/ / YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov Moldova Respublikası Sosialistlər Partiyasının sədri Zinaida Qreçanaya ilə görüşüb
YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov Moldova Respublikası Sosialistlər Partiyasının sədri Zinaida Qreçanaya ilə görüşüb
23.06.2017 [09:19]
Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi Əli Əhmədov iyunun 22-də Moldova Respublikası Sosialistlər Partiyasının sədri Zinaida Qreçanayanın başçılıq etdiyi nümayəndə heyətini partiyanın mənzil-qərargahında qəbul edib.
Görüşdə Azərbaycan və Moldova arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb. YAP-ın Sədr müavini Əli Əhmədov Azərbaycan ilə Moldova arasındakı dostluq əlaqələrinin əhəmiyyətindən bəhs edərək bildirib ki, ortaq iqtisadi maraqlar, hər iki ölkənin GUAM-a üzvlüyü və digər bu kimi amillər əməkdaşlığın inkişafına zəmin yaradır. YAP-ın Sədr müavini həmçinin Yeni Azərbaycan Partiyası ilə Moldova Respublikası Sosialistlər Partiyası arasındakı əlaqələrin də inkişafının böyük önəm daşıdığını qeyd edərək mövcud səfərin qarşılıqlı əməkdaşlığa təkan verəcəyini vurğulayıb.
Daha sonra YAP-ın Sədr müavini Əli Əhmədov partiya haqqında məlumat verərək 700 min nəfərə yaxın üzvü olan YAP-ın əhali arasında böyük nüfuza malik olduğunu, Azərbaycan xalqının 24 ildir ki, bu partiyanı dəstəklədiyini bildirib. YAP-ın Sədr müavini qeyd edib ki, partiyanın dəstək olduğu daxili və xarici siyasi kurs ölkəyə iqtisadi dividendlər gətirib, əhalinin rifah halını xeyli yaxşılaşdırıb. Bu illər ərzində Azərbaycanın siması əhəmiyyətli dərəcədə dəyişib, ölkədə beynəlxalq əhəmiyyətli tədbirlər, yarışlar keçirilir. İki gündən sonra baş tutacaq Formula-1 Qran Prisi buna əyani sübutdur. Ölkədə sabitlik bərpa olunub, bütün sahələr inkişaf edir, əhalinin sayı artaraq 10 milyon nəfərə çatıb.
YAP-ın Sədr müavini əlavə edib ki, ölkələrin, xalqların bir-birinə yaxınlaşması üçün partiyalararası əlaqələr də mühüm önəm kəsb edir. Bu baxımdan, geniş beynəlxalq əlaqələrə malik olan Yeni Azərbaycan Partiyası Avropa, Asiya, MDB məkanı və Cənubi Amerikadakı bir sıra partiyalarla fəal əməkdaşlıq qurub.
Öz növbəsində Moldova Respublikası Sosialistlər Partiyasının sədri Zinaida Qreçanaya Moldova Prezidenti İqor Dodonun rəhbərlik etdiyi nümayəndə heyəti tərkibində ölkəmizdə olmaqdan məmnunluğunu ifadə edib. O qeyd edib ki, Bakıda olduğu müddətdə vahid Azərbaycan xalqı ideyasının əyani şahidi olub və Moldovanın Azərbaycandan öyrənə biləcəyi müsbət örnəklər çoxdur. Zinaida Qreçanaya da partiyalararası əlaqələrə böyük əhəmiyyət verdiklərini bildirərək Yeni Azərbaycan Partiyası ilə qarşılıqlı səfərlər və təmasların müntəzəm xarakter almasında maraqlı olduqlarını söyləyib.
Mariya Qreçanaya həmçinin Moldovada çoxlu sayda azərbaycanlıların yaşadığını qeyd edərək iki ölkə arasında biznes və investisiyaların yatırımı sahəsində əməkdaşlığın genişləndirilməsinə əlverişli imkanların olduğunu da vurğulayıb.
YAP-ın İcra katibi Əli Əhmədov qarşılıqlı münasibətlərin müxtəlif sahələrdə inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Görüşdə YAP Sədrinin müavini Əli Əhmədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verərək, Azərbaycan hökumətinin bir milyondan artıq qaçqın və məcburi köçkün soydaşımızın yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən bəhs edib. O həmçinin bənzər konfliktlərlə üzləşən hər iki ölkənin ərazi bütövlüyü prinsipinin müdafiəsi istiqamətində bir-birinə dəstəyinin vacibliyini qeyd edib.
Ümumilikdə qeyd olunub ki, üst-üstə düşən maraqlar ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişafına əhəmiyyətli töhfə verəcəkdir.
Görüşdə həmçinin YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, Azərbaycan Respublikasının Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov, eləcə də Moldova Prezidenti Aparatı rəhbərinin müavini Nikolay Posturusu və Moldova Respublikası Prezidentinin şəxsi köməkçisi və mətbuat xidmətinin rəhbəri İon Çebanu da iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30

