Dövlət qulluqçuları ilk mühazirələrini Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbində dinləyiblər
24.10.2017 [10:10]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 22 sentyabr tarixli Fərmanına əsasən dövlət idarəçiliyi və icra hakimiyyəti orqanları üçün müvafiq ixtisaslar üzrə mütəxəssis hazırlığını həyata keçirən aparıcı tədris, metodik, elm və analitik informasiya mərkəzi kimi fəaliyyət göstərən Dövlət İdarəçilik Akademiyasının (DİA) magistr pilləsinə 2017-2018-ci tədris ilində qəbul olunan dövlət qulluqçuları ilk mühazirələrini DİA-nın Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbində dinləyiblər.
AZƏRTAC xəbər verir ki, iştirakçılar əvvəlcə Heydər Əliyev Mərkəzinin dəstəyi ilə akademiyada fəaliyyət göstərən Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi ilə tanış olublar.
Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və elmi araşdırmalar departamentinin direktoru Məhəbbət Mehdiyeva Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi haqqında məlumat verərək qeyd edib ki, məktəb Ümummilli lider, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin siyasi irsinin, azərbaycançılıq məfkurəsi və dövlətçilik fəlsəfəsinin təbliği məqsədilə yaradılıb. M.Mehdiyeva Ulu öndər Heydər Əliyevin elmə, savada, biliyə böyük diqqətlə yanaşdığını, dövlət idarəçiliyində çalışan gənc kadrlara xüsusi önəm verdiyini vurğulayıb və bu baxımdan dövlət qulluqçularının ilk mühazirələrinin məhz buradan başlamalarının əhəmiyyətli olduğunu deyib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyası, Nazirlər Kabineti, Milli Məclis, Naxçıvan Muxtar Respublikası, mərkəzi icra hakimiyyəti orqanları, müxtəlif nazirliklər, şəhər və rayon icra hakimiyyətləri və digər dövlət orqanlarında çalışan 75 rəhbər kadrın iştirak etdiyi tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərovun “Azərbaycan Respublikasının dövlət idarəetmə modelinin uğuru: ölkənin nailiyyətləri beynəlxalq təşkilatların hesabatlarında” mövzusunda mühazirəsi dinlənilib. Rektor Ümummilli lider, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən bəhs edib, Ulu öndərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini diqqətə çatdırıb. O, bu gün əldə edilmiş nailiyyətlərin əsasında Prezident İlham Əliyevin həyata keçirdiyi innovativ inkişaf strategiyasının dayandığını bildirib. Rektor innovativ inkişaf strategiyasının reallaşdırılmasında Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi rolunu qeyd edib və bu sahədə dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyətinin, xüsusən də Heydər Əliyev Fondunun önəmli fəaliyyətinə diqqət çəkib.
Mühazirədə ölkə iqtisadiyyatının sürətli inkişafı istiqamətində aparılan uğurlu siyasətin əsas hədəfləri, eləcə də davamlı inkişafa təsir edən amillər müqayisəli şəkildə təhlil edilib. Azərbaycanın bir çox istiqamətlərdə regional və qlobal liderə çevrildiyini qeyd edən rektor ölkəmizin inkişaf göstəricilərinin bir çox beynəlxalq təşkilatların, o cümlədən BMT, Dünya Bankı və digər nüfuzlu qurumların rəsmi sənədlərində, müstəqil ekspertlər tərəfindən hazırlanmış hesabatlarda öz təsdiqini tapdığını vurğulayıb. Eyni zamanda, o bildirib ki, 2017-ci ilin martında BMT-nin və 2017-ci ilin may ayında Dünya Bankının dərc etdirdikləri hesabatlarda əksini tapan innovativ insan potensialına əsaslanan davamlı inkişaf göstəricilərinə görə, Azərbaycan hazırda dünya liderləri sırasındadır. Sosial göstəricilərdən də bəhs edən akademik beynəlxalq təşkilatların hesabatlarına əsaslanaraq ölkənin bu baxımdan da qısa müddətdə sürətlə inkişaf etdiyini və bir sıra inkişaf etmiş dövlətləri geridə qoyduğunu diqqətə çatdırıb. Ölkənin davamlı inkişafının əsas amilinin insan potensialı olduğunu vurğulayan rektor qeyd edib ki, davamlı inkişaf dünyanın ən böyük prioriteti olduğu üçün BMT-nin 2015-ci ildə keçirilən yubiley sessiyası və digər mühüm beynəlxalq sammitlər də bu mövzuya həsr olunub. 2015-2030-cu illər üçün qəbul edilmiş məqsədlər “Davamlı inkişaf hədəfləri” kimi tarixə düşüb. Azərbaycan həmin tədbirlərdən çox əvvəl davamlı inkişafı dövlət strategiyasının prioritet istiqaməti kimi qəbul edib. Respublikamızın “Böyük yeddilik” ölkələri ilə müqayisədə nəzərəçarpan inkişaf göstəricilərini diqqətə çatdıran akademik deyib ki, bu mühüm iqtisadi nailiyyətlər torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı fonunda qazanılıb. Ölkəmizin bu problemləri olmasaydı, qazanılacaq uğurların miqyası daha böyük ola bilərdi.
Rektor qeyd edib ki, Ulu öndər Heydər Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının yaradılmasının məqsədi dövlət idarəetmə sahəsi üçün mütəxəssislər hazırlanması işinin müasir tələblərə uyğun qurulması, onların peşəkarlıq səviyyəsinin artırılması, dövlət idarəçiliyi sahəsində elmi-tədqiqatların təşkili və həmin sahənin analitik-informasiya təminatının möhkəmləndirilməsi kimi müəyyən edilib. U.Ələkbərov akademiyanın dövlətimizin möhkəmləndirilməsi və elmi əsaslarla idarə olunması, yeni idarəetmə mədəniyyətinin formalaşması və inkişafı baxımından xüsusi əhəmiyyətə malik olduğunu, DİA-nın dövlət qulluğu üçün kadrların hazırlanması, təkmilləşməsi və ixtisasının artırılması məsələləri üzrə əsas elmi-metodiki və tədris mərkəzi olduğunu dövlət qulluqçularının diqqətinə çatdırıb.
Sonra dövlət qulluqçularının sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42

