Dimitri Kerkentzes: Azərbaycan “Expo-2025” üçün yeni və çox maraqlı bir məkandır
13.12.2017 [10:49]
Bakıya səfərim çərçivəsində Azərbaycan üçün “Expo-2025” layihəsinin çox böyük önəm daşıdığının və bu istiqamətdə ciddi hazırlıq işlərinin aparıldığının şahidi oldum. Həmçinin Bakının bu istiqamətdə gördüyü işlər və atacağı addımlarla yaxından tanış olmaq imkanı qazandım. Azərbaycan Ümumdünya “Expo-2025” Sərgisi üçün yeni və çox maraqlı bir məkandır.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Expo-2025” Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün namizədliyi irəli sürülən Bakının bu layihəyə hazırlıq prosesi ilə yaxından tanış olmaq məqsədilə Azərbaycana səfər edən Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavini Dimitri Kerkentzes jurnalistlərə müsahibəsində deyib.
Səfər çərçivəsində “Bakı Expo-2025”ə məsul olan bir sıra rəsmilərlə, o cümlədən biznes, gənclər, könüllülər və digər sahələrə cavabdeh olan şəxslərlə görüşdüyünü deyən D.Kerkentzes vurğulayıb ki, Bakı ev sahibliyi uğrunda mübarizədə var gücü ilə çalışır.
Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavini qeyd edib ki, mart-aprel aylarında Büronun qiymətləndirmə missiyasının hazırlıq prosesi ilə yaxından tanış olmaq üçün Bakıya səfəri gözlənilir. Qiymətləndirmə missiyası təkcə Azərbaycan üçün deyil, “Expo-2025”ə ev sahibliyi etmək üçün namizədliyi irəli sürülən digər üç ölkə - Fransa, Rusiya və Yaponiya üçün böyük əhəmiyyət daşıyır. 2018-ci ilin noyabr ayında Beynəlxalq Sərgilər Bürosunda qalib şəhərin adı müəyyənləşəcək.
D.Kerkentzes deyib ki, Beynəlxalq Sərgilər Bürosu üçün Bakının namizədliyi sadəcə olaraq şəhər namizədliyi deyil, həm də şəhər sakinlərinin, eyni zamanda, gənclərin bu layihəyə marağının nümayişidir. Bu layihənin əsas istiqamətlərindən biri də gənclərdir. Hər bir sərginin həyata keçirilməsində gənclərin müstəsna rolu olub. Düşünürük ki, növbəti sərginin keçirilməsində inkişaf baxımından gənclərin böyük rolu olacaq.
Baş katibin müavini bildirib ki, qiymətləndirmə missiyasının səfəri çərçivəsində bir sıra önəmli məqamlar var. Əsas məqam ondan ibarətdir ki, Bakı Büronun missiyası ilə görüşə nə təqdim edəcək, hazırlığını necə nümayiş etdirəcək. Bakı Beynəlxalq Sərgilər Bürosuna üzv olan 176 ölkəni necə inandıracaq ki, həqiqətən o, Ümumdünya Sərgisinin keçirilməsinə layiqli şəhərdir. Həmçinin qiymətləndirmə missiyasına təqdim edilməli olan məqamlardan biri də xalq ilə dövlətin birliyidir. Bu, “Expo”ya bərabər arzunun nümayişidir.
Dimitri Kerkentzes deyib ki, bu mübarizəyə ilk dəfə qoşulan Azərbaycan özünəməxsus zəngin təbiəti, mədəniyyəti, qədim tarixi, Avropa ilə Asiya arasında böyük İpək Yolunun üstündə yerləşməsi, dini tolerantlığı ilə “Expo” ailəsi üçün kifayət qədər cəlbedici ölkədir.
Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavini Dimitri Kerkentzes jurnalistlərlə görüşdən sonra “Bakı Expo-2025”in “Arzular kitabı”na ürək sözlərini yazdı.
Xəbər lenti
Hamısına baxGündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42

