/ / Bakıda “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi - 16: nəticələr və perspektivlər” mövzusunda konfrans keçirilib
Bakıda “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi - 16: nəticələr və perspektivlər” mövzusunda konfrans keçirilib
22.06.2017 [09:48]
İyunun 21-də Bakıda “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi - 16: nəticələr və perspektivlər” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransı açan DQİDK-nın sədri Mübariz Qurbanlı keçən dövr ərzində Dövlət Komitəsinin fəaliyyəti barədə məlumat verib. Azərbaycanda bütün dinlərin və millətlərin nümayəndələrinin mehriban, sərbəst şəkildə yaşadıqlarını vurğulayan M.Qurbanlı ölkəmizdə multikulturalizm ənənələrinin dərin köklərə malik olduğunu bildirib. Qeyd edib ki, Azərbaycanda tolerantlıq mühitini daha da genişləndirmək üçün müxtəlif kurslar, sərgilər keçirilir, bölgələrimizdə din xadimlərinin görüşləri təşkil olunur. DQİDK tərəfindən Azərbaycanda tolerantlıq ənənələri, dözümlülük, dinc birgəyaşayış mədəniyyətinin beynəlxalq aləmdə təbliği, eləcə də dini ekstremizm və terrorizm kimi bəşəriyyəti narahat edən problemlərdən birgə çıxış yolları axtarmaq məqsədilə xeyli beynəlxalq tədbirlər keçirilib.
Vurğulayıb ki, dini və milli zəmində ekstremizm, ksenofobiya, islamofobiya, radikalizm, terrorizm təzahürlərinin tüğyan etdiyi, miqrant böhranının yaşandığı bir dövrdə Azərbaycan Prezidenti İlham Əliyev xalqımızın ənənəvi milli, tarixi irsinə söykənərək qlobal miqyasda ümumbəşəri ideyaların himayədarı kimi çıxış edir. Bu sabitliyi qorumaq üçün Komitə QMİ ilə yaxından əməkdaşlıq edir.
Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov ötən dövr ərzində qurumun fəaliyyəti barədə geniş təqdimatla çıxış edib. Təqdimatda Dövlət Komitəsinin fəaliyyəti barədə məlumatlar, fotoşəkillər və inkişaf göstəriciləri əks olunub.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Azərbaycanda dövlət-din münasibətlərinin sağlam təməl üzərində formalaşdığını və inkişaf etdiyini bildirib. O vurğulayıb ki, milli-mənəvi dəyərlərin inkişafına dövlət tərəfindən hərtərəfli diqqət və qayğı göstərilir. Azərbaycan multikulturalizminə olan maraq respublikamızın dünyada tarixi örnək dəyərlərə malik ölkə kimi tanıdılmasının nəticəsidir. Azərbaycanda 2016-cı ilin “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan edilməsinin təqdirəlayiq olduğunu vurğulayan S.Novruzov deyib ki, bu addımlar Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirən təşəbbüslərdir. Müqəddəs dinimizin sülhsevər mahiyyətinin dünya miqyasında təbliği istiqamətində əməli səylər göstərən dövlətimizin başçısının “İslam Həmrəyliyi İli” ideyası yalnız İslam dünyası daxilində deyil, İslam dini ilə digər dinlər arasında həmrəyliyin harmoniyasını ehtiva edir.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Rəşad Əliyarlı deyib ki, bu gün İslam həmrəyliyi İslam dünyası üçün çox mühüm məsələdir. Əgər dünyada sülh, əmin-amanlıq istəyiriksə, biz müxtəlif dinlərin, mədəniyyətlərin, sivilizasiyaların harmoniyasına nail olmalıyıq. İslam həmrəyliyi müasir dünyamızda mühüm önəm kəsb edən məsələlərdən biridir. İslam həmrəyliyinə mədəni və dini müxtəlifliyin harmoniyası prizmasından yanaşmaq məsələnin aktuallığını xüsusilə artırır. Bu yanaşma İslam daxilindəki anlaşılmazlıqların, eləcə də dinlərarası ziddiyyətlərin aradan qaldırılmasına öz töhfəsini verəcək. Komitənin fəaliyyəti barədə danışan R.Əliyarlı DQİDK-nın ölkəmizdə dini sabitliyin qorunmasında yorulmaz fəaliyyətini yüksək dəyərləndirdiyini vurğulayıb.
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Aleksandr İşein, Roma-Katolik kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Alban-udi xristian dini icmasının sədri Robert Mobili və Avropa Yəhudilərinin Bakı dini icmasının sədr əvəzi Aleksandr Şarovski ölkəmizdəki multikultural vəziyyət barədə məlumat veriblər. Bu vəziyyətdən məmnun olduqlarını bildirən çıxışçılar komitənin bu durumun qorunmasında fəaliyyətini yüksək qiymətləndiriblər.
Konfransda, eyni zamanda, Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Aleksandr İşeini 65 illik yubileyi münasibətilə təbrik edib, ölkəmizdəki tolerant və multikultural mühitin gücləndirilməsindəki fəaliyyətində uğurlar arzulayıb, ona xatirə hədiyyəsi təqdim edib.
Sonra Fəxri fərmana layiq görülmüş bir qrup komitə əməkdaşına mükafatlar təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

