Azər Həsrət Brüsseldə media azadlığından danışıb
28.03.2017 [09:38]
Martın 23-də Brüsseldə Avronest Parlament Assambleyasının Siyasi məsələlər, insan haqları və demokratiya komitəsi ilə Sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinin birgə toplantısı keçirilib. Toplantıda əsasən iki məsələ müzakirə edilib: “Şərq tərəfdaşlığı ölkələrində əmək bazarında qadınların durumu” və “Şərq tərəfdaşlığı ölkələrində media azadlığı və inteqrasiyanın təmin edilməsi”.
Tədbirdə Azərbaycandan rəsmi nümayəndələr - Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri Fuad Muradov, deputatlar Məlahət İbrahimqızı və Rasim Musabəyov, həmçinin katibliyin nümayəndəsi Vüqar Məmmədov iştirak edib. Vətəndaş cəmiyyəti nümayəndələrindən isə Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət media azadlığı məsələləri ilə bağlı ekspert qismində tədbirə dəvət edilib. Bu barədə qəzetimizə CASCFEN-in mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd edilir ki, əvvəlcə qadınların əmək bazarında iştirakı müzakirə edilib. Ardından da media azadlığı məsələləri üzrə Rasim Musabəyov və Avropa Parlamentinin üzvü Tanya Fayonun məruzəsi təqdim edilib. Bundan sonra ekspertlərin çıxışları dinlənilib.
ATƏT-in media azadlığı üzrə nümayəndəliyinin baş məsləhətçisi Matias Berman və Yerevan Mətbuat Klubunun prezidenti Boris Navasardyan öz çıxışlarında Azərbaycanla bağlı əsassız iddialar səsləndiriblər. Azər Həsrət isə çıxışında beynəlxalq qurumların qeyri-obyektiv hesabatlarına əsaslanan ekspertləri və iştirakçıları bundan çəkinməyə çağırıb. Eyni zamanda o, sözügedən çıxışçıların Azərbaycanda guya media azadlığı və plüralizm, ifadə azadlığı məsələri ilə bağlı iddialarına konkret misallarla cavab verib.
Azər Həsrət qeyd edib ki, Azərbaycanda 5 mindən çox media qurumu qeydiyyatdadır. Həmin qeydiyyatdan keçən 5 min media qurumundan cəmi 5-i şikayətçidir ki, onların da 2-si ümumiyyətlə xarici media qurumlarıdır: “Yəni Azərbaycanın o media qurumları qarşısında heç bir öhdəliyi yoxdur”.
“Şikayət edənlərdən biri də “Azadlıq” radiosudur. Bu radio İkinci Dünya müharibəsindən sonra ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) tərəfindən qurulub və indi Konqres tərəfindən maliyyələşdirilir. Azərbaycanın bu radionun fəaliyyətinə icazə verib-verməməsi daxili işidir və buna görə ölkə ittiham edilə bilməz”, - deyə Azər Həsrət bildirib.
Azərbaycana qarşı əsassız iddialar səsləndirən Boris Navasardyanın fikirlərinə də münasibət bildirən CASCFEN sədri diqqətə çatdırıb ki, son aylarda bir neçə erməni jurnalisti məhz öz ölkələrində media azadlığı problemi üzündən Azərbaycanda sığınacaq tapıb, Bakıda jurnalist fəaliyyəti göstərir.
Azər Həsrət öz çıxışında Böyük Britaniyanın “The Guardian” qəzetinin 2015-ci ildə keçirilmiş 1-ci Avropa Oyunları zamanı Azərbaycanı hədəfə almasına da toxunub. O qeyd edib ki, media belə məsələlərdə jurnalist etikasına əməl etməlidir. Amma təəssüf ki, “The Guardian” bu məsələdə yanlış mövqe tutub.
Beynəlxalq təşkilatların media azadlığı reytinqlərini də tənqid edən Azər Həsrət çıxışını əsasən media etikası, onlayn etika və özəlliklə də məsuliyyət məsələləri ilə bağlı fikirlə bitirib.
Məlumatda o da qeyd edilib ki, hər iki mövzu ətrafında tutarlı faktlarla çıxış edən azərbaycanlı deputatlar da öz fikirlərini iştirakçıların diqqətinə çatdırıblar.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34

