/ / Azərbaycanla Belarus, Kanada və Polşa arasında münasibətlərin inkişaf perspektivləri müzakirə olunub
Azərbaycanla Belarus, Kanada və Polşa arasında münasibətlərin inkişaf perspektivləri müzakirə olunub
21.07.2017 [09:11]
Baş nazirin müavini Əli Əhmədov Nyu-Yorkda Belarus, Kanada və Polşa nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb
Azərbaycan Respublikasının Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin Baş qərargahında keçirilən Yüksək Səviyyəli Siyasi Forumda Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə dair ilk könüllü Milli İcmalının təqdim edilməsi məqsədilə Nyu-Yorkda səfərdədir.
Nazirlər Kabinetindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində Baş nazirin müavini Əli Əhmədov Belarus parlamentinin vitse-spikeri xanım Marianna Şotkina, Kanadanın xarici işlər naziri xanım Kristia Freeland və Polşanın İnkişaf nazirinin müavini Jerzi Kviecinski ilə görüş keçirib.
Belarus nümayəndə heyətinin rəhbəri ilə görüş zamanı ölkələrimiz arasında münasibətlərin inkişaf perspektivləri, o cümlədən Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində, eyni zamanda, Milli Məruzələrin hazırlanmasında qarşılıqlı təcrübə mübadiləsinin aparılması və bu sahədə Azərbaycan təcrübəsinin öyrənilməsi kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Kanadanın xarici işlər naziri xanım Kristia Freeland ilə görüşdə ölkələrimiz arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, qlobal və regional təhlükəsizlik, qaçqın və məcburi köçkün problemlərinin həlli ilə bağlı məsələlər müzakirə olunub.
Polşanın inkişaf nazirinin müavini Jerzi Kviecinski ilə keçirilən görüşdə Baş nazirin müavini Əli Əhmədov Polşa və Azərbaycan münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini və bu uğurlu əlaqələrin gələcəkdə də davam etdiriləcəyinə əminliyini bildirib. Eyni zamanda, Polşanın inkişaf nazirinin müavini Azərbaycan Respublikası Prezidentinin Polşa Respublikasına səfərinin ölkələrimiz arasında qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinə təkan verəcəyinə əmin olduğunu vurğulayıb. Bununla yanaşı, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində Azərbaycanın uğurlu addımlar atdığı və bu sahədə ölkəmizin təcrübəsinin öyrənilməsinin vacibliyi diqqətə çatdırılıb.
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46

