/ / Musa Qasımlı: Türkiyə vətəndaşlarının bu addımı ölkələrimiz arasındakı münasibətlərə xələl gətirməyə yönəlib
Musa Qasımlı: Türkiyə vətəndaşlarının bu addımı ölkələrimiz arasındakı münasibətlərə xələl gətirməyə yönəlib
17.10.2017 [10:19]
Türkiyənin dörd vətəndaşının Ermənistan ərazisindən keçməklə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfəri, eyni zamanda, Türkiyə Böyük Millət Məclisinin erməni mənşəli üzvü Karo Paylanın Ermənistana tez-tez səfərlər edərək prezident Serj Sarkisyanla Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması üçün apardığı danışıqlar haqlı olaraq Azərbaycan ictimaiyyətində ciddi narazılıq yaradıb. Bundan başqa, narazılıq doğuran digər məqam Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanla bağlı aparılan müzakirələrdə Türkiyə parlamentinin CHP partiyasından olan üç deputatının ölkəmizə dair qərəzli sənədlərin lehinə səs verməsidir. Bu addımlar, ilk növbədə, Azərbaycan-Türkiyə münasibətlərini pozmağa yönəlib. İkincisi, bu addımlar Türkiyə hakimiyyətini gözdən salmağa çalışan qüvvələrin planlarının tərkib hissəsidir. Bu mənfur planı həyata keçirənlər Türkiyədə mövcud hakimiyyəti sevməyən və bölücülüyü təşviq edən şəxslərdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlı deyib.
Musa Qasımlı bildirib ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə bu şəxslərin qanunsuz səfər etmələri xoşagəlməz nəticələr doğurur. Onlar, ilk növbədə, vətəndaşları olduqları Türkiyənin qəbul etdiyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozublar. İkincisi, həmin şəxslər bu davranışları ilə Azərbaycan ilə Türkiyə arasındakı mövcud dostluq və qardaşlıq münasibətlərinə zidd fəaliyyət göstəriblər. Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər edənlərin Türkiyə kütləvi informasiya vasitələrində səfər təəssüratları haqqında geniş müsahibələr vermələri, ermənilərin qonaqpərvərliyindən danışmaları məlum dairələrin həmin planı düşünülmüş şəkildə həyata keçirdiklərini bir daha təsdiq edir.
Lakin ən çox təəssüf doğuran hal Türkiyənin müvafiq qurumlarının buna münasibətdə seyrçi qalması və ciddi tədbir görməməsidir. Unutmaq olmaz ki, ermənilər uydurma soyqırımı, Türkiyəyə qarşı əsassız ərazi iddialarından əl çəkməyəcəklər. Ermənilər daim kürd-türk düşmənçiliyini qızışdırıblar və bu işi indi də davam etdirirlər. PKK-nın içərisində olanların çoxu ermənilərdir.
Musa Qasımlı vurğulayıb ki, Azərbaycan-Türkiyə münasibətlərini arzuolunmaz məcraya yönəldən bu halların xoşagəlməz nəticələrinin qarşısını almaq üçün Türkiyənin müvafiq qurumları tədbirlər görməli, Azərbaycanın dünya birliyi tərəfindən tanınmış dövlət sərhədini qanunsuz olaraq keçmiş vətəndaşları barədə hüquq çərçivəsində iş başlatmalı və beləliklə, işğal olunmuş ərazilərimizə gələcəkdə səfər etmək istəyən digər vətəndaşlarını da belə qanunsuz addımlardan çəkindirməlidir.
Qardaş Türkiyə xalqı və hökuməti unutmamalıdır ki, Azərbaycan Prezidenti İlham Əliyev hər zaman ölkəmizlə yanaşı, Türkiyənin də maraqlarını ən yüksək səviyyədə qoruyub, dost və qardaş ölkənin əleyhinə səsləndirilən iddialara tutarlı cavablar verib. Buna dair çoxlu misallar gətirmək olar. Eyni zamanda, ölkəmizin tanınmış siyasi, ictimai və elm xadimləri də heç bir zaman Azərbaycanın və Türkiyənin maraqları arasında fərq qoymayıblar. Türkiyə hökuməti və xalqı üçün həssas olan bütün məsələlərdə Azərbaycan öz dəstəyini heç zaman əsirgəməyib. Bir azərbaycanlının olduğu elmi, siyasi və ictimai toplantıda kimsə Türkiyənin və qardaş türk xalqının əleyhinə danışmağa cürət etməyib. Buna cəhd edənlər dərhal yerində oturdulub. Azərbaycan ictimaiyyətinin də Türkiyənin müvafiq qurumlarından eyni mövqe göstərməyi gözləməyə haqqı var. Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş vətəndaşlar, AŞPA-da Azərbaycan əleyhinə səs vermiş deputatlar barəsində müvafiq tədbirlər görülməyəcəyi təqdirdə münasibətlərin perspektivlərinə kölgə düşə bilər. Ölkələrimiz arasında münasibətləri xalqlarımız müəyyən etdiyi üçün qardaş türk xalqının öz qəti mövqeyini bildirməsi də gözləniləndir. Azərbaycan ictimaiyyətinin həmin şəxslərin hüquqi qaydada məsuliyyətə cəlb edilməsi tələbinə biganə yanaşılmamalı, iki qardaş ölkə arasındakı münasibətlərin ruhuna uyğun hərəkət edilməlidir.
Xəbər lenti
Hamısına baxGündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16

