/ / Azərbaycan və Böyük Britaniya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb
Azərbaycan və Böyük Britaniya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb
15.09.2017 [10:29]
Azərbaycan ilə Böyük Britaniya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb. Siyasi məsləhətləşmələri Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Xələf Xələfov, Böyük Britaniya tərəfdən isə Avropa və Amerika məsələləri üzrə dövlət naziri Alan Dunkan aparıblar. Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazir müavini X.Xələfov Azərbaycan ilə Böyük Britaniya arasında siyasi dialoqun intensiv şəkildə inkişafının məmnunluq doğurduğunu deyib. O, Azərbaycanın Böyük Britaniya ilə tərəfdaşlığa xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırıb.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 1994-cü ildə Böyük Britaniyaya səfəri, Britaniyanın sabiq Baş naziri Con Meycor ilə keçirdiyi görüşü və imzaladıqları sənədləri xatırladan nazir müavini ölkələrimiz arasında uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığın əsasının o zaman qoyulduğunu vurğulayıb. O, dövlətlərarası münasibətlər zəminində neft şirkətləri arasında da sazişlərin imzalandığını, Ulu öndər Heydər Əliyevin müəllifi olduğu strategiya əsasında Xəzər dənizinin Azərbaycan sektorundakı neft-qaz ehtiyatlarının dünyaya açılmasını nəzərdə tutan enerji siyasətinin bu gün də uğurla davam etdirildiyini diqqətə çatdırıb. Bu xüsusda Böyük Britaniyanın Azərbaycana göstərdiyi dəstəyinin yüksək qiymətləndirildiyini bildirib.
2016-cı il fevralın 11-də Londonda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın ilk iclasının keçirildiyini qeyd edən nazir müavini müxtəlif dövlət qurumlarının təmsil olunduğu Komissiyanın əlaqələrimizin hərtərəfli inkişafı üçün mühüm rol oynadığını deyib.
“Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının 2050-ci ilə qədər işlənilməsini nəzərdə tutan yeni Sazişin imzalanmasının tarixi hadisə olduğunu qeyd edən Xələf Xələfov ölkələrimiz arasında yüksək səviyyəli əlaqələrin və qarşılıqlı etimadın bu sazişin imzalanması ilə bir daha öz təsbitini tapdığını vurğulayıb.
Böyük Britaniyanın dövlət naziri Alan Dunkan bu fikrə şərik çıxaraq ölkəsinin Azərbaycan ilə strateji dialoqa mühüm önəm verdiyini, “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının 2050-ci ilə qədər işlənilməsini nəzərdə tutan yeni sazişin ölkələrimiz arasındakı əlaqələrin möhkəmliyinin, qarşılıqlı etimadın və peşəkar investisiya layihələrinin uğurlu təzahürü olduğunu deyib. O, iki ölkənin siyasi və iqtisadi əlaqələrinin bir-birini tamamladığını bildirərək bu layihələrin xalqlarımızın rifahına xidmət etdiyini söyləyib.
Siyasi məsləhətləşmlələr əsnasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri ilə yanaşı, regional və beynəlxalq gündəlikdə duran məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Azərbaycanın və regionun təhlükəsizliyi üçün ciddi təhdid olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın Azərbaycana qarşı davam edən işğalına toxunan X.Xələfov təəssüflə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin həlli istiqamətində aparılan danışıqların heç bir nəticə vermədiyini diqqətə çatdırıb. ATƏT-in Minsk qrupunun həmsədrlərinin BMT Təhlükəsizlik Şurasının mandatı əsasında fəaliyyət göstərdiyi və BMT TŞ-nın münaqişə ilə əlaqədar qətnamələrinin kağız üzərində qaldığını, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu deyən nazir müavini X.Xələfov Ermənistanın müxtəlif təxribatlarla danışıqları daim pozduğunu və münaqişənin fəal fazada qalmaqda davam etdiyini bildirib. O əlavə edib ki, Azərbaycan heç vaxt öz ərazilərinin işğalı ilə barışmayacaq və haqlı olaraq Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinin azad olunmasını tələb edir.
Britaniyalı dövlət naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, ölkəsinin beynəlxalq münasibətlərdə hüququn aliliyi prinsipini dəstəklədiyini, bir dövlətin digər dövlətin ərazisinə müdaxiləsini, ərazilərin güc yolu ilə ilhaqını qəbuledilməz hesab etdiyini vurğulayıb.
X.Xələfov Böyük Britaniyanın beynəlxalq hüququn norma və prinsipləri, hüququn aliliyi əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməsinə dair mövqeyinin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. Qeyd edib ki, işğal və təcavüz hallarına qarşı beynəlxalq ictimaiyyətin qəti və birmənalı mövqeyinin ifadə olunması zəruridir.
Regional və beynəlxalq məsələlərə münasibətdə X.Xələfov Azərbaycanın müstəqil xarici siyasət yürütdüyünü, mehriban qonşuluq, bir-birlərinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında qonşu dövlətlərlə münasibətlər qurduğunu, ölkəmizin qonşu dövlətlər olaraq Rusiya və İranla ikitərəfli və üçtərəfli əsasda əlaqələrini inkişaf etdirdiyini diqqətə çatdırıb. Azərbaycanın tarazlı siyasət yürütdüyünü deyən nazir müavini bu siyasət nəticəsində ölkəmizin regionda əməkdaşlıq məkanına çevrildiyini, region və onun hüdudlarından kənarda sülh və təhlükəsizliyin təminatına mühüm töhfələr verdiyini söyləyib.
Britaniyalı nazir Azərbaycanın rolu və qəbul etdiyi investisiyalara görə regiondakı aparıcı mövqeyinə toxunaraq ölkəsinin digər sahələrdə olduğu kimi, humanitar sahədə də Azərbaycanla əməkdaşlığa hazırlığını qeyd edib.
“Brexit” məsələsindən danışan Britaniyanın dövlət naziri ölkəsinin Avropa və beynəlxalq siyasətdə daha fəal rol oynayacağını bildirib.
Tərəflər Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri, Şərq Tərəfdaşlığı proqramında iştirakı məsələlərini də müzakirə ediblər.
Nazir müavini X.Xələfov Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri ilə bu ilin noyabrında keçiriləcək sammitində Azərbaycanın iştirakı və hazırda Aİ ilə Azərbaycan arasında tərəfdaşlığa dair saziş üzrə aparılan intensiv danışıqlar məsələlərinə toxunub. O, bu sazişin Aİ-Azərbaycan əməkdaşlığının hərtərəfli inkişafı üçün mühüm çərçivə rolunu oynayacağını qeyd edib.
Görüşdə maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
10 Sentyabr 23:17
Hadisə
10 Sentyabr 22:45
İqtisadiyyat
10 Sentyabr 22:29
Dünya
10 Sentyabr 21:52
Dünya
10 Sentyabr 21:16
Sosial
10 Sentyabr 20:40
İqtisadiyyat
10 Sentyabr 20:25
Yeni texnologiyalar
10 Sentyabr 19:49
Dünya
10 Sentyabr 19:17
YAP xəbərləri
10 Sentyabr 18:23
Dünya
10 Sentyabr 18:20
YAP xəbərləri
10 Sentyabr 18:19
YAP xəbərləri
10 Sentyabr 18:16
YAP xəbərləri
10 Sentyabr 18:13
Dünya
10 Sentyabr 17:35
Analitik
10 Sentyabr 16:41
Maraqlı
10 Sentyabr 16:40
Dünya
10 Sentyabr 16:19
YAP xəbərləri
10 Sentyabr 15:54
Dünya
10 Sentyabr 15:50
YAP xəbərləri
10 Sentyabr 15:48
YAP xəbərləri
10 Sentyabr 15:45
YAP xəbərləri
10 Sentyabr 15:31
YAP xəbərləri
10 Sentyabr 15:28
Dünya
10 Sentyabr 15:23
Siyasət
10 Sentyabr 15:11
Xəbər lenti
10 Sentyabr 14:39
Sosial
10 Sentyabr 14:37
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:35
Gündəm
10 Sentyabr 14:35
Dünya
10 Sentyabr 14:31
Dünya
10 Sentyabr 14:06
Dünya
10 Sentyabr 13:48
Dünya
10 Sentyabr 13:25
YAP xəbərləri
10 Sentyabr 12:44
Gündəm
10 Sentyabr 12:43
Dünya
10 Sentyabr 12:41
YAP xəbərləri
10 Sentyabr 12:24
YAP xəbərləri
10 Sentyabr 12:20
YAP xəbərləri
10 Sentyabr 12:16
Dünya
10 Sentyabr 12:14
YAP xəbərləri
10 Sentyabr 12:12
Gündəm
10 Sentyabr 12:07
Gündəm
10 Sentyabr 11:36
İqtisadiyyat
10 Sentyabr 11:12
Dünya
10 Sentyabr 11:09
Sosial
10 Sentyabr 11:00
Elm
10 Sentyabr 10:57
Dünya
10 Sentyabr 10:56
Hadisə
10 Sentyabr 10:55
İqtisadiyyat
10 Sentyabr 10:43
İqtisadiyyat
10 Sentyabr 10:25
Analitik
10 Sentyabr 09:52
İqtisadiyyat
10 Sentyabr 09:17
Sosial
10 Sentyabr 08:50
MEDİA
10 Sentyabr 08:38
Sosial
10 Sentyabr 07:05
Dünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16

