/ / Eldar İbrahimov: Bu müşavirədən sonra ölkəmizdə çay, çəltik və sitrus meyvələri istehsalının inkişafında böyük dönüş yaranacaq
Eldar İbrahimov: Bu müşavirədən sonra ölkəmizdə çay, çəltik və sitrus meyvələri istehsalının inkişafında böyük dönüş yaranacaq
08.09.2017 [10:16]
“Prezident İlham Əliyev hakimiyyətə gəldiyi gündən hər zaman regionların sosial-iqtisadi inkişafı ilə bağlı məsələlərə xüsusi diqqət göstərir. 2004-cü ildən indiyədək həyata keçirilən Dövlət proqramları buna əyani sübutdur”. Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.
E.İbrahimov bildirib ki, son vaxtlar bu sahəyə diqqət daha da artıb. Onun sözlərinə görə, hazırda dövlət başçısı pambıqçılığın, tütünçülüyün, üzümçülüyün, baramaçılığın, fındıqçılığın, bir sözlə, ölkəmizə valyuta gətirə biləcək məhsulların artımına çox böyük diqqət göstərir. “Ölkə başçısının son dövrlərdə regionlara səfəri və orada keçirilən müşavirələr, imzalanan sərəncamlar bunu deməyə əsas verir. Bildiyiniz kimi, son günlərdə Azərbaycan Prezidenti cənub bölgəsinə səfər etdi və Lənkəranda çayçılıq, sitrus bitkilərinin və çəltikçiliyin inkişafı ilə bağlı müşavirə keçirdi. Müşavirə zamanı dövlət başçısı sözügedən sahələrin gələcək inkişafı, qarşıda duran vəzifələr haqqında konkret fikirlərini söylədi. Bütün bunlar, əlbəttə ki, dövlət başçısının kənd təsərrüfatına diqqətinin göstəricisidir”, - deyə E.İbrahimov vurğulayıb.
Komitə sədri qeyd edib ki, ümumiyyətlə, çayçılıq, sitrus bitkiləri və çəltikçilik ölkəyə gəlir gətirən önəmli sahələrdir: “Dövlət başçısı Lənkəranda keçirilən müşavirədə də qeyd etdi ki, hazırda ölkəmizə çay idxalı ixracdan çoxdur. Lakin biz ixracı artırmalı, idxalı azaltmalıyıq. Prezident İlham Əliyev Lənkəranda keçirilən müşavirədə bununla bağlı Öz tapşırıq və tövsiyələrini verdi. Hesab edirəm ki, bu müşavirədən sonra sözügedən sahələrin inkişafında böyük dönüş yaranacaq. Bildiyiniz kimi, bir zamanlar ölkəmizin cənub zonası Rusiyanı tez yetişən tərəvəzlərlə təmin edirdi və bu sahədən gəlir əldə olunurdu. Çayçılıqla bağlı Ümummilli lider Heydər Əliyevin sovetlər dövründə ölkəmizə rəhbərlik etdiyi vaxtlarda böyük yüksəliş olub və daha sonra müstəqilliyin ilk illərində bu sahələr məhv edilib. Çox sevindiricidir ki, bu siyasətin layiqli davamçısı olan Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən işlər nəticəsində kənd təsərrüfatı yenidən canlanır”.
E.İbrahimov bildirib ki, kənd təsərrüfatı sahəsi dövlət dəstəyi olmadan inkişaf edə bilməz: “Bu baxımdan da, Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət nəticəsində dövlət tərəfindən bu sahəyə diqqət göstərilir və nəticədə də Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracında böyük artım var. Bunun özü çox müsbət haldır. Çünki ölkəmiz öz məhsulları ilə nəinki özünü təmin etmək, eləcə də xarici bazarlara çıxaraq valyuta əldə etmək imkanı qazanacaq. Təbii ki, görülən işlər bununla yekunlaşmır. Ölkəmizdə təkcə kənd təsərrüfatı deyil, digər məhsulların istehsalının inkişafı ilə bağlı mühüm işlər görülür ki, neftdən asılılığa son qoyulsun. Yəni iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı nəticəsində neft amilindən asılılıq aradan qalxır. Bu, çox düzgün və vacib siyasətdir”.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

