Müasir beynəlxalq münasibətlərin nizama salınmasında hansı ittifaqların qurulması zəruridir?
17.03.2017 [10:16]
Beşinci Qlobal Bakı Forumu çərçivəsində keçirilən daha bir panel “Müasir beynəlxalq münasibətlərin nizama salınmasında hansı ittifaqların qurulması zəruridir?” mövzusuna həsr olunub.
AZƏRTAC xəbər verir ki, Gürcüstanın Baş nazirinin müavini Eka Tkeşelaşvilinin moderatorluğu ilə keçirilən paneldə dünyada və regionda baş verən ictimai-siyasi proseslərlə bağlı ətraflı müzakirələr aparılıb.
Paneldə çıxış edənlər hərbi ittifaqlar haqqında danışıb, NATO-ya üzv dövlətlərin və digər beynəlxalq təşkilatların tərəfdaş ölkələrlə münasibətlərinə toxunublar. Qeyd olunub ki, dünyada hökm sürən iqtisadi-siyasi böhran ölkələrarası münasibətlərə də təsir göstərir.
Hərbi ittifaqların aktuallığından söhbət açan Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov qeyd edib ki, indiki dövrdə müasir ittifaqların yaradılması vacibdir. NATO-nun fəaliyyətinə toxunan sabiq Prezident bu qurumun dünya üçün böyük əhəmiyyətə malik olduğunu və alternativinin olmadığını vurğulayıb.
Ekvadorun sabiq Prezidenti Rosalia Arteaga qloballaşmanın bir çox hallarda çətinliklər yaratdığını vurğulayaraq Avropanın dünya üçün yeni modellər təqdim edəcəyinə ümidvar olduğunu bildirib. O, təhsil işçisi olaraq bu sahədə yeniliklərin yaradılmasının, uşaqlarda kiçik yaşlardan sülhə, barışa təşviq edən fikirlər aşılanmasının tərəfdarı olduğunu deyib. Sabiq Prezident bütün dərsliklərdə sülh mövzusunun yer almasının vacibliyini vurğulayıb.
Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç “Mən gələcəyə görə çox narahatam” adlı məruzəsində qloballaşan dünyada bir çox insanların da bu məsələ ilə bağlı narahatlıq keçirdiyini deyib. O, bəşəriyyətin üzləşdiyi problemlərin, xüsusilə hərbi münaqişələrin tezliklə həll olunmasını arzuladığını vurğulayıb. Qeyd edib ki, bu problemlər həllini tapsa gələcəyə ümidlə baxmaq olar.
Fransanın sabiq iqtisadiyyat naziri Edmund Alfanderi Avropanın hazırda üzləşdiyi çətinliklərdən danışıb. “Miqrasiya, təhlükəsizlik problemləri, qaçqınların taleyi - bu kimi məsələlər bu gün hər kəsi düşündürür”, - deyə Fransanın sabiq naziri vurğulayıb.
Edmund Alfanderi qeyd edib ki, beynəlxalq münasibətlərin zərər görməməsi üçün bu problemlər mütləq həllini tapmalıdır.
Rumıniyanın sabiq Baş naziri Petre Roman Avropanın üzləşdiyi çətinliklər, regional inteqrasiya, miqrasiya sahəsində baş verən proseslərə münasibət bildirib. Qeyd edib ki, bu gün dünya qeyri-müəyyənlik və şübhələrlə doludur. Buna görə də əsas üç amilə diqqət yetirilməlidir və bu məsələlər həllini tapmalıdır. Bunlar qloballaşma, texnoloji inkişaf və iqlim dəyişikliyidir.
“Concordia” təşkilatının həmtəsisçisi və idarə heyətinin sədri Nikolas Logotetis dünyada baş verən problemlərin həlli yollarının tapılmasında birgə səylərin artırılmasının vacibliyini qeyd edib.
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edərək başda BMT olmaqla dünya siyasətində aparıcı mövqe tutan qurumların beynəlxalq münasibətlər sistemindəki rolu və mövqeyi ilə bağlı yeni yanaşmaların ortaya çıxdığını bildirib. Qeyd edib ki, BMT-nin dünyada gedən geosiyasi proseslərə münasibəti, beynəlxalq və regional təhlükəsizliyi təhdid edən münaqişələrin aradan qaldırılması istiqamətində göstərdiyi ziddiyyətli fəaliyyəti dünya ictimaiyyəti tərəfindən birmənalı şəkildə qarşılanmır. Bu gün hamıya aydındır ki, bəzi Qərb dövlətlərinin təsiri altında BMT qəbul etdiyi qətnamə və qərarların yerinə yetirilməsinə ikili standartlar mövqeyindən yanaşır ki, bu da onun nüfuzuna ciddi zərbə vurur. Münaqişələrdən əziyyət çəkən dövlətlərin BMT-yə olan inamı getdikcə azalır.
Azərbaycanın da bu qurumun ikili standartlar münasibətilə üzləşdiyini vurğulayan Prezidentin köməkçisi deyib ki, BMT vaxtilə İraqın dərhal cəzalandırılmasına rəvac verdiyi kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin də təxirə salınmadan yerinə yetirilməsi üçün prinsipial mövqe nümayiş etdirmir. Liviya ilə bağlı BMT Təhlükəsizlik Şurasının çıxardığı qətnamə dərhal icra olunduğu halda, bu qurumun Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ayrı-ayrı vaxtlarda qəbul etdiyi dörd qətnamə iyirmi ildən çoxdur ki, yerinə yetirilmir.
Əli Həsənov qeyd edib ki, hazırda BMT-nin ikili standartlardan kənar, müstəqil bir qurum kimi fəaliyyət göstərməsi üçün təşkilatda ciddi islahatların aparılması, onun yenidən strukturlaşması və Təhlükəsizlik Şurası üzvlərinin sayının artırılması zərurəti ortaya çıxıb. Hazırda bir çox ölkələr hesab edir ki, yalnız 5 dövlətin BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü kimi veto hüququna sahib olması və ümumiyyətlə, təşkilatın formalaşmış daimi üzvlük meyarı ədalətli deyildir. Digər tərəfdən, BMT-nin hansısa ciddi qərarlar qəbul etməsi Təhlükəsizlik Şurasının 15 üzvündən 9-nun, o cümlədən 5 daimi üzvün konsensusa gəlməsindən asılıdır ki, bu da təşkilatın çevik və dinamik fəaliyyətinə böyük maneə yaradır. Təhlükəsizlik Şurasının üzvü olan bütün dövlətlərin heç də hamısının veto hüququna malik olmaması bəzi hallarda ədalətsiz qərarların qəbuluna gətirib çıxarır. Azərbaycan dövləti də dünyanın bütün regionlarında münaqişələrin aradan qaldırılması, sülhün və sabitliyin etibarlı şəkildə təmin olunması üçün BMT-də islahatların aparılması ideyasını dəstəkləyir.
Müasir beynəlxalq münasibətlərin nizama salınmasında hansı ittifaqların yaranmasının zəruri olduğu məsələsinə toxunan Prezidentin köməkçisi deyib: “Son 25 ilin təcrübəsi göstərir ki, “birqütblü” sistem və “yeni dünya nizamı” konsepsiyası dünyanın bütün dövlətləri tərəfindən birmənalı şəkildə qarşılanmır. Yenidən “Çoxqütblülüyün” bərpa edilməsində maraqlı olan dövlətlər vardır və onlar müxtəlif hərbi-siyasi ittifaqların yaranmasını istəyirlər”.
Bu məsələdə fikirlərin haçalandığını vurğulayan Əli Həsənov bildirib ki, Azərbaycanın 2011-ci ildə üzv olduğu Qoşulmama Hərəkatı isə dünya nizamının yeni arxitekturasının bərabərhüquqlu tərəfdaşlıq üzərində qurulmasında maraqlıdır və bu təşkilatın mövqeyinə görə, hansısa dövlət, yaxud beynəlxalq qurum dünyada sülhün və sabitliyin təmin edilməsində əlahiddə hüquqlara malik ola bilməz. “Çoxqütblü” dünyanın tərəfdarı olan Qoşulmama Hərəkatı hesab edir ki, dünyada bu və ya digər dövlətin, yaxud hansısa hərbi blokun uzun müddət mütləq liderliyini qoruyub saxlaması mümkün deyil. Hazırkı “birqütblü” sistem çoxsaylı beynəlxalq qlobal problemlər, regional münaqişə və mübahisələr yaradır ki, bu cür vəziyyətdən çıxış yolu isə beynəlxalq münasibətlərin “çoxqütblülük” şəraitində inkişaf etməsi ola bilər.
Sonra mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Siyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30

