Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin XIII Yüksək Səviyyəli Afina Toplantısı başa çatıb
24.11.2017 [10:09]
Altıncı Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Yunanıstanın paytaxtı Afinada keçirilən “Avro-Aralıq dənizi tərəfdaşlığının humanitar problemlərinin həlli” mövzusunda XIII Yüksək Səviyyəli Toplantı noyabrın 23-də işini yekunlaşdırıb.
AZƏRTAC xəbər verir ki, panel iclaslarda Avro-Aralıq dənizi Tərəfdaşlığı çərçivəsində XXI əsrdə sülh üçün humanist cəmiyyətlər, multikulturalizm və mədəniyyətlərarası dialoqa nail olmaq məqsədilə Ortaq Fəaliyyət Planı müzakirə olunub. İclaslarda Avro-Aralıq dənizi tərəfdaşlığının tarixi haqqında məlumat verilib, tərəflərin müxtəlif sahələrdə əməkdaşlığından bəhs olunub, mədəniyyətlərarası dialoqun vacibliyi vurğulanıb. Kimlik məsələsinin əsas problemlərdən olduğunu vurğulayan natiqlər “Avropada yaşamaq yox, onun mədəniyyətini, tolerantlığını qəbul etməklə avropalı olmaq mümkündür”, - deyə bildiriblər.
Miqrasiya axınına gəlincə, qeyd olunub ki, Avro-Aralıq dənizi tərəfdaşlığına daxil olan ərazilər Şərq və Qərb arasında strateji mövqedə olduğundan miqrasiya axınları ilə bağlı problemlər bu ərazilərdə daha çox baş verir. İclaslarda problemin həll yolları ilə bağlı təkliflər və ideyalar səsləndirilib. Böhranın aradan qaldırılması üçün Avropanın konkret mexanizm qəbul etməsinin vacibliyi vurğulanıb, dövlətlərin, təşkilatların və insanların verə biləcəyi töhfələr diqqətə çatdırılıb.
Müzakirələrdə Aralıq dənizi ölkələrinin hələ də bir çox problemlərin qarşısında aciz qaldığı, narkotik klanları ilə mübarizənin davam etdiyi bildirilib. Miqrant axınları ilə bağlı problemlərin yaranma səbəbi kimi bəzi Avropa ölkələrində hələ də qaçqınlara qarşı stereotiplərin qalması göstərilib.
Tədbirdə dünyada yeni yaradılan enerji layihələrinin əhəmiyyəti, Azərbaycanın bu sahədə verdiyi böyük töhfələr barədə də danışılıb.
Qeyd edək ki, toplantı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Marianna V.Vardinoyannis” Fondu ilə əməkdaşlığı çərçivəsində keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Avropa İttifaqı və Aralıq dənizi hövzəsi ölkələrinin nüfuzlu dövlət və siyasi xadimləri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvləri və digər qonaqlar iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

