/ / Yaponiyadakı Azərbaycan diasporu Ermənistan silahlı qüvvələrinin təxribatını pisləyən bəyanat yayıb
Yaponiyadakı Azərbaycan diasporu Ermənistan silahlı qüvvələrinin təxribatını pisləyən bəyanat yayıb
07.07.2017 [09:47]
Yaponiyada fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Mərkəzi iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinin iriçaplı silahlardan atəşə tutulması nəticəsində mülki şəxslərin öldürülməsi ilə bağlı bəyanat yayıb.
Təşkilatın Facebook səhifəsində yapon və ingilis dillərində yerləşdirilən bəyanatın surəti BMT-nin baş katibi Antonio Quterreşə, Avropa Parlamentinin baş ofisinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə, ATƏT-in Minsk qrupunun həmsədrlərinə, Yaponiya parlamentinin yuxarı və aşağı palatalarının sədrlərinə, Yaponiya Xarici İşlər Nazirliyinə də göndərilib.
Bəyanatda qeyd edilir ki, baş verən faciə nəticəsində mülki şəxslər - Quliyeva Sahibə və onun 2 yaşlı nəvəsi Quliyeva Zəhra öldürülüb, Quliyeva Sərvinaz isə yaralanıb. Bu faciə Azərbaycan torpaqlarının işğal altında saxlanılmasının region üçün nə qədər ciddi təhlükə olduğunu, eyni zamanda, Ermənistan dövlətinin terrorçu və işğalçı mahiyyətini bir daha ortaya qoyur.
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə və mülki obyektlərinə yönəlmiş artilleriya zərbələri sübut edir ki, Ermənistan dövləti təcavüzkar siyasəti ilə beynəlxalq hüququn normalarını, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə Konvensiyasını və ona 1 saylı Əlavəni, həmçinin Uşaqların hüquqlarına dair və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanı ciddi şəkildə pozmaqda davam edir.
Bəyanatda deyilir: “Biz dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə, Birləşmiş Millətlər Təşkilatına müraciət edərək, onları təcavüzkara qarşı konkret addımlar atmağa, beynəlxalq hüququn normalarına uyğun sərt sanksiyalar tətbiq etməyə israrla çağırırıq.
Beynəlxalq ictimaiyyətin erməni vəhşiliyinə göz yumması təcavüzkarın əl-qolunu daha da açır, törətdiyi cinayətlərin cəzasız qalması Ermənistan ordusunun Azərbaycanın dinc sakinlərini qətlə yetirməsinə səbəb olur.
Bu ağır və çətin günlərdə sonsuz kədər və hiddətimizi ifadə edərək, həlak olanların ailələrinə, yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk. Xüsusi olaraq bəyan edirik ki, Azərbaycan dövlətinin torpaqlarımızın işğaldan azad olunması, təcavüzkarın cəzalandırılması istiqamətində atdığı bütün addımları dəstəkləyirik. Əminik ki, Azərbaycan dövləti bu qanlı cinayəti törədənlərin layiqli cəzalarını alması üçün bütün zəruri tədbirləri görəcək”.
Azərbaycan-Yaponiya Dostluq Mərkəzi dünya birliyini və beynəlxalq təşkilatları baş verən hadisəyə biganə qalmamağa, Ermənistan tərəfinin Azərbaycan ərazilərini işğal etməsi faktı ilə bağlı daha sərt tədbirlər görməyə çağırıb.
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50

