Müasir dövrdə İslam dünyasının həmrəyliyinə daha çox ehtiyac var
30.11.2017 [10:20]
Noyabrın 29-da Neftçaladakı Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) rayon İcra Hakimiyyəti ilə birgə “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda regional konfrans keçirib.
AZƏRTAC xəbər verir ki, konfransda rayonun rəhbər işçiləri, idarə-müəssisə rəhbərləri, Dini İşlər üzrə Komissiyanın üzvləri, icra nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları, dini icma sədrləri, eləcə də din xadimləri iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə DQİDK-nın sifarişi ilə çəkilmiş, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə həsr olunmuş “Şəhadət” sənədli filminə baxıblar.
Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev tədbirdə çıxış edərək, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsini islami dəyərlərə verilən qiymətin bariz nümunəsi kimi dəyərləndirib. İ.Vəliyev, eyni zamanda, “İslam Həmrəyliyi İli” çərçivəsində rayonda keçirilən tədbirlər barədə məlumat verib. Görülən işlərin milli-mənəvi və islami dəyərlərin təbliği və təşviqində, dini qurumlarla dövlət təşkilatları, eləcə də ayrı-ayrı dini konfessiyalar arasında sağlam münasibətlərin formalaşmasında müstəsna əhəmiyyət kəsb etdiyini bildirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında qeyd edib ki, Prezident İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi dövlətimizin başçısının islami dəyərlərə həssas münasibətindən irəli gəlir. Müasir dövrdə İslam dünyasının həmrəyliyinə daha çox ehtiyacın olduğunu diqqətə çatdıran komitə sədri bildirib ki, bu həmrəyliyi yaratmaq, bununla bağlı müəyyən addımlar atmaq üçün belə bir çağırış çox böyük önəm daşıyır.
Mübariz Qurbanlı “İslam Həmrəyliyi İli” çərçivəsində müsəlman ölkələri arasında əlaqələrin genişləndirilməsi istiqamətində həm respublika daxilində, həm də bir sıra ölkələrdə müxtəlif tədbirlərin keçirilməsinin dini maarifləndirmə yolu ilə milli-mənəvi və islami dəyərlərin qorunması istiqamətində aparılan işlərə töhfə olduğunu vurğulayıb.
Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Hüsni Həsənov çıxışında bölgələrdə cəmiyyətin, xüsusilə də gənc nəslin ənənəvi dini və milli dəyərlərimiz haqqında doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunması istiqamətində həyata keçirilən dini maarifləndirmə tədbirlərinin vacibliyini qeyd edib.
Konfransın ikinci hissəsində “Dini radikalizmlə mübarizə və gənclərin maarifləndirilməsi” mövzusunda müzakirələr aparılıb.
Rayon İcra Hakimiyyətinin nümayəndəsi Elnur Bağırov məruzəsində ölkəmizdə dövlət-din münasibətlərinin formalaşmasından, dövlətin din sahəsinə qayğısından danışıb. E.Bağırov, eyni zamanda, rayondakı dini durum barədə də məlumat verib.
DQİDK-nın sədr müavini Gündüz İsmayılov dini radikalizmə qarşı mübarizədə ardıcıl, sistemli və intensiv maarifləndirmənin mühüm rol oynadığını vurğulayıb. Sədr müavini qeyd edib ki, bu sahədə yad dini-ideoloji təsirlərin qarşısının alınması istiqamətində ənənəvi İslam dəyərlərinin təbliği mühüm rol oynayır. Çünki ənənəvi İslam dinin siyasiləşməsinə, bölücülüyə haqq qazandırmır. G.İsmayılov zərərli dini təbliğatdan qorunmaq üçün hər kəsin, xüsusilə gənclərin ümumi dini biliklərə malik olmasının önəminə toxunub.
Sonra DQİDK-nın dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov təqdimat ilə çıxış edib. Təqdimatda dövlətimizin İslamın dəyərlərinə və irsinə qayğısı barədə göstəricilər əksini tapıb.
Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxSosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26

