“Məsum Zəhra” elegiyasının təqdimatı keçirilib
13.07.2017 [09:57]
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbaninin yeni layihəsi olan “Məsum Zəhra” elegiyasının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində həlak olmuş iki yaşlı Zəhra Quliyevanın timsalında erməni vandalizminin qurbanı olan günahsız körpələrin xatirəsinə həsr edilmiş əsərin sözləri layihə müəllifinə, bəstəsi və aranjimanı isə Fərahim Sadiqə məxsusdur. Elegiya Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solist-vokalçılarından olan Əməkdar artist Cahangir Qurbanovun və Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin əsgər xorunun ifasında lentə alınıb.
Əlahiddə Ümumqoşun Ordunun, qoşun növləri və qisimlərinin, eləcə də birlik, birləşmə, hərbi hissələrin şəxsi heyətlə iş üzrə komandir müavinlərinin, psixoloqların iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların, həmçinin erməni təcavüzü nəticəsində öldürülən dinc əhalinin-uşaqların, qocaların, qadınların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev çıxış edərək bildirib ki, 200 ildən çoxdur ermənilərin əli ilə azərbaycanlılara qarşı qəddar soyqırımı siyasəti aparılır. Bu soyqırımlar nəticəsində minlərlə azərbaycanlı amansız işgəncələrlə qətlə yetirilib, yaşayış məntəqələri yerlə-yeksan edilib, etnik təmizləmə və erməni təcavüzü nəticəsində yüz minlərlə soydaşımız öz doğma yurdlarından didərgin salınıblar. Cəzasız qalan erməni faşistləri “Böyük Ermənistan” xülyası ilə bu gün də öz mənfur niyyətlərindən əl çəkmir, insanlığa sığışmayan vəhşiliklər törədirlər. Bir neçə gün öncə Füzuli rayonunun Alxanlı kəndinin ermənilər tərəfindən minaatan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində günahsız körpə Zəhra Quliyevanın və onun nənəsinin həlak olması, bir nəfərin isə ağır xəsarət alması Xocalıda, Qaradağlıda, Malıbəylidə, Meşəlidə törədilmiş erməni qəddarlığının davamıdır.
Nəzərə çatdırılıb ki, Silahlı Qüvvələrimiz tərəfindən görülən adekvat tədbirlər nəticəsində düşmən yenə də susdurulub, az sonra isə Ermənistan ordusunun döyüşə hazırlıq vəziyyətinə gətirilən qüvvələrinə qarşı dəqiq atəş zərbələri endirilib. Dinc əhaliyə və şəxsi heyətə qarşı düşmənin istənilən fəaliyyətinin qarşısını dərhal almaq və onun atəş nöqtələrini cavab zərbələri ilə susdurmaq üçün qoşunlarımız hazır vəziyyətdədir.
General-mayor R.Əliyev qeyd edib ki, müharibədən ən çox əziyyət çəkən dinc əhali, xüsusilə də gələcəyimiz olan uşaqlardır. Qarabağ müharibəsinin yenidən şiddətləndiyi 90-cı illərdən başlayaraq, bu günə kimi 225 nəfərdən çox uşaq erməni vandalizminin qurbanı olub. Bu, Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn, konvensiyaların, bəyannamələrin kobud şəkildə pozulmasıdır. Onlar dinc əhalini hədəfə almaqla Azərbaycanı yenidən müharibəyə təhrik etmək, sülh səylərimizi pozmaq məqsədi güdürlər. Ermənistanın hərbi-siyasi rəhbərliyi törətdikləri bu hərbi cinayətlərə görə gec-tez beynəlxalq birlik qarşısında cavab verəcək, öz layiqli cəzalarını alacaqlar.
İdarə rəisi ölkə rəhbərliyinin apardığı uğurlu xarici siyasət, Müdafiə, Xarici İşlər nazirliklərinin birgə fəaliyyəti, qeyri-hökumət təşkilatlarının, ictimaiyyətin fəallığı sayəsində Alxanlı faciəsinin beynəlxalq qurumları artıq hərəkətə gətirdiyini bildirib. Vurğulanıb ki, nəhayət dünya erməni vəhşiliyini, erməni vandalizmini pisləyir və onları bu təxribatlardan tez bir zamanda əl çəkməyə çağırır. Təqdim edilən layihə də erməni vandalizminə qarşı tutarlı cavabdır və gənclərdə Vətənə, dövlətə sevgi, düşmənə nifrət hissi aşılanmasında mühüm əhəmiyyət kəsb edəcək.
Müdafiə Nazirliyinin zabiti A.Qurbani layihənin ideyası, məzmunu barədə ətraflı məlumat verərək yaradıcı qrupu tədbir iştirakçılarına təqdim edib, Müdafiə Nazirliyi nəzdində Sənədli və Tədris Filmləri Kinostudiyasında bu elegiyanın motivləri əsasında “Məsum Zəhra” qısametrajlı filminin artıq çəkilişlərinə başlanıldığını nəzərə çatdırıb.
Əməkdar artist Cahangir Qurbanov və əsgər xorunun ifasında elegiya tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Milli Məclis sədrinin müavini, ATƏT Parlament Asambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova bütün xalqımız kimi onun da Alxanlı faciəsindən, dinc əhalinin atəşə tutulmasından sarsıldığını bildirib, Prezident İlham Əliyevin tapşırığına əsasən bu məsələnin tez bir zamanda beynəlxalq aləmdə ictimailəşdirilməsi istiqamətində görülən işləri müsbət dəyərləndirib.
ATƏT PA-nın Minskdə keçirilən 26-cı sessiyasında ermənilərin Alxanlıda törətdikləri təxribat barədə ətraflı məlumat verdiyini, Qarabağ probleminin həlli üçün ATƏT-in institutları ilə koordinasiya olunmuş şəkildə fəaliyyət göstərərək bu kimi hərəkətlərə son qoyulması ilə bağlı təkliflər irəli sürdüyünü də vurğulayan Milli Məclis sədrinin müavini füzulililərin Ali Baş Komandanın ətrafında daha sıx birləşdiklərini, dövlətimizin başçısının müdrik və qətiyyətli siyasətinə, güclü ordumuza arxalandıqlarını bəyan edib.
Silahlı Qüvvələrin şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının gündən-günə daha da yüksəldiyindən fərəh hissi ilə danışan B.Muradova hərbi qulluqçuların vətənpərvərlik, Vətənə, dövlətə sədaqət ruhunda formalaşması, eləcə də mülki əhalinin bu istiqamətdə tərbiyə olunması məqsədi ilə Müdafiə Nazirliyinin yerli icra hakimiyyəti orqanları ilə birgə fəaliyyətini xüsusi ilə qeyd edib, iştirakçısı olduğu “Horadizdə zəfər yürüşü”, “Sənə inanırıq ölkə rəhbəri, sənə güvənirik Vətən əsgəri!” tədbirlərini xatırlayıb.
Təqdim edilən elegiyanın aktuallığını və böyük əks-səda doğuracağına əminliyini bildirən B.Muradova yaradıcı heyətə uğurlar arzulayaraq deyib: “Ermənistan birdəfəlik dərk etməlidir ki, cari status-kvoya güvəndikcə öz müstəqilliyini, gələcəyini təhlükə altında qoyur və regionda siyasi oyunların yenə də alətinə çevrilir. Onlar öz murdar niyyətlərindən nə qədər tez əl çəksələr, işğal olunmuş əzəli Azərbaycan torpaqlarını boşaltsalar, erməni xalqı üçün bir o qədər önəmli olacaq”.
Cəbhə bölgəsindən gələn zabit Elşad Əbilov faciənin baş verdiyi günü xatırlayaraq yerli əhalinin əsl vətənpərvərlik, təmkin, dözüm nümayiş etdirdiyini, bir nəfərin də kəndi tərk etmədiyini və əli silah tutan hər kəsin intiqam hissi ilə coşduğunu və döyüşçülərə qoşularaq düşmənə qarşı vuruşmağa hazır olduqlarını qeyd edib.
Filologiya elmləri doktoru, professor, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitunun şöbə müdiri Asif Rüstəmli Müdafiə Nazirliyinin bu kimi layihələrinin həmişə aktual və əhəmiyyətli olduğundan danışıb.
Elegiyanın sözləri ilə musiqisinin bir-birini tamamladığını, ifaçının peşəkarlığını və əsərin ümumilikdə qırğına, terrora, erməni vandalizminə qarşı etiraz notası olduğunu qeyd edən tədqiqatçı-alim “Məsum Zəhra” qısametrajlı filminin tezliklə başa çatacağına və geniş tamaşaçı auditoriyasına çıxarılacağına əminliyini bildirib.
Qonaqlara və tədbir iştirakçılarına “Məsum Zəhra” elegiyası yazılmış disklər təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31

