/ / Hikmət Babaoğlu: Biz heç vaxt icazə verə bilmərik ki, hansısa yad ünsürlər vətəndaşlarımızın dini inancını istismar etsin
Hikmət Babaoğlu: Biz heç vaxt icazə verə bilmərik ki, hansısa yad ünsürlər vətəndaşlarımızın dini inancını istismar etsin
05.12.2017 [10:24]
“2 il əvvəl Nardaranda baş verən hadisələr bəzi xarici qüvvələrin dəstəyi ilə baş tutub. Ancaq Azərbaycan dövlətinin humanizmə söykənən qətiyyətli mövqeyi Nardaranda belə qüvvələrin öz məqsədlərinə çatmasına yol vermədi”.
Bu fikirləri APA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib. Onun sözlərinə görə, ölkəmizdə dini inanc azadlığı mövcuddur və hər kəs inanc məsələsində sərbəstdir: “Ancaq bu azadlıqdan sui-istifadə edilməsinə Azərbaycan dövləti çox həssaslıqla yanaşır. Biz heç vaxt icazə verə bilmərik ki, xarici qüvvələrin təhriki ilə hansısa yad ünsürlər vətəndaşlarımızın dini inancını istismar etsin. Nardaran qəsəbəsində həmişə inanclı, yüksək mənəviyyatlı insanlar yaşayıblar və dini dəyərlərimizi həqiqi mənada yaşadaraq həm də onu təbliğ ediblər. Bu gün də belədir. İki il bundan əvvəl Nardaranda ciddi hüquq pozuntusuna yol verərək inanclı insanlarımızı dövlət qarşısında etibarsızlaşdırmağa çalışan cinayətkar ünsürlər layiqli cəzalarına çatdırıldılar. Hazırda Nardaran qəsəbəsində abadlıq-quruculuq işləri davam etdirilir. Təhsil almaq hüququ olan bütün vətəndaşlarımız cinsiyyətindən, sosial mənsubiyyətindən asılı olmayaraq təhsil prosesinə cəlb edilir. Yeni, dini baxımdan savadlı, həqiqi İslamı və islami dəyərləri mənimsəmiş intellektual gənclik yetişdirilir. Dövlətimizin qayğısı və qətiyyəti sayəsində dindarlarımızın iradəsi kimlərinsə çirkin məqsədlərinin girovuna çevrilmir. Dini mədəniyyətimiz bizim milli mədəniyyətimizin ən əsas komponentlərindən biridir və onun inkişaf etməsi üçün bundan sonra da Azərbaycan dövləti hər şeyi edəcək”.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45

