Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilib
08.04.2017 [12:22]
Aprelin 7-də Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilib.
AZƏRTAC xəbər verir ki, Plenumda 2015-ci ildə respublikanın birinci instansiya məhkəmələrində təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi və həbsdə saxlama müddətlərinin uzadılmasına dair təqdimatlara və həbs qətimkan tədbirinin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsinə dair vəsatətlərə baxılarkən qanunvericiliyin tətbiqi təcrübəsinin ümumiləşdirilməsi üzrə nəticələri müzakirə edilib.
Ali Məhkəmənin sədri Plenum iclasını açaraq bildirib ki, insan hüquqlarının, o cümlədən cinayət məsuliyyətinə cəlb edilən və məhkum olunmuş şəxslərin hüquqlarının daha etibarlı təmin olunması dövlətimizin başçısının daim diqqət mərkəzindədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli Sərəncamında ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edildiyi qeyd olunub. Eyni zamanda, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən prosessual məcburiyyət tədbirlərinin tətbiq olunması zamanı cinayət-prosessual qanunvericiliyinin tələblərinə ciddi əməl edilməsi, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzaların və qətimkan tədbirlərinin tətbiqinin genişləndirilməsi tövsiyə edilib.
Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Ədalət Mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 2006-cı il 30 mart tarixli 5 saylı və “Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatlara baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 2009-cu il 3 noyabr tarixli 2 saylı qərarlarında məhkəmələrə tövsiyə olunur ki, şəxsin məhkəməyə gəlməyə təminatların mövcud olduğu təqdirdə, onun azadlıqda qalmasına üstünlük verilməli, həbs qətimkan tədbirinə müstəsna tədbir kimi baxılmalı, məhkəmələr həbs qətimkan tədbiri seçərkən yalnız qanunda nəzərdə tutulan əsasları formal sadalamaqla kifayətlənməməli, hər bir əsasın konkret təqsirləndirilən şəxsə münasibətdə mövcudluğunun nədən ibarət olmasını və cinayət işinin materialları ilə onların təsdiq edilib edilməməsini yoxlamalıdırlar.
Plenumda birinci instansiya və apellyasiya məhkəmələri sədrlərinin və hakimlərinin, istintaq qurumlarının rəhbərlərinin iştirakı ilə aparılmış ümumiləşdirmənin nəticələri geniş müzakirə olunub, təhlillər aparılıb.
Müəyyən edilib ki, məhkəmələr tərəfindən həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlama müddətlərinin uzadılması barədə təqdimatlara və həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi haqqında vəsatətlərə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılır. Eyni zamanda, məhkəmə təcrübəsində müəyyən nöqsan və qanun pozuntularına yol verilməsi halları da aşkarlanıb.
Plenumun işində baş prokuror Zakir Qaralov, ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, daxili işlər naziri Ramil Usubov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov müzakirə olunan məsələlərlə bağlı çıxış ediblər. Baş prokuror Zakir Qaralov Azərbaycanda ictimai-siyasi sabitliyin və təhlükəsizliyin tam təmin olunduğunu qeyd edib. Bildirib ki, 2015-ci ildə həbs qətimkan tədbirləri barədə Daxili İşlər və Ədliyyə nazirlikləri ilə birgə geniş müzakirələr aparılıb və mühüm nəticələr əldə edilib.
Ədliyyə naziri Fikrət Məmmədov Azərbaycanın insan hüquqları sahəsində beynəlxalq konvensiyalara qoşulduğunu, həbs qətimkan tədbirləri ilə bağlı əsaslı işlər gördüyünü bildirib.
Daxili işlər naziri Ramil Usubov Azərbaycanın əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının azlığına görə MDB və Şərqi Avropa məkanında ilk sıralarda olduğunu qeyd edib və təqsirləndirilən şəxslər barədə həbs qətimkan tədbirləri ilə bağlı təkliflərini verib.
“Azərbaycan hüquq islahatlarının yeni başlanğıcındadır”, - deyən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən danışıb. Qeyd edib ki, Azərbaycan bir sıra beynəlxalq göstəricilər üzrə ön sıralarda qərarlaşıb.
Sonda Plenumda müzakirə edilmiş məsələlərlə bağlı məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqində yol verilən səhvlərin aradan qaldırılması, qanunun eyni qaydada tətbiqinin təmin edilməsi, vahid məhkəmə təcrübəsinin yaradılması məqsədilə məhkəmələrə icmal məktubunun göndərilməsi qərara alınıb.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

