/ / Əhməd Əhmədzadə: Mehriban xanımın Azərbaycan xalqı və dövlətinin ali mənafeyinə xidmət edən fəaliyyəti cəmiyyətimiz tərəfindən hər zaman yüksək dəyərləndirilir
Əhməd Əhmədzadə: Mehriban xanımın Azərbaycan xalqı və dövlətinin ali mənafeyinə xidmət edən fəaliyyəti cəmiyyətimiz tərəfindən hər zaman yüksək dəyərləndirilir
26.08.2017 [10:10]
“Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ali məramlı fəaliyyəti ilə ayrı-ayrı sahələrin inkişafında müstəsna rol oynayan, ölkəmizi beynəlxalq müstəvidə layiqincə təmsil edən, müxtəlif sahələr üzrə respublikada və beynəlxalq miqyasda böyük işlər görən ictimai-siyasi xadim kimi tanınır. Onun Azərbaycan xalqı və dövlətinin ali mənafeyinə xidmət edən fəaliyyəti cəmiyyətimiz tərəfindən hər zaman yüksək dəyərləndirilir”. Bu fikirləri yap.org.az saytına “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə deyib.
Ə.Əhmədzadə bildirib ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ulu öndərin ideyalarını böyük əzmlə, sədaqətlə həyata keçirir. Onun sözlərinə görə, ölkəmizin yaradıcı və elmi potensialının artırılmasına kömək etməyi, uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirməyi, ekologiya sahəsində mühüm tədqiqatları dəstəkləməyi, sağlam həyat tərzini təbliğ etməyi, Azərbaycan Republikasının ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarlar, eləcə də dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verməyi öz fəaliyyətində prioritet məsələlər kimi öndə tutan Fondun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə edir.
Onun sözlərinə görə, Mehriban xanım Əliyevanın xeyriyyəçilik fəaliyyəti, həmçinin xalqlar və mədəniyyətlərarası əlaqələrin inkişafına verdiyi əvəzsiz töhfələr xarici ölkələr və nüfuzlu təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir: “Ümumiyyətlə, Mehriban xanım Əliyevanın layiq görüldüyü mükafatların və fəxri adların sayı kifayət qədər çoxdur. Bu kontekstdə xüsusilə iki nümunəyə nəzər yetirmək lazımdır. Birincisi, ölkənin birinci xanımının Azərbaycanın ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə “Heydər Əliyev Mükafatı” ilə təltif olunmasıdır. Digəri isə Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə ölkəmizin ən ali dövlət təltifi olan “Heydər Əliyev” ordeninə layiq görülməsidir. Yeri gəlmişkən, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə çalışan “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin üzvlərinin yüksək əzmkarlığı sayəsində gələcək Avropa Oyunlarının yüksək standartlarının məhz Azərbaycan tərəfindən müəyyənləşdirilməsini xüsusi qeyd etmək lazımdır. Bundan başqa, Mehriban xanım Əliyevanın millət vəkili kimi fəaliyyəti də olduqca səmərəli və yaddaqalan olub. Təsadüfi deyil ki, Azərbaycan vətəndaşları Mehriban xanım Əliyevanın həm də millət vəkili kimi fəaliyyətini yüksək qiymətləndirib, ona yüksək etimad göstəriblər. 14 saylı Xəzər Seçki Dairəsi üzrə Mehriban Əliyevanın 2005, 2010 və 2015-ci illərdə deputat seçilməsi onun fəaliyyətinin qanunauyğun nəticəsi kimi səciyyələndirilir. Fəaliyyəti dövründə məhz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə çox genişmiqyaslı sosial-iqtisadi layihələr həyata keçirilib”.
Ə.Əhmədzadə qeyd edib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirənin keçirilməsi də deməyə əsas verir ki, Birinci vitse-prezidentin fəaliyyətində sosial məsələlər hər zaman ön planda olacaq. Fəaliyyəti dövründə sosial məsələlərə xüsusi diqqət yetirən Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi Azərbaycanda həyata keçirilən sosial siyasətə layiqli töhfə verməsi vətəndaşlara diqqət və qayğı çərçivəsində müstəsna əhəmiyyət kəsb edir. “Mehriban xanım Əliyeva bu zamana qədər Azərbaycan xalqının və dövlətinin maraqları əsasında uğurlu fəaliyyət göstərib və cəmiyyətimiz Azərbaycanın birinci xanımının fəaliyyətini olduqca yüksək qiymətləndirir. Məhz bütün bunları nəzərə alaraq deyə bilərik ki, Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi qanunauyğun olmaqla yanaşı, həm də xalqımızın istəyinin ifadəsi oldu. Bu, həmçinin ölkəmizdə həyata keçirilən islahatlar strategiyası çərçivəsində atılmış məqsədyönlü addımlardandır. Şübhəsiz ki, ölkəmizin inkişafına xidmət edən yeni islahatların həyata keçirilməsi prosesində Mehriban xanım Əliyevanın fəaliyyəti bundan sonra da mühüm yer tutacaq”, - deyə ASC sədri vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42

