Azərbaycan-Cibuti əlaqələri inkişaf edir
04.05.2017 [09:52]
Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov mayın 3-də Cibuti Respublikası Milli Assambleyasının sədri Mohamed Əli Humədin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafına böyük töhfə verəcəyini qeyd edib. Bildirib ki, Cibuti Milli Assambleyası sədrinin Azərbaycana səfəri ölkələrimiz, xüsusilə parlamentlərimiz arasında münasibətlərin inkişafında yeni səhifələr açacaq. Milli Məclisin sədri qarşılıqlı münasibətlərin inkişafında dövlət başçılarının rolunu qeyd edərək bildirib ki, məhz iki ölkə rəhbərlərinin görüşündən sonra əlaqələrin inkişafı üçün münbit şərait yaranıb.
Oqtay Əsədov son illər ölkələrimiz arasında siyasi, humanitar, iqtisadi sahələrdə əlaqələrin inkişaf etdiyini söyləyib. Milli Məclisin sədri iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. O, əminliyini bildirib ki, gələcəkdə ölkələrimiz arasında hökumətlərarası komissiya yaradılacaq, iqtisadi forumlar keçiriləcək. Bu da iki ölkə arasında iqtisadi inkişafa dəstək olacaq.
Azərbaycan Milli Məclisində Cibuti ilə parlamentlərarası dostluq qrupunun yaradıldığını deyən Oqtay Əsədov bildirib ki, gələcəkdə deputatların qarşılıqlı səfərləri həyata keçiriləcək, ölkələrimiz arasında əlaqələr daha sürətlə inkişaf edəcək.
Oqtay Əsədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara məlumat verib. O, beynəlxalq təşkilatlarda Azərbaycanı dəstəklədiyinə və Cibuti parlamentinin Xocalı soyqırımını tanımasına dair qəbul etdiyi qətnaməyə görə təşəkkürünü bildirib.
Oqtay Əsədov bu ay Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək Cibuti idmançılarına uğurlar arzulayıb.
Mohamed Əli Huməd Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. O, əminliyini bildirib ki, bu səfərlər iki ölkə arasında münasibətlərin inkişafına müsbət təsir göstərəcək. İki ölkənin parlamentlərinin yaratdığı dostluq qrupları əlaqələrin möhkəmlənməsində daha böyük rol oynayacaq.
Parlament sədri bildirib ki, Xocalı soyqırımı barədə qətnamə Cibuti Milli Assambleyası tərəfindən tərəddüdsüz qəbul edilib. “Biz qürur hissi duyuruq ki, bir müsəlman ölkəsi olaraq Azərbaycanın yanındayıq”, - deyən Mohamed Əli Huməd münaqişənin ədalətli həllinin vacibliyini vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

