/ / Vacib məsələlərin müzakirə platformasına çevrilən V Qlobal Bakı Forumu dünyaya yeni mesajlar çatdırıb
Vacib məsələlərin müzakirə platformasına çevrilən V Qlobal Bakı Forumu dünyaya yeni mesajlar çatdırıb
18.03.2017 [11:07]
“Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” devizi altında keçirilən V Qlobal Bakı Forumu martın 17-də işini başa çatdırıb.
AZƏRTAC xəbər verir ki, tədbirin yüksək səviyyədə keçirilməsinə görə təşkilatçılara minnətdarlığını bildirən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa deyib ki, bu Forum ölkələrarası münasibətlərin inkişafına layiqli töhfə verəcək.
Xanım Vayra Vike-Freyberqa Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Forumun təşkilinə dəstəklərini yüksək qiymətləndirib.
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniç deyib ki, iki gün davam edən Forumda müxtəlif mövzuları əhatə edən, o cümlədən qlobal sülhə nail olmaq üçün dialoqun qurulması, mövcud müharibələrin qarşısının alınması və gələcəkdə onlardan yayınmaq yolları, çoxqütblü dünya nizamının dəyərlərinin təşviqi və digər mühüm mövzularda səmərəli müzakirələr aparılıb.
Albaniya Respublikasının Prezidenti Buyar Nişani qeyd edib ki, Bakı Forumu artıq dünya miqyasında mühüm məsələlərin müzakirə olunduğu qlobal platformaya çevrilib. Tədbirin uğurlarından məmnunluğunu bildirən Albaniya Prezidenti V Qlobal Bakı Forumunun gələcəkdə daha geniş coğrafiyanı əhatə edəcəyinə əminliyini ifadə edib. Dünyada səmərəli idarəçiliyin olmaması və böyük güclərin fəaliyyətsizliyi nəticəsində hazırda bir çox yerlərdə humanitar fəlakət yaşanır, tarixi, mədəni irs məhv edilir. Buna görə də nəinki BMT Təhlükəsizlik Şurasında, bütövlükdə BMT-də mühüm islahatlar aparılmalıdır. Bu baxımdan Bakıda keçirilən bu nüfuzlu tədbir qlobal münaqişələrin həllinə öz müsbət təsirini göstərəcək. Çünki biz bu mesajı sülhpərvər Azərbaycandan göndəririk.
Latviya Respublikasının Prezidenti Raymonds Veyonis belə mötəbər Forumu dəstəklədiyinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib, dünyada münaqişələrin qarşısının alınmasında xalqlararası və dinlərarası dialoqun əhəmiyyətini vurğulayıb. Latviya Prezidenti qeyd edib ki, münaqişələri həll etmək, onların qarşısını almaq üçün belə forumlar ən yaxşı vasitədir. Bu cür tədbirlər insanları birliyə, sülhə səsləyir.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin Forumda aparılan müzakirələrin nəticələrindən danışaraq deyib ki, bütün insanlar qanunların, ədalətin hökm sürdüyü dünyada, müstəqil və təhlükəsizlik şəraitində yaşamaq istəyirlər. Ancaq hazırda bu sahədə ciddi problemlər var. Ona görə də həmin dəyərlər təşviq edilməli, burada səslənən çağırış və mesajları liderlər öz ölkələrinə çatdırmalıdırlar.
Bununla da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Bakıda iki gün ərzində “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” devizi altında keçirilən V Qlobal Forum öz işini başa çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
07 Sentyabr 11:41
Dünya
07 Sentyabr 11:13
Dünya
07 Sentyabr 10:58
İqtisadiyyat
07 Sentyabr 10:57
Sosial
07 Sentyabr 10:56
Sosial
07 Sentyabr 10:55
YAP xəbərləri
07 Sentyabr 10:29
Dünya
07 Sentyabr 10:24
Gündəm
07 Sentyabr 10:20
Dünya
07 Sentyabr 09:42
Dünya
07 Sentyabr 09:15
Dünya
07 Sentyabr 08:50
Dünya
07 Sentyabr 08:37
Dünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43

