/ / Elçin Mirzəbəyli: Prezident İlham Əliyevin bu qərarı dövlətçiliyimizdə varisliyin qorunması baxımından tarixi qərardır
Elçin Mirzəbəyli: Prezident İlham Əliyevin bu qərarı dövlətçiliyimizdə varisliyin qorunması baxımından tarixi qərardır
12.01.2018 [10:02]
“Dövlətçilik tarixinə və ənənələrinə münasibətdə ardıcıllıq bu ənənələrin gələcək nəsillərə ötürülməsi, dövlətçilik yaddaşının formalaşdırılması, inkarçı deyil, yaradıcı, qurucu, istiqlalçı dövlətçilik təfəkkürünün formalaşdırılması baxımından çox mühüm əhəmiyyət kəsb edir. Bu amillər dövlətçiliyin mənəvi sütunlarıdır”.
Bu fikri siyasi şərhçi Elçin Mirzəbəyli AZƏRTAC-a açıqlamasında Prezident İlham Əliyevin 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsinə münasibət bildirərkən deyib.
Elçin Mirzəbəyli deyib: “Hansı dövlətlərdə ki tarixə, dövlətçilik ənənələrinə münasibətdə ədalətli yanaşma var, dövlətçilikdə varislik, ənənəvilik ardıcıllıqla, “dünənə daş atmadan” davam etdirilir, o dövlətlər də dünyanın siyasi xəritəsində öz mövqelərini möhkəmləndirir və inkişaf etdirirlər. Tarixə, dövlətçiliyə münasibətdə mühafizəkarlıq, dövlət idarəçilik sisteminə yanaşmada isə çevik və innovativ islahatçılıq inkişafın təməlidir. Bu kontekstdə bir nümunə gətirmək istəyirəm. Məsələn, Rusiyada Romanovlar sülaləsi, mütləq monarxiya hakimiyyəti süquta uğradı, burjua inqilabı qalib gəldi və qısa müddətdə, bəlkə də simvolik mövcud olsa da özündən əvvəlkini inkar etdi. Daha sonra bolşevik inqilabı baş verdi və yaranan yeni rejim də özündən əvvəlkilərin üstündən qırmızı xətt çəkdi. SSRİ süquta uğrayandan sonra isə 70 illik dönəm inkar edildi. Bu yanaşmanın təzahürləri müasir Rusiyanın siyasi sistemində, dövlətçilik ənənələrinə münasibətində hələ də özünü büruzə verir. Qonşu İranda 1979-cu ildə baş verən inqilab da bu ölkəyə oxşar təcrübəni yaşatdı. Yaxın Şərqə, ərəb ölkələrinə diqqət yetirsək, daha acınacaqlı bir vəziyyətin mövcudluğunu görə bilərik.
Lakin alternativlər də var. Bizə münasibətdə hansı mövqe sərgiləmələrindən asılı olmayaraq, Avropanın əksər ölkələrində tarixdə baş verən bütün kataklizmlərə baxmayaraq, dövlətçilik ənənələrinin ardıcıllığı və tarixə münasibətdə ənənəvilik qorunub saxlanılır.
Azərbaycan da böyük dövlətçilik ənənələri olan dövlətlərin yolunu gedir, tarixə münasibətdə ədalətli, həssas, mütərəqqi mövqe sərgiləyir, özünün olandan imtina etmir, tarixin səhifələrini cırıb atmır, əksinə, yanlışlardan nəticə çıxarır, doğruları isə daha da inkişaf etdirir.
Prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsini də məhz bu kontekstdən dəyərləndirir və Azərbaycan dövlətçiliyində ənənə ardıcıllığının, varisliyin qorunması baxımından mühüm tarixi qərar hesab edirəm. Bu yanaşma Azərbaycanın ənənələrə söykənən bir dövlət olduğunu, öz tarixindən qürur duyduğunu və gələcək nəsillərə Azərbaycanın dövlətçilik tarixinə sevgi aşılamağı qarşısına ali məqsəd kimi qoyduğunu nümayiş etdirir”.
Xəbər lenti
Hamısına baxSosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:09

