/ / Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Axtarış və Kəşfiyyat İdarəsi üçün yeni kompleks istifadəyə verilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Axtarış və Kəşfiyyat İdarəsi üçün yeni kompleks istifadəyə verilib
07.09.2017 [10:23]
Sentyabrın 6-da Culfa şəhərində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Axtarış və Kəşfiyyat İdarəsi üçün yeni kompleks istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.
Ali Məclisin Sədri Geoloji Axtarış və Kəşfiyyat İdarəsi üçün yeni binaların istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: “Azərbaycan müstəqillik əldə etdikdən sonra yaradılan təşkilatlardan biri də Ekologiya və Təbii Sərvətlər Nazirliyidir. Buna müvafiq olaraq Naxçıvan Muxtar Respublikasında da Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılaraq fəaliyyət istiqamətləri müəyyənləşdirilib”.
Sonra Ali Məclisin Sədri Geoloji Axtarış və Kəşfiyyat İdarəsinə tapşırıb ki, muxtar respublika üzrə mineral-xammal bazasının resurslarının perspektiv proqnozlarını, yeraltı su ehtiyatlarının kompleks istifadəsi sxemlərini hazırlasın, nəzərdə tutulan geoloji tapşırıqların təsdiq olunan layihə-smeta sənədlərinə müvafiq surətdə ardıcıl, səmərəli, keyfiyyətli və müəyyən olunmuş müddətdə yerinə yetirilməsini təmin etsin. İdarə həmçinin yeraltı suların rejim və balans elementlərini, çirklənməsini, ehtiyatların tükənməsini, eksogen geoloji prosesləri, seysmik və radiasiya şəraitini öyrənməli, ətraf mühitin təbii proseslərdən mühafizəsi məqsədilə monitorinqlər keçirməlidir. Faydalı qazıntı ehtiyatlarının və yeraltı suların balans və balansdankənar ehtiyatlarını, proqnoz resurslarını hesablamalı, ekspertiza və təsdiq üçün aidiyyəti üzrə təqdim etməlidir.
Ali Məclisin Sədri verilən tapşırıqların icrasında geoloqlara uğurlar arzulayıb.
Daha sonra çıxış edən Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Hafiz Yaqubov və Geoloji Axtarış və Kəşfiyyat İdarəsinin rəisi Əli Vəliyev yaradılan müasir şəraitə görə muxtar respublika geoloqları adından minnətdarlıq ediblər, qarşıya qoyulan vəzifə və tapşırıqların icrasında səylə çalışacaqlarına söz veriblər.
Sonra Ali Məclisin Sədri yaradılan şəraitlə tanış olub.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

