ayrı-ayrı sahələr üzrə inkişafın ardıcıllığını təmin etmək məqsədilə konkret tapşırıqlar verib. Prezident İlham Əliyev 2017-ci ilin uğurla başa vurulması üçün bütün lazımi tədbirlərin həyata keçiriləcəyinə əminliyini ifadə edərək deyib: “Bu gün verdiyim bütün tapşırıqlar yerinə yetirilməlidir. Verdiyim tapşırıqlarla bağlı vaxtaşırı məlumat Prezident Administrasiyasına göndərilməlidir. Prezident Administrasiyası isə bu tapşırıqların yerinə yetirilməsi ilə bağlı bütün lazımi tədbirləri görəcək, nəzarətdə saxlayacaq ki, biz 2017-ci ili də uğurla başa vuraq”.
Ölkə iqtisadiyyatının şaxələndirilməsi, idxaldan asılılığın azaldılması, ixracın artırılması əsas hədəflərdəndir
Cari ildə ölkəmizdə iqtisadiyyatının şaxələndirilməsi, idxaldan asılılığın azaldılması, ixracın artırılması əsas hədəflər kimi müəyyənləşdirilib. 2017-ci ildə Azərbaycanın inkişaf perspektivlərindən bəhs edən Prezident İlham Əliyev vurğulayıb: “Əlbəttə, bütün bu işləri görərkən, bir daha qeyd etmək istəyirəm ki, biz bir neçə məqsədi güdürük. Ölkə iqtisadiyyatını şaxələndirmək, idxaldan asılılığı azaltmaq, ixrac potensialını və kənd təsərrüfatı məhsullarının ixracını artırmaq. Hesab edirəm ki, biz kənd təsərrüfatı məhsullarının ixracını iki dəfə artıra bilərik. Bu, real hədəfdir, biz buna nail olmağa çalışmalıyıq. Beləliklə, ölkəmizə daha çox valyuta gələcək, manat öz sabitliyini qoruyacaq, neftdən asılılıq azalacaq və iş yerləri yaradılacaq, sahibkarlıq inkişaf edəcək”.
Ölkəmizin dünyada yaşanan qlobal çətinliklərin fonunda öz təhlükəsizliyini təmin etmək üçün ilk növbədə daxili resurslara istinad edərək müəyyənləşdirdiyi iqtisadi inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri respublikada qeyri-neft sektorunun üstün inkişafının təmin olunması və yerli istehsalın güclü şəkildə təşviq edilməsi ilə bağlıdır. Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq respublikamızda davamlı şəkildə həyata keçirilən islahatlar, qarşıya qoyulan hədəflər iqtisadiyyatın diversifikasiya edilməsinə və ağırlıq mərkəzinin tədricən qeyri-neft sektoruna keçməsinə yönəldilib. Dövlət başçısının qənaəti belədir ki, ölkədə neftdən asılılıq tamamilə aradan götürülməlidir.
Ölkəmizdə qeyri-neft sektorunun üstün inkişafının təmin edilməsi ilə paralel şəkildə idxalın azaldılmasının, ixracın həcminin artırılmasının da əsas hədəflər kimi müəyyənləşdirilməsi də təsadüfi deyil. İdxalı azaldıb daxili tələbatı yerli istehsal hesabına ödəməklə, eyni zamanda, xarici bazarlara daha çox məhsul çıxartmaqla həm ölkədən valyuta axınını minimuma endirmək, həm də dünya birjalarında neftin ucuzlaşması fonunda respublikanın gəlirlərinin azalmasını kompensasiya etmək mümkündür.
Azərbaycan vətəndaşı daha da yaxşı yaşamalıdır
Ölkənin davamlı olaraq inkişafından, iqtisadi potensialın ilbəil genişlənməsindən bütün respublika boyu sosial infrastruktur yaradılması, insanların həyat şəraitinin yaxşılaşdırılması, maddi təminatlarının möhkəmləndirilməsi məqsədilə istifadə olunur. Mənfi xarici təsirlər nəticəsində yaranan və müəyyən çətinliklərlə müşayiət olunan yeni şəraitdə də respublikamız genişməzmunlu sosial siyasətinə sadiqlik nümayiş etdirir. Bunun təsdiqi kimi təkcə belə bir faktı vurğulamaq yerinə düşər ki, ötən il ölkəmizdə maaşlar 7 faiz, pensiyalar 8 faiz artıb. Dövlət başçısının müvafiq Fərman və sərəncamları əsasında sosial ödənişlərin, əmək haqlarının, pensiyaların artımı 3,6 milyon nəfəri və ya ölkə əhalisinin 38 faizini əhatə edib.
Azərbaycan həmçinin 2017-ci ilə də yeni sosial təşəbbüslərlə başlayıb. Cari ilin dövlət büdcəsi vəsaitlərinin 40 faizdən çoxunun məhz sosial xərclərə yönəldilməsi nəzərdə tutulub. Bundan başqa, Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması, əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncamlar imzalayıb.
2017-ci ilin əvvəlindən ölkəmizdə həmçinin məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində yeni mühüm addım atılıb.
Göründüyü kimi, Azərbaycanın sosial siyasəti dərin məzmunludur. Ölkəmizdə ehtiyacı olan bütün vətəndaşlar dövlət dəstəyindən bəhrələnirlər. Prezident İlham Əliyev məqsədin Azərbaycan vətəndaşının daha da yaxşı yaşamasını təmin etmək olduğunu bir daha nəzərə çatdıraraq deyib: “Əlbəttə, məqsədimiz ondan ibarətdir ki, Azərbaycan vətəndaşı daha da yaxşı yaşasın. Yəni biz bütün bu işləri onun üçün edirik ki, xalqımız daha da yaxşı yaşasın. Ona görə sosial məsələlərin həlli bütün proqramlarda nəzərdə tutulmuşdur, həm maaşların, pensiyaların, sosial müavinətlərin, ünvanlı sosial yardımın artırılması və eyni zamanda, sosial infrastrukturun yaradılması qarşımıza məqsəd kimi qoyulmuşdur”.
İşsizlik Azərbaycanda aşağı səviyyədə qalacaq
Ölkəmizdə məşğulluq kimi vacib sosial məsələnin həllində 2004-cü ildən bəri regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla reallaşdırılmasının rolunu da xüsusi qeyd etmək lazımdır. Belə ki, Dövlət proqramlarının icrası çərçivəsində respublikanın bölgələrində onlarca böyük əmək tutumlu sənaye, turizm, xidmət obyektləri fəaliyyətə başlayıb, yeni təsərrüfatlar yaradılıb. Bütün bunlar yerlərdə əhalinin məşğulluğu probleminin həllinə mühüm töhfələr verib. Belə ki, Dövlət proqramlarının icrasına başlanandan indiyədək ölkə üzrə təxminən 1,5 milyon yeni iş yeri yaradılıb ki, onların da böyük əksəriyyəti daimidir və bölgələrin payına düşür. Azərbaycan yeni iş yerlərinin yaradılması siyasətini yeni iqtisadi şəraitdə də diqqət mərkəzində saxlayır. Cari ilin sonunadək ölkədə 42 min ictimai iş yerinin açılması nəzərdə tutulub. Prezident İlham Əliyev əminliyini ifadə edərək bildirib ki, həyata keçiriləcək bu və ya digər tədbirlər sayəsində respublikada işsizlik Azərbaycanda yenə də aşağı səviyyədə qalacaq: “Eyni zamanda, bu il 42 min ictimai iş yeri açılacaq. Biz keçən il də ictimai iş yerlərinin açılması ilə bağlı tədbirlər gördük, bu il də görüləcək. Bu iş yerləri mümkün olan işsizliyi aradan qaldırmaq üçün açılır. Bu işlər ictimai işlərdir. Bölgələrdə təmir-tikinti ilə, yaşıllıq zonalarına xidmətlə bağlı iş yerləri açılacaq. Dövlət şirkətlərinin xətti ilə də bu cür iş yerləri açılacaq. Yalnız ictimai xidmətlər istiqamətində 42 min iş yeri açılacaq. Görüləcək digər tədbirlər hesabına on minlərlə iş yeri açılacaq və beləliklə, işsizlik Azərbaycanda həmişə olduğu kimi, aşağı səviyyədə qalacaq”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

