Jurnalistlərin mənzillə təmin edilməsi yüksək humanizm nümunəsidir
27.07.2017 [09:38]
Şəffaf və ədalətli şəkildə aparılan bölgü nəticəsində mətbuatın inkişafına xidmət göstərən və evsiz olan jurnalistlər mənzillə təmin olunub
Xəbər verildiyi kimi, iyulun 20-də Prezident İlham Əliyevin iştirakı ilə jurnalistlər üçün tikilmiş növbəti binada mənzillərin paylanması mərasimi keçirilib. Məlumat üçün bildirək ki, Azərbaycan Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı əsasında inşa olunan 3 bloklu, 17 mərtəbəli bu bina jurnalistlər üçün tikilən sayca ikinci binadır. Ümumilikdə, jurnalistlər üçün inşa edilən ikinci binada 255 mənzil var. Onlardan 9-u birotaqlı, 144-ü ikiotaqlı, 93-ü üçotaqlı və 9-u dördotaqlı mənzillərdir. Ona qədər isə 2013-cü ildə 156 mənzildən ibarət bina da jurnalistlərə paylanmışdı.
Vurğulamaq yerinə düşər ki, yüksək humanizm nümunəsi olan bu addım media nümayəndələri tərəfindən birmənalı şəkildə sevinclə qarşılanır. Ən əsası isə, prosesin şəffaf və ədalətli şəkildə aparılması, ehtiyacı olan insanların mənzil şəraitinin yaxşılaşdırılması bu təqdirəlayiq addımın necə yüksək dəyərə malik olduğunu bir daha təsdiqləyir. Qeyd etmək yerinə düşər ki, mənzillərin bölüşdürülməsi ilə bağlı parametrlər əvvəlcədən müəyyənləşdirilmişdi və ümumi proses boyunca bu parametrlərə tam əməl olunub. Ən son mərhələdə isə mənzillərin bölüşdürülməsi püşk yolu ilə həll edilib ki, bu da prosesin məhz tam şəffaf qaydada keçdiyini deməyə əsas verir.
Öz növbəsində qəzetimizə açıqlama verən “APA Holding”in rəhbəri Vüsalə Mahirqızı ölkə Prezidenti tərəfindən ayrılan vəsait hesabına tikilən mənzillərin jurnalistlərə verilməsinin çox gözəl bir ənənə olduğunu diqqətə çatdırıb. V.Mahirqızı bildirib ki, Azərbaycan mətbuatında çalışan və ciddi şəkildə mənzilə ehtiyacı olan, kirayələrdə yaşayan jurnalistlərimiz bu humanist aksiyadan yararlandılar və mənzil sahibi oldular: “Bu günə qədər 410 jurnalist dövlətimizin dəstəyi sayəsində mənzillə təmin olunub və yaxın gələcəkdə bu say daha 255 nəfər artacaq. Çox təqdirəlayiq bir haldır və ev alan qələm sahiblərinin sevincinə biz də şərik oluruq. Qeyd etdiyimiz kimi, çox gözəl bir humanist aksiyadır və əlbəttə ki, bununla bağlı müzakirələrin açılması, subyektiv fikirlərin səsləndirilməsi də gözlənilən idi. Çünki 255 mənzilə 2 minə yaxın iddiaçı vardı və bu da dediklərimizi təsdiqləyir. Fikrimcə, uzun illər jurnalistikada xidmətləri olan şəxslərin mənzil şəraitlərinin yaxşılaşdırılması olduqca mühüm bir məqam idi. Azərbaycan Respublikasının Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi cənab Əli Həsənov da bu barədə bildirdi və qeyd etdi ki, bu hədiyyədir. Qeyd edim ki, prosesdə kifayət qədər şəffaflığın, ədalətin qorunması üçün çalışılmışdı və bu prinsip qorunmuşdu. Həmin siyahıda bu gün aktiv jurnalistikada olmayan, bununla belə illərlə medianın inkişafına xidmət göstərən şəxslər də yer almışdılar. Bu insanlar medianın veteranlarıdır və onların adlarının orada olması çox sevindirici idi. Eləcə də dünyasını dəyişən jurnalistlərimizin ailələri vardı ki, onların ailəsi də mənzillə təmin olundular. Fikrimcə, həmin siyahıda obyektivlik yüksək səviyyədə qorundu və prosesdən yararlanmağa çalışaraq bu gözəl işə qara yaxmaq, dövlətimizin bu gözəl ənənəsinə ləkə vurmaq istəyənləri qətiyyətlə pisləyirəm. Bəli, jurnalist maaşı ilə ev almaq çox çətindir. Ölkə Prezidentinə təşəkkür edirik və bu gözəl ənənənin davam etdirilməsinə sevinirik”.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı da ilk növbədə Prezident İlham Əliyevə təşəkkür edib. Baş redaktor ölkəmizdə jurnalistlərə göstərilən diqqət və qayğının yüksək səviyyədə olduğunu bildirib və vurğulayıb ki, bu gözəl ənənə 2013-cü ildə 156, bir neçə gün öncə isə 255 jurnalist ailəsinin sevincinə səbəb olub: “Bununla da Azərbaycan dövləti, Prezidentimiz ölkəmizdə ziyalı mühitin yaşaması, ictimai mühitin düzgün formalaşması üçün əlindən gələni əsirgəmir, mətbuata daim diqqət və qayğı ilə yanaşır. Bu qayğını biz hər zaman öz həyatımızda hiss etmişik. Dövlətimizin diqqəti yalnız mənzillərin şəffaf, ədalətli şəkildə bölüşdürülməsində deyil, eyni zamanda başqa addımlarda da özünü göstərir. Məsələn, ötən illərdə çap mətbuatının ən ağır dövrlərində məsələyə müdaxilə edən dövlətimizin maddi yardımları ilə bu gün də qəzetlər ayaqda durur. O baxımdan mən ölkə rəhbərliyinə bir daha minnətdarlığımı bildirirəm. Hesab edirəm ki, bu həm də jurnalist peşəsinə verilən böyük bir dəyər idi. Bu gün ölkəmizdə jurnalistikaya maraq artmaqdadır və həmçinin mənfi tendensiyalar aradan qaldırılıb, şəffaflığın təmininə nail olunub. O cümlədən jurnalistikanın stimullaşdırılması prosesi yüksək səviyyədə aparılır. Evlərin bölüşdürülməsində də tam şəkildə şəffaflığa və ədalət prinsiplərinə riayət olunub. Gələcək illərdə bu proses davamlı olacaq və əminəm ki, həmin dövrdə də layiqli media nümayəndələri mənzillə mükafatlandırılacaqlar”.
Tanınmış teleaparıcı, İctimai Televiziyanın ictimai-siyasi proqramlar departamentinin direktoru Anar Yusifoğlu da Prezident İlham Əliyev tərəfindən mətbuat sahəsinə göstərilən dövlət qayğısının davamlı və ardıcıl xarakter aldığını deyib. Onun sözlərinə görə, dövlət başçısının Sərəncamı ilə jurnalistlər üçün bunaların tikilməsi, haqqı və xidməti olan media nümayəndələrinin mənzillə təmin olunmaları da həmin diqqətin parlaq ifadəsidir: “Jurnalistlərin mənzillə təmin olunmalarından danışarkən, diqqəti bir məqama yönəltmək istərdim. 2010-cu ildən başlayaraq jurnalistlərin sosial müdafiəsinin möhkəmləndirilməsi, mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış binalarının tikilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamlar uğurla reallaşdırılıb. Ən başlıcası, mənzillərin paylanılmasında ədalət prinsiplərinin vicdanla qorunması diqqət mərkəzində olub. Jurnalistlər üçün inşa edilən ikinci binada 255 mənzilin bölgüsü də bunu bir daha təsdiq etdi. Eyni zamanda, sübut etdi ki, ölkəmizdə jurnalistlərin sosial problemlərinin həllinə dövlət səviyyəsində qayğı var. Mən də həmin binada mənzil alanlar sırasında olmaqla bu gün o qayğını öz üzərimdə hiss edirəm və belə bir sevinci mənə, ailəmə yaşatdığı üçün cənab Prezidentə təşəkkürümü bildirirəm”.
Jurnalistlərin binasında mənzillə təmin olunan “Səs” qəzetinin məsul katibi Mətləb Salahov isə öz növbəsində ölkəmizdə jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımların hər birini Azərbaycan Prezidentinin azad sözə, yaradıcı jurnalistikaya verdiyi qiymət kimi dəyərləndirib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin mətbuata diqqət və qayğısı yüksək səviyyədədir: “Mən də mənzillə təmin olunan jurnalistlərin siyahısında yer almışam. Cənab Prezident bu xeyirxah addımı ilə neçə-neçə evsiz jurnalistə, sözün əsl mənasında, böyük sevinc bəxş etdi. Bir jurnalist olaraq, hörmətli Prezidentimizə dərin təşəkkür və minnətdarlığımı bildirirəm. Çünki yaradıcı insanlar üçün sərbəst, sosial qayğılar və problemlər olmadan fəaliyyət göstərmək çox zəruri məsələdir. Dövlətin yaradıcı insanlara bu cür dəyər verməsi, sözün əsl mənasında, alqışlanmalı hadisədir. Mən əminəm ki, milli jurnalistikamız qarşıdakı illərdə bu qayğı və dəstəyə peşəkarlığın artırılması və sürətli inkişafla cavab verəcək”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

