Naxçıvanda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd olunub
11.05.2017 [10:28]
Mayın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoyub, Ulu öndərin xatirəsini dərin ehtiramla yad edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazirlik, komitə, baş idarələrin və müəssisələrin rəhbərləri, hərbi hissələrin komandirləri, elm, təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələri də abidə önünə gül düzüblər.
Xalqının əbədiyaşar lideri kimi vətəninə tarixi nailiyyətlər qazandıran, adını vətən tarixinin şərəf salnaməsinə çevirən Ulu öndər Heydər Əliyevin anadan olmasından 94 il ötür. Ölkəmizə hər iki rəhbərliyi dövrü böyük quruculuq, inkişaf, sabitlik və tərəqqi illəri kimi tarixə yazılan, ən çətin məqamlarda xalqının köməyinə çatan, onu məhv olmaq, parçalanmaq və tarix səhnəsindən silinmək təhlükəsindən xilas edən dahi rəhbər hər bir Azərbaycan vətəndaşının qəlbində yaşayır və yaşayacaqdır.
Ulu öndər 1969-1982-ci illərdə keçmiş İttifaq respublikaları içərisində inkişaf səviyyəsinə görə geridə qalan Azərbaycanı qısa zamanda qabaqcıl respublikalar sırasına çıxardı. Respublikamızda kənd təsərrüfatı canlandırıldı, məhsul istehsalı artırıldı, yeni zavodlar, fabriklər, böyük sənaye müəssisələri tikildi, iş yerləri açıldı, yollar çəkildi, məktəb binaları, xəstəxanalar, mədəniyyət obyektləri istifadəyə verildi. Bununla yanaşı, həmin dövrdə imperiya təzyiqlərinə baxmayaraq milli ruhun və milli özünüdərkin dirçəldilməsi, milli dəyərlərimizin, adət-ənənələrimizin təbliği və qorunub-saxlanılması istiqamətində ardıcıl tədbirlər görüldü, bütün sahələrdə milli kadr hazırlığının əsası qoyuldu. Xüsusilə gənclərin hərb sənətinə marağının artırılması, hərbi təmayüllü məktəbin yaradılması, azərbaycanlı gənclərin Sovetlər Birliyinin nüfuzlu ali hərbi məktəblərində təhsil almağa göndərilməsi dahi şəxsiyyətin ölkəmizin gələcək müstəqilliyi naminə həyata keçirdiyi məqsədyönlü tədbirlərin tərkib hissəsi idi. Sonrakı dövrdə zaman bir daha təsdiq etdi ki, Ümummilli liderin ötən əsrin 70-ci illərində yaratdığı iqtisadi və milli kadr potensialı olmasaydı, Azərbaycanın müstəqilliyi haqqında danışmaq da mümkün olmayacaqdı.
Ötən əsrin 90-cı illərində xalqımızın böyük oğlunun siyasi arenadan uzaqlaşması ilə Azərbaycanın ağır və çətinliklərlə dolu dövrü başladı. Xalqın əsl liderə ehtiyacı olduğu belə bir dövrdə dahi rəhbər Naxçıvandan xilaskarlıq missiyasına başladı, Azərbaycanın qurtuluş və inkişaf tarixini yazdı. Ümummilli liderimizin rəhbərliyi ilə Naxçıvanda milli dövlətçiliyimizin və müstəqilliyimizin bərpası istiqamətində qəti addımlar atıldı. Üçrəngli bayrağımız ilk dəfə Naxçıvan parlamentində qaldırıldı, Sovetlər Birliyinin mövcud olduğu bir vaxtda cəsarətli addım atılaraq Naxçıvan Muxtar Respublikasının adından “Sovet sosialist” sözləri götürüldü. Sovet qoşun hissələri və sərhəd dəstələri onlara məxsus silah-sursat və texnikanın Naxçıvanda saxlanılması şərtilə buradan çıxarıldı, onların bazasında ilk milli ordu yaradıldı.
Ölkə Prezidenti cənab İlham Əliyev həmin dövrü xarakterizə edərək deyib: “Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti müstəqilliyə gedən yolda əsas rol oynamışdır. Məhz Onun təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanda rəsmi dövlət bayrağı kimi təsdiq edildi... Sovet İttifaqının saxlanmasına dair referendumun keçirilməsi məhz Naxçıvanda mümkün olmadı... Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı dəyişildi və Naxçıvan Muxtar Respublikası adı təsdiq edildi. Bu, müstəqilliyə gedən yolların müxtəlif istiqamətləri idi və o da təsadüfi deyil ki, məhz o illərdə Azərbaycan dövlətçiliyinin gələcəyi müəyyən edilirdi. Bunun nəticəsi olaraq 1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi başlayanda xalq yenə də Ulu öndərə üz tutdu, Onu siyasi hakimiyyətə dəvət etdi, Prezident vəzifəsinə seçdi və beləliklə, Azərbaycanda quruculuq, sabitlik, inkişaf dövrü başladı”.
Milli qurtuluş günündən başlanan quruculuq dövrü Azərbaycanda davamlı inkişaf mərhələsinin və hüquqi dövlət quruculuğunun əsasını qoydu, torpaqlarımızın işğalının qarşısı alındı, milli ordu yaradıldı, əhalinin rifahı yaxşılaşdırıldı, kompleks iqtisadi islahatlar həyata keçirildi. Düşünülmüş xarici siyasət kursu ölkəmizin mövqeyinin möhkəmlənməsinə və nüfuzlu beynəlxalq təşkilatlarda uğurla təmsil olunmasına imkan yaratdı, Azərbaycanın haqq səsi yüksək tribunalardan bütün dünyaya çatdırıldı.
Bu gün ölkəmizdə Ulu öndər Heydər Əliyevin siyasi xətti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyev yolu Azərbaycana davamlı inkişaf, sabitlik və firavan həyat bəxş edib. Azərbaycan dünya dövlətləri sırasında öz layiqli yerini tutub. Güclü ordu və möhkəm iqtisadi potensial Azərbaycanı dünyada etibarlı tərəfdaşa çevirib. Müstəqil Azərbaycan mötəbər beynəlxalq tədbirlərə, idman yarışlarına ev sahibliyi edir, regional enerji və nəqliyyat layihələrinin uğurlu iştirakçısı kimi öz iqtisadi və siyasi qüdrətini daha da artırır. Bütün bunların bir səbəbi var: o da ölkəmizdə davam və inkişaf etdirilən Heydər Əliyev yoludur. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Heydər Əliyev siyasəti Azərbaycanda davam etdirilir. Bu siyasətin alternativi yoxdur. Son illərin təcrübəsi onu göstərir ki, ölkəmiz və xalqımız yalnız bu yolla qabağa gedə bilər. Biz Ulu öndərin siyasi irsinə sadiqik, Onun siyasətini davam etdiririk, zənginləşdiririk”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və tədbir iştirakçıları Heydər Əliyev Muzeyinə gələrək Ümummilli lider Heydər Əliyevin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıblar.
Ali Məclisin Sədri Heydər Əliyev Muzeyinə yeni eksponatlar təqdim edib.
Mayın 10-da Naxçıvan Muxtar Respublikasının bütün rayon mərkəzlərində də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə tədbirlər keçirilib.
Xəbər lenti
Hamısına baxSosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50

