Azərbaycan etibarlı strateji tərəfdaş kimi qəbul edilir
05.01.2018 [10:08]
Ötən il Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr keyfiyyətcə yeni mərhələyə qədəm qoyub, yeni saziş üzərində danışıqlar başlayıb
Avrasiyanın mühüm geostrateji məntəqələrindən biri olan Cənubi Qafqazın lider dövləti kimi çıxış edən Azərbaycan öz çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu ilə regional və beynəlxalq miqyasda əməkdaşlıq, təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirir. Eyni zamanda, regional işbirliyi formatlarının yaranmasında Azərbaycanın yeri və rolu müstəsna əhəmiyyət kəsb edir. Ölkəmiz hazırda regionda sabitləşdirici aktor kimi çıxış edir. Azərbaycan heç bir beynəlxalq qurumdan, milli dövlətdən asılı olmayan müstəqil siyasət kursuna malikdir. Respublikamız xarici siyasi əlaqələrini, siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Azərbaycan müxtəlif sahələri əhatə edən əməkdaşlıq əlaqələrini dövlət maraqları və qarşılıqlı faydalılıq prinsipi əsasında reallaşdırır. İkitərəfli və çoxşaxəli münasibətlərin əsasında duran strateji amil məhz ölkəmizin milli maraqlarıdır. Azərbaycan reallaşdırılan bütün strateji əhəmiyyətli layihələrdə öz müstəqil siyasi iradəsi əsasında - milli mənafelərə müvafiq olaraq təmsil olunur və ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlər, qurumlar mütləq mənada Azərbaycanın maraqlarını nəzərə alırlar.
Digər tərəfdən, öz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürən Azərbaycan beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim etməkdədir. Bu isə daha çox regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir. Bütün bunların müqabilində ayrı-ayrı milli dövlətlər, o cümlədən dünya siyasətinin güc mərkəzləri kimi çıxış edən geopolitik subyektlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirirlər.
Bunlarla yanaşı, regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verən ölkəmizlə tərəfdaşlıq əhəmiyyətli strateji dividendlər vəd edir və çoxşaxəli tərəfdaşlıq nöqteyi-nəzərindən yüksək qiymətləndirilir. Bu baxımdan, Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verən subyektlər sırasında Avropa İttifaqı (Aİ) xüsusi yer tutur.
Azərbaycan diplomatiyası 2017-ci ildə mühüm nailiyyətlər qazanıb
2017-ci ildə də bəhs olunan istiqamətlərdə fəal diplomatiya həyata keçirilib, mühüm nəticələr qeydə alınıb. Yeri gəlmişkən, Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində 2017-ci ildə əldə edilən nailiyyətlərdən bəhs edərkən diqqətə çatdırıb ki, bu il Avropa İttifaqı ilə əlaqələrimiz yeni pilləyə qalxıb, yeni saziş üzərində danışıqlar başlamışdır. Əlbəttə, ötən il noyabrın 24-də Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində növbəti zirvə görüşü bu mənada xüsusi əhəmiyyətə malikdir. Görüş çərçivəsində səsləndirilən fikirlər Azərbaycan ilə Avropa İttifaqı, həmçinin bu quruma daxil olan ölkələr arasında əməkdaşlıq əlaqələrinin intensiv və dinamik xarakterə malik olduğunu göstərdi.
Qeyd etmək lazımdır ki, Azərbaycan Avropa İttifaqına üzv dövlətlərlə ikitərəfli formatda əlaqələri fəal şəkildə inkişaf etdirir. Azərbaycan Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq bəyannamələri qəbul edib. Başqa sözlə, Avropa İttifaqına üzv ölkələrin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir. Buna paralel olaraq Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ticari münasibətlərin, demək olar ki, 50 faizini üzv ölkələrlə olan ticarət təşkil edir. Bununla yanaşı, müstəqillik dövründə Avropa İttifaqından Azərbaycan iqtisadiyyatına 20 milyard dollardan çox investisiya yatırılıb. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan ilə Avropa İttifaqı ölkələri arasında uğurlu və çoxşaxəli münasibətlər mövcuddur.
Şərq Tərəfdaşlığı Sammitinin Yekun Bəyannaməsində ərazi bütövlüyü prinsipinin dəstəklənməsi Azərbaycan diplomatiyasının mühüm uğurudur
Bu məqamda qeyd etmək yerinə düşər ki, bəhs olunan zirvə görüşündə Avropa İttifaqının rəhbərləri və tərəfdaş ölkələr 2020-ci ilə qədər “Şərq tərəfdaşlığı” ölkələrində iqtisadiyyatın, ətraf mühitin, cəlbolunmanın, demokratik idarəetmənin və cəmiyyətin möhkəmlənməsinə yönəlmiş 20 konkret hədəf qəbul ediblər. Sammitdə “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində konkret bəndlər üzrə əməkdaşlıq istiqamətlərinin qəbul edilməsi, təbii ki, müsbət hadisədir. Bununla yanaşı, zirvə görüşündə qəbul edilən birgə bəyannamədə proqram iştirakçılarının ərazi bütövlüyü və suverenliyi ilə bağlı məsələnin əks olunması xüsusi əhəmiyyətə malikdir. Birgə bəyannamədə “Şərq tərəfdaşlığı”nın bütün dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq bir daha dəstəklənib. Bəyannamədə Helsinki Yekun Aktı, ATƏT-in 1990-cı il Paris Xartiyası və Avropa İttifaqının Qlobal Təhlükəsizlik Strategiyasına istinad edilib. Qlobal Strategiyada Avropa İttifaqının üzv və qonşu dövlətlərinin ərazi bütövlüyünə beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində hörmət edilməsi ayrıca vurğulanıb. Ərazi bütövlüyünün dəstəklənməsi zəruri prinsip kimi təsbit olunub.
Şübhəsiz ki, Şərq Tərəfdaşlığı Sammitinin Yekun Bəyannaməsində Ermənistan nümayəndə heyətinin çoxsaylı cəhdlərinə baxmayaraq, “Şərq tərəfdaşlığı”nın bütün dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinin birmənalı olaraq dəstəklənməsi Azərbaycan diplomatiyasının mühüm uğurudur.
Əlbəttə, milli dövlətlərin ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyən, qarşılıqlı etimadı əsas götürən, separatizmin hər cür formasını rədd edən Azərbaycan beynəlxalq münasibətlərin milli dövlətlərin suverenliyi və milli maraqlara hörmət prinsipi əsasında inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış edir. Digər tərəfdən, Azərbaycan üçün başlıca prinsipial məsələ məhz beynəlxalq hüquqa və ədalətə söykənərək Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi əsasında həllinə nail olmaqdır. Bu kontekstdə müxtəlif beynəlxalq təşkilatların, ayrı-ayrı qurumların hüquq müstəvisində obyektiv yanaşması və ədalətli dəstəyi strateji önəm kəsb edir. Məhz Şərq Tərəfdaşlığı Sammitinin Yekun Bəyannaməsində “Şərq tərəfdaşlığı”nın bütün dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinin birmənalı olaraq dəstəklənməsi bu baxımdan böyük əhəmiyyətə malikdir.
Nəticə etibarilə, ötən il Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr keyfiyyətcə yeni mərhələyə qədəm qoyub, yeni saziş üzərində danışıqlar başlayıb. Bütövlükdə isə, Azərbaycan diplomatiyası 2017-ci ildə mühüm nailiyyətlər qazanıb.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22

