Ciddə şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
15.03.2017 [10:03]
Ölkəmizin Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyinin təşkilatçılığı və İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Baş katibliyinin dəstəyi ilə İƏT-in mənzil-qərargahında Xocalı soyqırımının 25-ci ildönümünün anım mərasimi keçirilib.
Tədbirdə İƏT Baş katibi Yusif bin Əhməd Əl-Useymin, Baş katibin siyasi, iqtisadi, elm və texnologiya və Fələstin məsələləri üzrə dörd müavini, Katibliyin müxtəlif idarələrinin baş direktor və direktorları, Beynəlxalq İslam İnformasiya Agentliyinin Baş direktoru, İslam İnkişaf Bankının rəsmi nümayəndəsi, bir sıra ölkələrin Ciddədəki baş konsulları, Türkiyə, İran, Əfqanıstan və Pakistanın İƏT yanında daimi nümayəndələri, habelə diaspor üzvləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan səfirliyinin İƏT yanındakı ofisi tərəfindən Qarabağın tarixi, ermənilərin bu torpaqlara köçürülməsi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələri və münaqişənin həlli istiqamətində beynəlxalq təşkilatların, xüsusilə BMT TŞ-nin qətnamələri barədə təqdimat nümayiş olunub.
Sonra Azərbaycanın krallıqdakı səfiri və İƏT yanında daimi nümayəndəsi Rasim Rzayev çıxış edərək İƏT Baş katibinə tədbirə ev sahibliyi etdiyi üçün təşəkkürünü bildirib, Xocalı soyqırımı barədə tədbir iştirakçılarını ətraflı məlumatlandırıb.
Vurğulanıb ki, 2008-ci ildən başlayaraq, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasının uğurla həyata keçirilməsi nəticəsində artıq bir sıra dövlətlər Xocalıda törədilən qırğını soyqırımı kimi tanıyıblar. İslam ölkələri dövlət başçılarının 2013-cü ildə Qahirədə keçirilmiş 12-ci sammitində Xocalıda törədilən vandalizm soyqırımı aktı və insanlığa qarşı cinayət kimi qiymətləndirilib.
Daha sonra İƏT Baş katibi çıxış edərək Xocalıda həlak olanların xatirəsini dərin hüznlə anıb, Azərbaycan xalqına İƏT və İslam dünyası adından başsağlığı verib. Təşkilatın istər sammit, istərsə də XİN Şurası tərəfindən qəbul edilən qərarlarında Ermənistanın Azərbaycana qarşı təcavüzünün qəti şəkildə pislənildiyini vurğulayan Yusif Əl-Useymin münaqişənin həllində təşkilatın mövqeyinin dəyişməz olduğunu bildirib. Xocalı soyqırımını insanlığa qarşı ağır cinayət adlandıran Baş katib gec-tez günahkarların beynəlxalq səviyyədə cəzalandırılacağına ümidvar olduğunu deyib.
Sonra Türkiyə Respublikasının İƏT yanında daimi nümayəndəsi səfir Saleh Mutlu Şən çıxış edərək, ölkəsinin Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı barədə mövqeyini bir daha diqqətə çatdırıb.
Anım mərasimində Heydər Əliyev Fondu tərəfindən çəkilən “Khojaly Genocide” adlı sənədli film nümayiş etdirilib.
İştirakçılara, həmçinin “Xocalı uşaqların gözü ilə” rəsm sərgisi və “Xocalıya ədalət!” kampaniyası çərçivəsində keçirilən tədbirlərin fotoşəkillərindən ibarət sərgi təqdim olunub.
Sonda Xocalı qurbanlarının xatirəsinə ehsan süfrəsi açılıb.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14

