/ / Siyavuş Novruzov: Prezident İlham Əliyev BMT Baş Assambleyasında ölkəmizin milli maraqlarını qətiyyətlə müdafiə etdi
Siyavuş Novruzov: Prezident İlham Əliyev BMT Baş Assambleyasında ölkəmizin milli maraqlarını qətiyyətlə müdafiə etdi
22.09.2017 [10:27]
Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a səfəri milli maraqlarımızın qorunması və ölkəmizin siyasi, iqtisadi əlaqələrinin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir.
Bunu Trend-ə Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, bu səfərin əhəmiyyətini anlamaq üçün bir neçə mühüm aspektə nəzərə salmaq lazımdır: “Əvvəla, Prezident İlham Əliyev Birləşmiş Ştatlara səfəri çərçivəsində bir sıra dövlət və hökumət başçıları, eləcə də müxtəlif şirkət rəhbərləri ilə görüşlər keçirdi və bu, ölkəmizin siyasi, iqtisadi və müxtəlif sahələri əhatə edən çoxşaxəli əlaqələrinin inkişafına xidmət edir. Bu həm də Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi baxımından böyük önəmə malikdir. Ən əsası, Prezident İlham Əliyev BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında çıxış edərək çox mühüm məsələlərə toxundu, Ermənistan hakimiyyətini tam ifşa edərək Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırdı”.
YAP İcra katibinin müavini əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında çıxışı zamanı səsləndirdiyi fikirlər 3 mühüm məqamı önə çəkir: “Birincisi, dövlətimizin başçısı dünyanın ən mötəbər beynəlxalq qurumu olan BMT-nin tribunasından Dağlıq Qarabağ problemi, işğalçı Ermənistan tərəfindən xalqımıza qarşı törədilən cinayətlər, o cümlədən məhz Serj Sarkisyanın da iştirakçısı olduğu Xocalı soyqırımı barədə reallıqları sessiya iştirakçılarının və dünyanın diqqətinə çatdırdı. Prezident İlham Əliyev qeyd etdi ki, “Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20 faizi işğal altındadır. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan azərbaycanlılara qarşı Ermənistanda, Dağlıq Qarabağda və Azərbaycanın digər 7 rayonunda etnik təmizləmə siyasəti həyata keçirib”. Əlbəttə, bu fikirlərin BMT tribunasından səsləndirilməsi Azərbaycanın milli maraqlarının qətiyyətli müdafiə olunmasının və ölkəmizin münaqişənin həlli istiqamətində aktiv diplomatiyasının təzahürüdür”.
Onun sözlərinə görə, ikinci vacib məqam ondan ibarətdir ki, işğal faktına, 1 milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə baxmayaraq, Azərbaycanın ötən müddət ərzində uğurlu inkişafını davam etdirməsi diqqətə çatdırıldı: “Prezident İlham Əliyev qeyd etdi ki, “2004-cü ildən başlayaraq Azərbaycanın iqtisadiyyatı 3 dəfədən çox artmış, ölkəmizdə 1 milyon 600 mindən artıq iş yeri açılmışdır. İşsizlik səviyyəsi dünyada ən aşağı göstəricilərdən biridir - 5 faiz. Prioritetlərimizdən biri yoxsulluğun azaldılması idi. 2004-cü ildə yoxsulluğun səviyyəsi 40 faizdən artıq idi. İndi bu, cəmi 5-6 faizdir. Nağd valyuta ehtiyatlarımız ölkənin ÜDM-nə bərabərdir. Xarici dövlət borcu ÜDM-in 20 faizindən azdır”. Dövlətimizin başçısının səsləndirdiyi bu faktlar göstərir ki, müstəqil daxili və xarici siyasət həyata keçirən Azərbaycan öz inkişafını inamla və müvəffəqiyyətlə davam etdirir, eləcə də ölkəmiz milli tərəqqiyə xidmət edən çoxşaxəli islahatları dərinləşdirmək niyyətindədir. Şübhəsiz ki, əldə edilən nəticələr və səsləndirilən fikirlər həm də onu deməyə əsas verir ki, qarşıdakı dövrdə Azərbaycan ölkəmizin inkişafına xidmət edən məqsədyönlü sosial siyasət kursunu da ardıcıl şəkildə davam etdirəcək. İndiyə qədər həyata keçirilən uğurlu sosial siyasətin nəticəsi kimi, əhalinin maddi rifah halı daha da yaxşılaşıb, çoxsaylı sosial məsələlər, eləcə də qaçqın və məcburi köçkünlərin problemləri uğurla həll olunub. Bu, Azərbaycan dövlətinin qüdrətini və iradəsini nümayiş etdirir. Çünki hazırda dünyanın üzləşdiyi qaçqın və köçkün probleminin hansı fəsadlara səbəb olduğunu görürük. Avropa 200 min qaçqını qəbul edərək onların problemlərini həll etmək iqtidarında olmadığını dünyaya nümayiş etdirdi. Azərbaycan isə həm qaçqın və məcburi köçkünlərin qayğılarının həllinə, həm də uğurlu və davamlı inkişafa nail olmağı bacarıb”.
S.Novruzov vurğulayıb ki, Azərbaycanın uğurlu enerji siyasəti də həm ölkəmizin inkişafına mühüm töhfələr verir, həm də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edir: “Prezident İlham Əliyev bəhs olunan çıxışı zamanı qeyd etdi ki, “Azərbaycan qlobal enerji bazarında mühüm rol oynayır. Beynəlxalq bazarlarda etibarlı neft və qaz təchizatçısı olan Azərbaycan dünyanın bir çox ölkələri üçün enerji təhlükəsizliyini təmin edir”. Təbii ki, uğurlu enerji siyasəti Azərbaycanın tərəqqisinə, beynəlxalq mövqelərinin möhkəmlənməsinə və əməkdaşlıq əlaqələrinin genişlənməsinə xidmət edir”.
YAP-ın İcra katibinin müavini qeyd edib ki, üçüncü vacib məsələ Prezident İlham Əliyevin BMT-nin strukturunun təkmilləşdirilməsi ilə bağlı verdiyi təkliflər, bu beynəlxalq təşkilatın fəaliyyəti ilə əlaqədar səsləndirdiyi fikirlərdir: “Vaxtilə Ümummilli liderimiz Heydər Əliyev ATƏT-in strukturunun təkmilləşdirilməsi ilə bağlı belə bir mühüm təklif irəli sürmüşdü ki, ATƏT-in nizamlama mexanizmi təkmilləşdirilməli, bu təşkilatın çıxardığı qərarlar deklorativ xarakter daşımamalıdır və Avropada meydana çıxan münaqişələrə ATƏT özü müdaxilə edərək onların həllinə nail olmalıdır. Əgər zamanında bununla bağlı konkret addımlar atılsaydı, bu gün nə Şərqi Avropada, nə Cənubi Qafqazda, nə də digər regionlarda bu cür problemlər olmazdı. Prezident İlham Əliyev isə BMT-nin strukturunda və bu təşkilatın qəbul etdiyi qərarların icra mexanizmində müəyyən dəyişikliklərlə bağlı təklif xarakterli fikirlər səsləndirdi. Dövlətimizin başçısı diqqətə çatdırdı ki, “Ermənistan 24 ildir ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və əfsuslar ki, o, buna görə cəzalandırılmır. Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Bizə gəldikdə isə, 24 ildir ki, qətnamələr icra olunmur. Bu, ikili standarta əsaslanan yanaşmadır. Bu yanaşma qəbuledilməzdir. Ermənistana qarşı beynəlxalq sanksiyalar qəbul edilməlidir. BMT-nin mühüm islahatlarından biri Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması olmalıdır”. Prezident İlham Əliyevin bu fikirləri həm ikili standartlara əsaslanan siyasətin ifşası, həm də qurum daxilində islahatların zəruriliyi ilə bağlı diqqətəlayiq bir yenilik idi. Əlbəttə, bu, çox aktual mövzudur. Çünki ayrı-ayrı regionlarda mövcud olan münaqişələrin həllinə ikili standartlar əsasında yanaşmaq, ədalətsiz qərarlar qəbul etmək və ya qəbul edilmiş qərarların icrasının təmin olunmaması dünyada yeni münaqişələrin - müharibə ocaqlarının yaranmasına səbəb olur. Bu münaqişələr bütün dünyanı bürüyür. Biz Avropada son zamanlar terror aktlarının baş verməsini, Yaxın Şərqdə mövcud vəziyyətin nəticəsində ortaya çıxan miqrasiya kimi problemlərdən Avropa ölkələrinin də əziyyət çəkməsinin şahidi oluruq. Yəni bu məsələlər qlobal xarakter daşıyır və bütün dünya üçün aktualdır. Məhz Prezident İlham Əliyevin bütün bunları nəzərə alaraq, BMT-nin strukturunun, eləcə də təşkilatın qərarlarının icra mexanizminin təkmilləşdirilməsi ilə bağlı islahatların həyata keçirilməsinə dair mühüm təkliflərlə çıxış etməsi vacib strateji əhəmiyyətə malikdir”.
S.Novruzov əlavə edib ki, bütövlükdə, Prezident İlham Əliyev ölkəmizin milli maraqlarını qətiyyətlə müdafiə etdi, BMT-nin tribunasından Azərbaycan reallıqlarını, eləcə də qlobal əhəmiyyətli mühüm məsələləri dünyanın diqqətinə çatdırdı.
Xəbər lenti
Hamısına baxElm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31

