/ / Azərbaycan ilə ATƏT PA arasında əməkdaşlığın daha da dərinləşdirilməsi məsələləri müzakirə olunub
Azərbaycan ilə ATƏT PA arasında əməkdaşlığın daha da dərinləşdirilməsi məsələləri müzakirə olunub
09.09.2017 [11:39]
Sentyabrın 8-də Milli Məclisin sədri Oqtay Əsədov ATƏT Parlament Assambleyasının sədri xanım Kristin Muttonenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə ATƏT PA arasında əməkdaşlığın daha da dərinləşdirilməsi məsələləri müzakirə olunub.
Oqtay Əsədov ATƏT-in əsas funksiyalarından birinin qitədə təhlükəsizliyin təmin olunması, münaqişələrin aradan qaldırılması olduğunu söyləyib. “Bu baxımdan biz göstərilən istiqamətlər üzrə qurumun Parlament Assambleyasının fəaliyyətinin gücləndirilməsini önəmli hesab edirik”, - deyə sədr vurğulayıb.
Spiker Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in Minsk qrupunun yaradılmasına baxmayaraq, ötən 25 il ərzində münaqişənin həlli istiqamətində gözlənilən nəticənin əldə edilmədiyini deyib. Bildirilib ki, bu hal Azərbaycan ictimaiyyətində Minsk qrupuna olan inamı getdikcə azaldır.
Milli Məclisin sədri deyib: “Bizdə belə bir təsəvvür yaranıb ki, qrupda təmsil olunan böyük dövlətlər münaqişə bölgəsində status-kvonun saxlanılmasında və müharibənin yenidən alovlanmamasında maraqlıdırlar. Ancaq onlar unudurlar ki, bu hal sonsuza qədər davam edə bilməz.
Ermənistandan başqa bütün dövlətlər və nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. Dünyanın digər bölgələrində münaqişələr baş verən zaman işğalçıya qarşı sanksiyalar qəbul olunur. Ona lazımi təzyiqlər göstərilir. Ancaq Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Ermənistana münasibətdə biz bunu görmürük. Əvəzində isə cəbhə xəttində mülki insanlar, qocalar və uşaqlar qətlə yetirilir. Ötən ilin aprelində Azərbaycanın Ermənistanın təxribatına verdiyi cavab bir daha göstərdi ki, biz münaqişəni başqa vasitələrlə də həll edə bilərik. Ancaq biz öz beynəlxalq öhdəliklərimizə sadiqik. Problemin sülh yolu ilə, ədalətli həllinə inanırıq”.
Oqtay Əsədov bildirib ki, Azərbaycan Avropa İttifaqının üzvləri və təşkilatın özü ilə qarşılıqlı hörmət əsasında əməkdaşlıq edir. Azərbaycana zorla hansısa sənədi qəbul etdirmək mümkün deyil. Ermənipərəst təşkilatlar və ölkəmizi istəməyən qüvvələr müxtəlif vasitələrlə bizə təzyiqlər göstərməyə cəhd edirlər. Bu çirkin əməllər bu gün də davam edir. Heç bir qüvvə Azərbaycanı müstəqil siyasət yolundan döndərə bilməz.
Sədr ATƏT PA nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində keçirdiyi görüşləri yüksək dəyərləndirərək, bu cür səfərlərin əməkdaşlığın dərinləşdirilməsi baxımından əhəmiyyətli olduğunu söyləyib.
Kristin Muttonen səfər çərçivəsində keçirdiyi görüşlər zamanı aparılan danışıqlardan məmnun qaldığını deyib. O, ölkə Prezidenti ilə müxtəlif istiqamətlər üzrə - Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, təhsil, Qədim İpək Yolunun bərpası və digər məsələlərlə bağlı aparılan müzakirələri, Milli Məclisdə həmkarları ilə keçirdiyi görüşləri fikir mübadiləsi baxımından yüksək qiymətləndirib. Qeyd edilib ki, Azərbaycan nümayəndə heyətinin üzvləri təşkilatın işində fəallıq göstərir, yeni-yeni qərar və qətnamə layihələri, ideyalarla çıxış edirlər. Onların verdikləri təkliflər Assambleya üzvləri tərəfindən maraqla qarşılanır.
Qonaq Assambleyada multikulturalizmlə bağlı Azərbaycan tərəfinin irəli sürdüyü qətnamənin qəbul olunmasından danışaraq, bu sahədə Azərbaycanın təcrübəsini digər dövlətlər üçün çox əhəmiyyətli hesab edib. Bildirilib ki, multikulturalizm terrorizmə qarşı mübarizədə də əhəmiyyətli rol oynaya bilər. Biz gələcəkdə bu istiqamətdə fəaliyyətimizi genişləndirmək niyyətindəyik.
Xanım Kristin Muttonen Azərbaycana səfərinin nəticələrindən razı qaldığını, ikitərəfli əməkdaşlığın bundan sonra da yüksək səviyyədə davam etdiriləcəyinə ümidvar olduğunu qeyd edib.
Söhbət zamanı tərəflər Azərbaycan-Avstriya münasibətlərinin bu günü və inkişaf perspektivləri, parlamentlərarası əlaqələrin daha da dərinləşməsi, dostluq qruplarının fəaliyyəti və digər məsələlər barədə fikirlərini bölüşüblər.
Görüşdə Milli Məclis sədrinin müavini, ATƏT PA-da nümayəndə heyətimizin rəhbəri Bahar Muradova, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxİdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10

