Prezident İlham Əliyev: 15 iyulda Türkiyə dövləti böyük təhlükələrdən xilas oldu
15.07.2017 [10:11]
Azərbaycan Prezidenti İlham Əliyev 15 iyul dövlət çevrilişi cəhdinin ildönümü ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb
Demokratiya qələbə qazandı!
Xatırladaq ki, ötən il iyulun 15-də dövlət çevrilişinə cəhd edən terrorçu qüvvələr Türkiyə xalqının sərt müqaviməti ilə üzləşdi. Müəyyən anti-türk dairələrin direktivləri və ssenariləri əsasında reallaşdırılan bu cəhdlər baş tutmadı, başqa sözlə, Türk xalqı demokratiyaya sahib çıxdı, öz iradəsini ortaya qoyaraq dövlətini dəstəklədi. Xalq meydanlara axışaraq mövqeyini nümayiş etdirdi, siyasi partiyalar da dövlətin yanında oldu. Türkiyə cəmiyyəti seçilmiş hökumətini və prezidentini, konstitusiyasını, demokratiyanı qorumaq üçün ayağa qalxdı və daha böyük fəlakətlərin yaşanmasına imkan vermədi. Bir sözlə, qardaş ölkədə demokratiya qələbə qazandı.
Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana 15 iyul dövlət çevrilişi cəhdinin ildönümü ilə əlaqədar ünvanladığı məktubunda diqqətə çatdırılıb ki, o gecə yaşanan qanlı hadisələr, ölkənin Konstitusiya quruluşunu fədakarlıqla qoruyan türk xalqının mətinliyi və insanların öz canını qurban verməsi Azərbaycanda əsil qəhrəmanlıq nümunəsi kimi böyük ehtiramla xatırlanır: “Həmin gün demokratiya və qanunçuluğun müdafiəsinə qalxmış milyonlarla vətəndaş bir daha sübut etdi ki, xalqın iradəsinə heç kim qalib gələ bilməz və dövlətçiliyə qarşı yönəlmiş istənilən cəhd iflasa məhkumdur.
Hadisə haqqında xəbər tutan kimi mən dərhal Türkiyənin legitim hakimiyyətinə öz dəstəyimi ifadə edərək, ölkənin Konstitusiya quruluşuna qəsd edən Vətən xainlərini birmənalı şəkildə pislədim və bununla bağlı Azərbaycanın hökumət üzvlərinə müvafiq tapşırıqlarımı verdim”.
15 iyulda Türkiyə dövlətinin böyük təhlükələrdən xilas olduğunu xatırladan dövlətimizin başçısı qeyd edib ki, dövlətçiliyi, demokratik dəyərləri və cəmiyyət həyatının bütün sahələrində əldə olunmuş uğurları yaşatmaq üçün sarsılmaz iradə nümayiş etdirən vətəndaşların rəşadəti və şəhidlərin unudulmaz xatirəsi hamımızın qəlbində daim yaşayacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktubunda dövlətimizin başçısı qeyd edib: “Sizin liderliyiniz, türk xalqının həmrəyliyi və qətiyyəti sayəsində xain niyyətlərin qarşısına keçilməz sipər çəkildi, Türkiyə dövləti böyük təhlükələrdən xilas oldu. Ötən dövrdə Siz əhalini səfərbər etməklə, ölkənizin inkişafı və dünya dövlətləri sırasında nüfuzunun güclənməsi istiqamətində böyük işlər gördünüz, şəxsi məqsədlərini xalqın iradəsindən üstün tutan antimilli qüvvələrə qalib gəldiniz. Bütün bunlar, qardaş Türkiyə vətəndaşları kimi, bizi də ürəkdən sevindirir. Bu günlərdə İstanbulda baş tutmuş Dünya Neft Sammitində Sizinlə keçirdiyimiz görüşü məmnuniyyətlə xatırlayır, apardığımız müzakirələrin gələcək əlaqələrimizin daha da möhkəmlənməsinə ciddi təsir göstərəcəyinə inandığımı bildirirəm”.
Azərbaycan dostluq və qardaşlıq örnəyi sərgilədi
Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, o gərgin günlərdə Türkiyə xalqına və ilk onun qanuni hakimiyyətinə öz dəstəyini ifadə edən dövlət məhz Azərbaycan oldu. Türkiyədə baş verənlərə rəsmi Bakı əsl qardaşlıq, müttəfiqlik və strateji tərəfdaşlıq mövqeyindən yanaşdı. Ölkə rəhbəri qardaş ölkədəki hadisələri gecə boyu narahatlıqla izlədi. Prezident İlham Əliyev Türkiyə rəhbərliyinə dəstəyini ifadə edən xüsusi mesaj göndərdi. Beləliklə də, hər zaman qardaş ölkənin milli mənafeyini əsas götürən, öz dəstəyini əsirgəməyən Azərbaycan bu dəfə də - bir daha və yenə də Türkiyənin yanında yer aldı, dostluq və qardaşlıq örnəyi sərgilədi.
Azərbaycan Prezidenti həm də xalqın seçiminə, demokratiyaya, Konstitusiyaya sədaqətlilik və hörmətin əsas şərt olduğunu önə çəkdi. Dövlət başçısı Türkiyə cəmiyyətinin qanuni seçiminin və demokratik dövlət quruculuğu xəttinin əsas olduğunu qeyd etdi. Prezident İlham Əliyev “Bir millət, iki dövlət” formulunda sivil dövlətçiliyə və suvenerliyə, demokratik idarəetməyə rəsmi Bakının üstünlük verdiyini bir daha ifadə etdi. Başqa sözlə, Azərbaycan Prezidenti qardaşlıq və dostluq mövqeyi ilə yanaşı, Türkiyədə demokratiya, qanunçuluq və müstəqil dövlətçiliyin hökm sürməsini olduqca vacib amil hesab etdiyini nümayiş etdirdi.
Dolayısıyla, Azərbaycan öz qətiyyətli mövqeyi ilə dünyaya demokratiya dərsi verdi, Türkiyə ilə möhkəm həmrəylik nümayiş etdirdi. Qardaş ölkədə meydanlara çıxıb hakimiyyəti müdafiə edən Türk xalqı, həmçinin Türkiyə rəsmiləri dəstəyinə görə Azərbaycana minnətdarlıqlarını ifadə etdilər. Birmənalı şəkildə qeyd olundu ki, Azərbaycan təkcə Türkiyənin deyil, həm də haqqın və ədalətin yanında oldu.
Yeri gəlmişkən, ötən il iyulun 16-da Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda bu məqamlara toxunaraq diqqətə çatdırıb: “Həmişə Türk xalqının və dövlətinin yanında olan Azərbaycan xalqı və dövləti Türkiyənin Konstitusiyasına, demokratiyasına qarşı yönəlmiş bu cinayəti qətiyyətlə pisləyir və qəbuledilməz hesab edir”.
Azərbaycan-Türkiyə münasibətləri sarsılmazdır!
Qürurverici haldır ki, Türkiyə və Azərbaycan bütün məsələlərdə bir-birini dəstəkləyir, dostluq, qardaşlıq nümunəsi ilə dünyaya örnək olurlar. Lakin diqqət yetirilən əsas məqam iki ölkənin bir-birinə daha çox dostluq və qardaşlıq nəzəri ilə yanaşmasıdır. Məhz elə strateji tərəfdaşlığını və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərini uğurlu edən mühüm amillərdən biri, yaxud birincisi xalqlar arasındakı dərin inteqrasiya və ortaq məhəbbətdir. Eyni tarixi köklərə malik olan Azərbaycan və Türkiyə xalqı bir-birinə qırılmaz tellərlə bağlıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bizim dostluğumuz sarsılmazdır, əbədidir. Bizi bu gün böyük layihələr, siyasi maraqlar, ortaq hədəflər birləşdirir. Ancaq bütün bu amillərin təməlində xalqlarımızın bir-birinə olan məhəbbətidir, hörmətdir, biri-birimizə olan bağlılıqdır”.
Məhz bu zamana qədər xalqlarımız arasındakı sıx və səmimi əlaqələr ümumi siyasi, iqtisadi, mədəni, humanitar münasibətlərin inkişafına mühüm töhfələr verməklə yanaşı, örnək kimi çıxış edib. Hazırda məhz bu əsaslar üzərində təşəkkül tapmış Azərbaycan-Türkiyə münasibətləri təkcə uğurlu regional əməkdaşlıq modeli kimi səciyyələndirilmir, eyni zamanda, ən məqbul beynəlxalq işbirliyi nümunəsi qismində dəyərləndirilir. İstanbulun ev sahibliyi etdiyi 22-ci Dünya Neft Konqresi çərçivəsində prezidentlərin tədbirində çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib ki, Türkiyə və Azərbaycan bütün məsələlərdə bir-birinin yanındadır: “Bizim əməkdaşlığımız çoxşaxəlidir və bütün sahələri əhatə edir”.
Azərbaycan və Türkiyə bütün məsələlərdə bir-birini dəstəkləyir
Dövlətlərimiz arasında dostluq və qardaşlığın ən parlaq nümunələrindən biri də iki ölkə beynəlxalq müstəvidə bir-birinə davamlı dəstək göstərməsidir. Məsələn, rəsmi Ankara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyi məsələsini daim israrçı şəkildə vurğulamaqda və bu problemi mütəmadi qaydada beynəlxalq siyasi gündəmdə aktual mövzu kimi saxlamağa cəhd etməkdədir. Şübhəsiz, Türkiyənin hər zaman ən yüksək səviyyədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini gündəmə gətirməsi təsadüfi deyil. Azərbaycanın bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi də Türkiyənin xarici siyasi strategiyasında önəmli yer tutur.
Şübhəsiz, Azərbaycan da istər PKK və terror məsələsində, istərsə də digər problemlər kontekstində Türkiyəyə öz dəstəyini nümayiş etdirir, qətiyyətli mövqedən çıxış edir. Dövlətimizin başçısının vurğuladığı kimi: “Azərbaycan öz növbəsində bütün məsələlərdə Türkiyəni dəstəkləyir, Türkiyənin yanındadır və bəzi hallarda Türkiyəyə qarşı edilən ədalətsizliklərə Türkiyə qədər heyifsilənir və öz sözünü deyir”.
Bütövlükdə sadalananlar Türkiyə və Azərbaycan arasındakı dostluq, qardaşlıq münasibətlərinin mahiyyətini əks etdirir. Reallıqlar onu göstərir ki, Türkiyə və Azərbaycan nəinki regionda, eləcə də beynəlxalq miqyasda bir-birini ən sıx və yaxından dəstəkləyən ölkələr kimi çıxış edirlər. Prezident İlham Əliyevin bildirdiyi kimi, dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ölkələr tapmaq mümkün deyil.
Nəticə etibarilə, dərin tarixi köklər, sarsılmaz dostluq Türkiyə-Azərbaycan qardaşlığının təməlini təşkil edir. Məhz bu qardaşlıq əməli surətdə öz sözünü deyir: elə ötən ilin 15 iyul tarixində qardaş ölkədə baş verən xain çevriliş cəhdi zamanı Azərbaycanın qətiyyətli mövqeyi və dəstəyi bunun bariz nümunəsidir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

