/ / Britaniya parlamentində Elmira Axundovanın “Heydər Əliyev: Şəxsiyyət və zaman” üçcildliyinin təqdimatı olub
Britaniya parlamentində Elmira Axundovanın “Heydər Əliyev: Şəxsiyyət və zaman” üçcildliyinin təqdimatı olub
02.11.2017 [10:11]
Milli Məclisin deputatı, tanınmış yazıçı-publisist Elmira Axundovanın “Heydər Əliyev: Şəxsiyyət və zaman” üçcildliyi Londonda işıq üzü görüb. Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə “TEAS Press” nəşriyyatında çapdan çıxan üçcildlikdə dahi şəxsiyyətin həyat və fəaliyyətinin müxtəlif dövrləri haqqında maraqlı faktlar, müsahibələr, arxiv materialları əksini tapıb.
AZƏRTAC xəbər verir ki, TEAS-ın təşkilatçılığı ilə Britaniya parlamentində kitabın təqdimat mərasimi keçirilib. Tədbirdə Britaniya parlamentinin Lordlar və Nümayəndələr palatalarının üzvləri, diplomatik korpusun nümayəndələri, ictimai xadimlər, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.
Britaniya parlamentinin nümayəndəsi Bob Bləkmən çıxış edərək dahi şəxsiyyət Heydər Əliyev haqqında yazılan kitabın təqdimat mərasimində iştirakdan məmnunluğunu ifadə edib. O, bütün dünyada olduğu kimi, Britaniyada da dahi şəxsiyyət və siyasi xadim kimi məşhur olan Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyev haqqında kitabın Londonda nəşr edilməsini yüksək qiymətləndirib.
TEAS-ın London üzrə direktoru Cek Peqoraro Cəmiyyətin fəaliyyəti və gördüyü işlər haqqında məlumat verib. Azərbaycanın Ümummilli lideri Heydər Əliyev haqqında yazılan kitabın Londonda işıq üzü görməsini yüksək qiymətləndirən C.Peqoraro bu mühüm tədbirə təşkilatçılıq etməkdən məmnunluğunu bildirib.
Böyük Britaniyanın tanınmış tədqiqatçısı Tamara Draqadze Ümummilli liderlə görüşlərini yada salıb, xatirələrini bölüşüb. Çıxışında 1990-cı illərin əvvəllərində regionda mövcud mürəkkəb siyasi vəziyyətə toxunan T.Draqadze Heydər Əliyevin zəngin siyasi təcrübəsi və düşünülmüş addımları sayəsində ölkəmizdə sabitliyin bərqərar olduğunu diqqətə çatdırıb. O, Ulu öndərin dünyada tanınmış siyasi xadimlər arasında layiqli yer tutduğunu vurğulayıb, belə dahi şəxsiyyət yetirdiyi üçün Azərbaycan xalqının xoşbəxt olduğunu qeyd edib.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə Ulu öndər Heydər Əliyevin həyat yolundan və zəngin siyasi fəaliyyətindən, dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətlərindən söz açıb. Qeyd edib ki, məhz Heydər Əliyevin siyasi uzaqgörənliyi və xalqına sevgisi nəticəsində Azərbaycan dövlətçiliyini qoruyub saxlamaq və möhkəmləndirmək mümkün olub. Səfir bu gün həyata keçirilən siyasi kursun Heydər Əliyevin təməlini qoyduğu dövlətçilik ənənələrini möhkəmləndirdiyini və Azərbaycanın daha da gücləndirilməsinə gətirib çıxardığını vurğulayıb.
Ulu öndərin həyat və fəaliyyəti barədə sanballı tədqiqat əsərinin müəllifi Elmira Axundova Heydər Əliyev şəxsiyyətinin təşəkkülündən, liderlərin necə yetişməsindən, Ümummilli liderimizin fenomenini şərtləndirən xarakterik xüsusiyyətlərindən söz açıb: “Heydər adının mənası öndə gedən, igid deməkdir və çox vaxt ad insanın taleyini müəyyən edir”.
E.Axundova bildirib ki, dahi rəhbərdə liderlik keyfiyyətləri hələ uşaq ikən özünü büruzə verib və O, qeyri-adi şəxsiyyət kimi formalaşanadək həmişə hər yerdə - həm təhsildə, həm idmanda, həm teatra olan həvəsdə, gördüyü hər bir işdə birinci olub. Bir nömrəli beynəlmiləl məktəbin Azərbaycan bölməsində təhsil alan Heydər Əliyev rus dilini müstəqil öyrənməyə başlayıb, həmişə rus bölməsindəki yaşıdları ilə ünsiyyətə can atıb, rus dilində saysız-hesabsız bədii ədəbiyyat oxuyub. Hələ məktəb illərində hamının lider kimi qəbul etdiyi Heydər Əliyevin həmişə başqa şagirdlərə örnək göstərilməsindən ətraflı söhbət açan yazıçı bildirib ki, gəncin əsgəri duruşu, idmançı görkəmi, dözümlülüyü bədən tərbiyəsi hərbi təlim müəllimlərini həmişə heyran qoyurdu. Sinif yoldaşlarının danışdıqlarına görə, hərbi təlim rəhbəri Akim Abbasov həmişə Ona deyirdi: “Sənin böyük gələcəyin var, general olacaqsan”. Yeri gəlmişkən, günlərin bir günü məktəbə atasının kitelində gəldikdən sonra Heydər Əliyevi çox vaxt “general” deyə çağırırdılar.
Ümummilli liderin gənclik illərindən bir çox maraqlı epizodlardan söz açan E.Axundova qeyd edib ki, Heydər Əliyev lider olmaq istəyənlər üçün əla örnəkdir: “Liderlik Heydər Əliyevin alın yazısı idi. Onun xarakteri əsl liderlərə xas idi. Tale Onu dəfələrlə sınağa çəksə də, O, hər bir sınağın odundan-alovundan cəsarətlə çıxıb və daha yüksəklərə qalxıb. O demək olar, həmişə zəfər çalırdı. Lakin uğursuzluqlar da olurdu. Heydər Əliyev bu uğursuzluqlara elə cəsarətlə sinə gərirdi ki, son nəticədə hər şey Onun xeyrinə qurtarırdı. Ən başlıcası isə tarixi missiyasını - Azərbaycanı xilas etmək missiyasını həyata keçirdi”.
Çıxışlardan sonra tədbir sual-cavab sessiyası ilə davam edib.
Sonda tarzən Rafiq Rüstəmovun ifasında Azərbaycan milli musiqisinin nümunələri, muğamlarımız səsləndirilib.
Xəbər lenti
Hamısına baxGündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20

