/ / Beynəlxalq cinayət törədən şəxslərin cəzalandırılmasına dair qanun layihəsinin son ictimai müzakirəsi keçirilib
Beynəlxalq cinayət törədən şəxslərin cəzalandırılmasına dair qanun layihəsinin son ictimai müzakirəsi keçirilib
17.11.2017 [10:17]
Noyabrın 16-da Milli Məclisdə “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması sistemi: milli qanunvericilik və beynəlxalq hüquq” mövzusunda yekun müzakirələr aparılıb.
AZƏRTAC xəbər verir ki, Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova tədbiri açaraq layihənin yekun müzakirəsinin Milli Məclis, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və “Qüdrətli Azərbaycan Naminə” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirildiyini bildirib.
Milli Məclis sədrinin müavini deyib ki, layihədə həm ölkə daxilində, həm də ölkə xaricində cinayətkarlara qarşı tətbiq olunacaq hüquqi mexanizmlər ehtiva olunub. Qeyd edilib ki, dünyada beynəlxalq cinayətləri törədənlərə qarşı prinsipial ardıcıl tədbirlər həyata keçirilir. Qanunun hazırlanmasında məqsəd bu istiqamətdə milli qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq cinayətlərin qarşısının alınmasına töhfə verməkdir. Bu, Xocalı soyqırımı da daxil olmaqla beynəlxalq cinayətləri törədənlərin cəzalandırılmasına yönəlmiş bir sənəddir.
Bahar Muradova Milli Məclis tərəfindən tərtib olunan “Xocalı soyqırımının dünyada tanıdılması: fəaliyyət və nəticələr” adlı sənədlər toplusunu tədbir iştirakçılarına təqdim edib. Kitabda Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə Azərbaycan Prezidenti və Milli Məclisi tərəfindən qəbul edilmiş sənədlər, “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində həyata keçirilmiş fəaliyyəti əks etdirən materiallar, eləcə də Xocalı soyqırımının tanınması ilə bağlı beynəlxalq təşkilatların və ayrı-ayrı ölkələrin icra və qanunvericilik orqanlarının qəbul etdikləri rəsmi sənədlər xronoloji ardıcıllıqla verilib. Kitab Milli Məclisin sədri Oqtay Əsədovun “Xocalı şəhidlərinin qanı yerdə qalmayacaqdır” sərlövhəli məqaləsi ilə başlayır.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev təqdim olunan sənədi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ən uğurlu layihələrindən biri kimi dəyərləndirib. O, Milli Məclislə Şura arasında səmərəli əməkdaşlığı təqdir edib. Qanun yaradıcılığı prosesinə vətəndaş cəmiyyəti nümayəndələrinin cəlb olunmasını və bu ənənənin davam etdirilməsini önəmli hesab edib. Qeyd olunub ki, Azərbaycana qarşı törədilən beynəlxalq cinayətləri nəzərə alaraq, belə bir vacib qanunun hazırlanması böyük əhəmiyyət kəsb edir.
“Qüdrətli Azərbaycan Naminə” İctimai Birliyinin icraçı direktoru Elman Aslanov layihənin hazırlanması prosesi, icrası və təbliği ilə bağlı məlumat verib. Bildirilib ki, sənəd üzərində işləyərkən bu sahədə beynəlxalq təcrübə öyrənilib və milli maraqlar nəzərə alınıb. Layihənin təşviqi istiqamətində müxtəlif bukletlər hazırlanıb, mətbuatda məqalələr dərc olunub, televiziyalarda müsahibələr efirə verilib.
Parlament Aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov öz çıxışında söyləyib ki, İkinci Dünya müharibəsindən sonra hərbi cinayətlərə görə cəzasızlığın aradan qaldırılması məsələsi aktuallaşıb. Beynəlxalq cinayətlərin təqibində əsas rol dövlətlərin üzərinə düşür. Bunu həyata keçirmək üçün müvafiq qanunvericilik mövcud olmalıdır. İnsanlıq əleyhinə cinayətlərə görə məsuliyyətə cəlb etmək baxımından təqdim olunan layihə tam zamanında hazırlanıb.
Diqqətə çatdırılıb ki, həm ölkə, həm də xarici mətbuatda layihənin tanıdılması ilə bağlı məqalələr dərc edilib. Cari ilin oktyabr ayında Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutunda geniş tədbir keçirilib. Bu, layihənin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.
Qanun layihəsi ətrafında aparılan müzakirələrdə deputatlar Tahir Kərimli, Asim Mollazadə, Hikmət Məmmədov, Elman Nəsirov, Hərbi Prokurorluğun idarə rəisi Emil Tağıyev, QHT təmsilçisi Sahib Məmmədov, Ombudsman Aparatının şöbə müdiri Rəşid Rumzadə fikirlərini açıqlayıblar. Bildirilib ki, bu, beynəlxalq əhəmiyyətli bir sənəddir. Eyni zamanda, Azərbaycanda baş verən terror aktlarının beynəlxalq ictimaiyyətə çatdırılmasında böyük önəm kəsb edir. Xüsusən, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hüquqi müstəvidə mübarizə aparmağımıza yardım edəcək.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, qanun mükəmməl şəkildə hazırlanıb. Bu layihə onu göstərir ki, Azərbaycanda beynəlxalq cinayət törədənlərə qarşı hüquqi mexanizmlər yaradılıb. Bu sənəd yalnız Dağlıq Qarabağda, o cümlədən, Xocalıda törədilən soyqırımına görə deyil, eyni zamanda, bütün beynəlxalq cinayətlərə şamil edilir.
Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev çıxışında bu layihənin Azərbaycanın üzləşdiyi problemlə bağlı olduğunu deyib. Vurğulanıb ki, Dağlıq Qarabağ bizim ağrılı yerimizdir. Dünya təcrübəsi göstərir ki, münaqişələr zamanı törədilən cinayətlərdə hər iki tərəfin iştirakı nəzərə alınır. Sənəddə müharibə zamanı cinayət törədən insanların məsuliyyətə cəlb olunması nəzərdə tutulub. Yeni qanunun məqsədi Azərbaycan dövlətinin öz mənafeyini qorumaqdan, cinayətkarların öz layiqli cəzalarını almasından ibarətdir. Qeyd edilib ki, layihədə müharibə vaxtı edilən cinayətlər barədə söhbət gedir.
Aparat rəhbəri qanunda təsbit olunan bəzi məsələlər, o cümlədən beynəlxalq cinayətləri törədənlərin ekstradisiyasına toxunub. Bildirilib ki, sənəddə bir sıra aktual hüquqi və siyasi problemlər əks olunub. Qanun layihəsi beynəlxalq standartlara cavab verir. Biz bu sənədi beynəlxalq hüquq ictimaiyyətinin nəzərinə çatdırmaq istiqamətində əməli addımlar ata bilərik.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34

