Heydər Əliyev - milli dövlətçilik ideologiyasının banisi
14.04.2017 [09:30]
Bu gün öz inkişaf dövrünü yaşayan, dünyada nümunəvi dövlət kimi tanınan Azərbaycan hazırkı mərhələyə asan yolla çatmayıb. Zaman ötdükcə - Azərbaycanda cərəyan edən inkişaf prosesi yeni mərhələyə qədəm qoyduqca, ölkəmizdə gedən böyük dövlət quruculuğu prosesi öz səmərəli nəticələrini verdikcə, Azərbaycanın beynəlxalq mövqeyi daha da gücləndikcə ölkəmizin müstəqilliyinin, Azərbaycanın zəngin və şərəfli inkişaf yolunun mahiyyəti daha yaxşı dərk edilir. Bu dövrə - ölkəmizin, xalqımızın, dövlətçiliyimizin keçdiyi yola nəzər saldıqda hər bir Azərbaycan vətəndaşı bu yolu uğurlu, şərəfli və gələcəyə çox böyük ümidlər yaradan bir yol kimi görür. Müstəqillik yolumuz Ümummilli lider Heydər Əliyevin parlaq zəkasının, Onun Azərbaycan torpağına, Azərbaycan insanına olan sevgisinin təzahürü kimi meydana çıxdı. Azərbaycan xalqı, ictimaiyyətin nümayəndələri çox haqlı olaraq bu illər ərzində ölkədə bütün sahələrdə uğurlara aparan yolun parlaq bir yol olduğunu qeyd edir və bu yol Heydər Əliyev yolu adlandırılır. Bu gün ölkəmiz Ümummilli liderin ideyaları - Heydər Əliyev yolu əsasında inkişaf edir.
Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərinin mahiyyətini daha yaxşı anlamaq üçün Onun fəaliyyətinin müxtəlif dövrlərinə nəzər salmaq lazımdır. İlk növbədə, Ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illərdə gördüyü işlər xüsusi əhəmiyyət kəsb edir.
Danılmaz həqiqətdir ki, müasir müstəqil Azərbaycanın dinamik inkişafının əsasının qoyulması, sarsılmaz ictimai-siyasi sabitliyin, milli həmrəyliyin təmin olunması məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər həm də Azərbaycan xalqının və dövlətinin xilaskarıdır. Məlum olduğu kimi, 1990-cı illərin əvvəlində - SSRİ-nin süqutu ərəfəsində Azərbaycanda siyasi, iqtisadi vəziyyət olduqca gərgin idi. Heydər Əliyevin ölkəmizə rəhbərlik etmədiyi dövr çox gərgin və tənəzzül içində keçdi. SSRİ-nin dağılması ərəfəsində Azərbaycana çox ağır zərbələr vuruldu. 15 İttifaq dövləti sıralarında yeganə ölkə Azərbaycan oldu ki, ərazisinin 20 faizi işğal edildi, 20 mindən çox şəhid verdi, 1 milyondan çox vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Yüz illər ərzində yaradılmış iqtisadi infrastruktur dağıdıldı, ölkə siyasi və iqtisadi baxımdan mürəkkəb vəziyyətlə üzləşdi, bütün sahələr tənəzzülə məruz qaldı.
Azərbaycanın müstəqillik ərəfəsində və müstəqilliyinin ilk illərində yaşadığı faciələrin, çətinliklərin qarşısının alına bilməməsinin əsas səbəbi ölkədə xalqın etimad bəslədiyi, insanları arxasınca apara bilən, Öz torpağına, xalqına sonsuz məhəbbəti, sədaqəti olan bir insanın, yəni Heydər Əliyevin rəhbərlikdə olmaması idi. Həmin dövrdə Azərbaycan həm də müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi, ölkədə vətəndaş qarşıdurması yaranmışdı.
Xalqımızı düşdüyü bu çətinliklər və faciələrdən xilas edəcək dahi şəxsiyyət Heydər Əliyev var idi və Ümummilli lider o zaman ilk növbədə Naxçıvan Muxtar Respublikasını xilas etdi. Əgər Heydər Əliyev olmasa idi, bu gün Azərbaycanın Qarabağ problemi ilə yanaşı, Naxçıvan problemi yaranacaqdı. O zaman Naxçıvanda Ali Məclisin Sədri seçilən Ulu öndər Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində sabitlik təmin edildi və muxtar qurumun sosial-iqtisadi vəziyyəti yaxşılaşdırıldı. Müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə Ali Məclisin Sədri kimi Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu. Əminliklə söyləyə bilərəm ki, Ümummilli lider Heydər Əliyev yorulmaz fəaliyyəti ilə Naxçıvanı işğaldan, fəlakətlərdən, təlatümlərdən xilas etdi.
Bundan sonra Muxtar Respublikada tarixi Azərbaycan dövlət rəmzləri bərpa edildi, islahatlar siyasəti uğurla həyata keçirildi. 17 noyabr 1990-cı il tarixində Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı. Milli bayraq məsələsi ilə əlaqədar 2 bəndlik qərar qəbul edildi. Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı. SSRİ-nin mövcud olduğu bir dövrdə belə bir qərarın qəbul və icra edilməsi olduqca yüksək siyasi səriştə və cəsarət tələb edirdi ki, Ulu öndər Heydər Əliyev bunu nümayiş etdirdi. Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və Rusiya ordusu, əsgəri birlikləri Naxçıvan MR ərazisindən çıxarıldı.
1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Ulu öndərin Azərbaycana qayıtmasından sonra ölkəmizdə fəlakətlərə son qoyuldu, ölkə dirçəlməyə başladı. Azərbaycana, ölkə iqtisadiyyatına, mənəvi mühitinə dərindən bələd olan Ulu öndər Öz düşüncəsini, fəaliyyətini müstəqil dövlət quruculuğuna sərf etdi və yeni bir yolun - Heydər Əliyev yolunun əsasını qoydu.
Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən biri də ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının yaradılmasıdır. YAP ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır. Ümummilli liderimizin nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi yüksək etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. Yeni Azərbaycan Partiyası dünyada analoqu olmayan bir siyasi təşkilat kimi yarandığı müddətdən 6 ay sonra siyasi hakimiyyətə gəldi. Ötən zaman ərzində zəngin və şərəfli yol keçən Yeni Azərbaycan Partiyası Azərbaycanın inkişafına müstəsna töhfələr verdi, hər bir Azərbaycan vətəndaşının üz tutduğu ümummilli partiya kimi çıxış etdi. Bu gün Prezident İlham Əliyevin Sədrlik etdiyi Yeni Azərbaycan Partiyası Ulu öndərin ideyaları əsasında fəaliyyətini davam etdirir.
Çox sevindirici haldır ki, Ümummilli liderimiz Heydər Əliyevin siyasəti Onun layiqli davamçısı, siyasi varisi cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ötən zaman birmənalı şəkildə göstərdi ki, Ümummilli liderin fiziki yoxluğu dövründə ölkəsini, millətini düşünüb, müstəqilliyimizin əbədi olması uğrunda qətiyyətlə mübarizə apara biləcək lider məhz Prezident İlham Əliyevdir. Ulu öndər Öz övladını bu böyük vəzifənin icrasına layiq gördü. Bəli, bu, çox ağır bir vəzifə idi. Amma Prezident İlham Əliyev bu ağır və məsuliyyətli vəzifənin öhdəsindən uğurla gəldi. Heydər Əliyev Azərbaycanda dövlətçilik məktəbi yaratdı. Bu məktəbi bütün varlığı ilə mənimsəyən cənab İlham Əliyev özündə böyük fəlsəfi məna daşıyan azərbaycançılıq ideyası əsasında ölkəmizdə vətəndaş birliyini daha da möhkəmləndirib.
Xüsusi olaraq qeyd edilməlidir ki, Prezident İlham Əliyev təkcə Heydər Əliyevin siyasi məktəbinin deyil, bütövlükdə, həyat məktəbinin yetirməsidir. Ulu öndərimizin Azərbaycan üçün gördüyü işlər Onun varisi olan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir. Əldə edilən çoxsaylı nailiyyətlər sübut edir ki, Ulu öndərimizin müstəqil Azərbaycanın gələcəyi üçün nəzərdə tutduğu bütün işlər böyük uğurla həyata keçirilir. Bu gün hər bir vətəndaşımız ölkəmizin uğurlarından qürur duyur. Qazanılan nailiyyətlər xalqımızı daha böyük qələbələrə, zəfərlərə ruhlandırır. Dünyanı iqtisadi böhran bürüdüyü bir şəraitdə, bir çox ölkələrdə daxili sabitliyin pozulması və bunun nəticəsində çox böyük insan itkisi ilə nəticələnən münaqişələrin yaranması, dünyanın müxtəlif nöqtələrində siyasi və iqtisadi mühitin böhrana uğradığı dövrdə müstəqil Azərbaycanımızın dinamik inkişaf etməsi, əhalinin maddi rifahının gündən-günə yaxşılaşması çox fərəhləndiricidir. Eyni zamanda, iqtisadiyyatımızın inkişafı, abadlıq və quruculuq işləri, şəhər və kəndlərimizin simasının dəyişməsi sübut edir ki, Prezident İlham Əliyev Heydər Əliyev yolunu çox böyük uğurla davam etdirir. Bu yol Azərbaycan insanına xidmət etmək yoludur, bu yol Azərbaycan vətəndaşının maddi rifahına xidmət edən yoldur. Heydər Əliyev yolu Azərbaycanı firavan, xoşbəxt gələcəyə aparan yoldur. Həm iqtisadi, həm mədəni, həm də mənəvi inkişaf üçün həyata keçirilən siyasət bu yolun əsas qayəsidir ki, Prezident İlham Əliyev bunu layiqli səviyyədə həyata keçirir.
Milli dövlətçilik ideologiyası, xarizmatik liderlik və bu liderlik ətrafında geniş konsensus Prezident İlham Əliyevin həyata keçirdiyi islahatların uğurla nəticələnməsini təmin edib. Bu dövr ərzində ölkəmizdə qeyri-neft iqtisadiyyatı iki dəfə artıb və onun ümumi daxili məhsulda payı 38 faizdən 66 faizə yüksəlib. Bu gün regionlarımız iqtisadi dövrəyə fəal cəlb olunub və hazırda iqtisadi dəyərin üçdə biri regionlarda formalaşır. Azərbaycan hökumətinin intensiv olaraq kommunal və nəqliyyat infrastrukturuna yatırdığı investisiyalar müsbət nəticələrini verir. Nəticədə ölkə ərazisinin 90 faizindən çoxu təbii qazla təmin olunub. Bu, dünya üzrə ümumi göstəricidən iki dəfə çoxdur. Bu gün Azərbaycan kosmik ölkələr qrupunun üzvüdür. Həyata keçirilən siyasət ölkəmizdə məşğulluq səviyyəsinin artması ilə nəticələnib. Açılan iş yerlərinin 72 faizi məhz regionlarda yaradılıb. Bu isə ölkə əhalisinin sosial rifahının, dayanıqlı gəlirlərinin formalaşmasını təmin edib. 2014-cü ildə dünyada baş verən iqtisadi proseslər Azərbaycanın postneft dövrünə keçid prosesini sürətləndirib. Prezident İlham Əliyevin 2016-cı ilin dekabr ayının əvvəlində təsdiq etdiyi dayanıqlı inkişafla bağlı Yol Xəritəsi ölkəmizin daha geniş şaxələndirilmiş və dərin iqtisadi modelinin qurulmasını təmin edəcək. Həmin sənəddə sabit, dayanıqlı və səmərəli maliyyə sektorunun qurulması məsələləri də əksini tapıb. Bu məqsədlə strategiya bir sıra istiqamətləri - bank sektorunda restrukturizasiya proseslərinin tamamlanmasını, qeyri-işlək aktivlərlə bağlı problemlərin həllini, maliyyə infrastrukturunu əhəmiyyətli dərəcədə inkişaf etdirməyi nəzərdə tutur.
Azərbaycanın müasir tarixi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən səmərəli islahatlar nəticəsində sürətli inkişafla səciyyələnir. Dövlət siyasətinin təməlində Azərbaycan vətəndaşı, onun hüquq və azadlıqlarının qorunması dayanır. Bu isə dövlət-vətəndaş münasibətlərinin ən yüksək səviyyəsinin təzahürüdür. Dövlət idarəetməsində müasir dövrün tələblərinə uyğun islahatlar aparılır, dövlət idarəçiliyi təkmilləşdirilir, idarəetmə prosesləri modernləşdirilir və dövlət orqanlarının fəaliyyətində səmərəlilik artırılır.
Zaman baxımından 26 il heç də böyük tarix deyil, amma bu illər ərzində görülmüş işlərə nəzər salanda bir daha əmin olursan ki, demək, qısa bir vaxtda böyük uğurlara imza atmaq mümkündür. Azərbaycanda müstəqillik illərində görülmüş işlər və nəzərdə tutulmuş layihələr bir daha göstərir ki, bu ölkəni xoşbəxt bir gələcək gözləyir.
Seymur Orucov,
YAP Siyasi Şurasının üzvü,
YAP Gənclər Birliyinin sədri
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

