Parlamentlərarası İttifaqın baş katibi Milli Məclisdə olub
17.06.2017 [10:54]
İyunun 16-da Milli Məclisin sədri Oqtay Əsədov Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqla görüşüb.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri səfər çərçivəsində keçirilən görüşlərin Azərbaycanla Parlamentlərarası İttifaq arasında əlaqələrin daha da dərinləşməsinə töhfə verəcəyinə əminliyini bildirib. Qeyd edib ki, ölkəmiz Parlamentlərarası İttifaq və quruma üzv parlamentlər ilə daha güclü əlaqələrin qurulmasına, təcrübə mübadiləsinin aparılmasına və qlobal problemlərin müzakirəsinə xüsusi önəm verir.
Spiker əlaqələrimizi yenidən canlandırmaq üçün qurumun regional konfranslarından birinin Azərbaycanda keçirilməsinin əhəmiyyətini qeyd edib. O, 2010-cu və 2015-ci illərdə təşkilatın xətti ilə keçirilən Parlament Sədrlərinin Ümumdünya Konfransında iştirakını məmnunluqla xatırlayıb.
Diqqətə çatdırılıb ki, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanın Xarici İşlər Nazirliyi dünya ölkələrinin müvafiq qurumlarına müraciət edərək ölkəmizin icazəsi olmadan Ermənistan tərəfindən işğal edilmiş ərazilərə səyahət etməyin yolverilməz olduğunu bildirib. Bu ərazilərə səyahət edən xarici ölkə vətəndaşlarından, o cümlədən bir sıra ölkələrin deputatlarından ibarət siyahı hazırlanıb və onların Azərbaycana girişi qadağan olunub. Sonradan onlara təklif edilib ki, ölkəmizin ərazi bütövlüyünü tanıdıqları ilə bağlı məktubla müraciət etsələr, onların adı bu siyahıdan çıxarıla bilər. Bu məqsədlə bir neçə siyasətçi və deputat ərizə ilə müraciət edib və bu müraciətlərə müsbət cavablar verilib. “Biz bu məsələ ilə əlaqədar Parlamentlərarası İttifaqın 130-cu sessiyasının ölkəmizdə keçirilməməsinə təəssüflənirik. Sonralar aparılan danışıqlar nəticəsində əməkdaşlığın bərpası istiqamətində səmərəli addımlar atılıb. Oxşar hal Avropa Şurası Parlament Assambleyası ilə də yaşanıb. Artıq bu məsələ də öz müsbət həllini tapıb, təşkilat öz tədbirlərini mütəmadi olaraq Bakıda keçirməyə başlayıb”, - deyə O.Əsədov bildirib. Sədr qeyd edib ki, Parlamentlərarası İttifaq ölkəmiz üçün yalnız parlamentlərarası əlaqələrin daha da gücləndirilməsi baxımından deyil, həmçinin işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin hüquqları ilə bağlı qurumun yaratdığı imkandan səmərəli istifadə etmək üçün mühüm platforma kimi əhəmiyyətlidir. Bu məsələlərdə təşkilat mühüm rol oynaya bilər.
Martin Çunqonq növbəti dəfə bu vəzifəyə seçildikdən sonra ilk səfərlərindən birinin məhz Azərbaycana etdiyini vurğulayıb. O, vaxtilə tərəflər arasında mövcud olmuş anlaşılmazlıqları bir kənara qoyaraq, gələcəyə inamla baxmaq üçün gərəkli addımların atılmasının vacibliyini qeyd edib. Bu baxımdan qonaq ölkəmizə səfəri çərçivəsində keçirdiyi görüşləri yüksək dəyərləndirib. Bildirilib ki, onun təmsil etdiyi təşkilat Azərbaycanla əməkdaşlığın dərinləşməsində maraqlıdır.
Dağlıq Qarabağ münaqişəsindən söz açan Martin Çunqonq deyib: “Biz münaqişənin həllində beynəlxalq hüququn tərəfindəyik. Bu məsələ ilə əlaqədar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən BMT qətnamələrindən xəbərdarıq. Problemin dialoq yolu ilə həllinə üstünlük veririk. İnanırıq ki, Azərbaycanın Parlamentlərarası İttifaqla əməkdaşlığı ölkəniz üçün də əhəmiyyətli olacaq. Azərbaycan istədiyi təqdirdə lazım bildiyi məsələni, o cümlədən Dağlıq Qarabağ problemini qurumda müzakirəyə çıxara bilər. Biz qarşılıqlı faydalı əməkdaşlığımızın gələcəyinə inanırıq”.
* * *
Həmin gün Milli Məclis sədrinin müavini, Azərbaycanın Parlamentlərarası İttifaqda nümayəndə heyətinin rəhbəri Valeh Ələsgərov da baş katib Martin Çunqonqla görüşüb.
Valeh Ələsgərov bildirib ki, Azərbaycan Parlamentlərarası İttifaqla münasibətlərinin daha geniş və effektiv şəkildə inkişafını istəyir. Parlamentlərarası İttifaqdakı nümayəndə heyətimizin hər bir üzvü bu əməkdaşlığın inkişafında yaxından iştirak etməyə hazırdır.
Martin Çunqonq diqqətə çatdırıb ki, səfərin məqsədi Parlamentlərarası İttifaq və üzv dövlətlər arasında münasibətləri inkişaf etdirməkdir. Qonaq səfər çərçivəsində keçirdiyi görüşlərdə bir sıra məsələlərin müzakirə olunduğunu və bu görüşlərin ikitərəfli əməkdaşlığın davamlı inkişafına xidmət etdiyini diqqətə çatdırıb.
Söhbət zamanı bu ilin payızında Parlamentlərarası İttifaqın Sankt-Peterburqda keçirilməsi planlaşdırılan Baş Assambleya iclası barədə də fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

