Siyavuş Novruzov: İlham Əliyev alternativsiz liderdir!
09.02.2018 [10:20]
“Ölkəmizin müasir siyasi tarixində növbəti əhəmiyyətli hadisə yaşandı və ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyasının VI qurultayında siyasi təşkilatımızın Sədri, Prezident İlham Əliyevin növbədənkənar prezident seçkilərində namizədliyi irəli sürüldü. Artıq bu gündən O, həm partiyamızın 700 minlik üzvlərinin, həm də bütövlükdə xalqımızın alternativsiz lideri olaraq aprel ayının 11-də keçiriləcək seçkilərdə möhtəşəm qələbəyə doğru inamla addımlayacaq”. Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib.
Onun sözlərinə görə, bu seçim eyni zamanda xalqın seçimidir və xalq-hakimiyyət birliyinin bariz təcəssümüdür: “Bütövlükdə, Prezident İlham Əliyevin alternativsiz lider olması bir sıra əhəmiyyətli məqamlara söykənir. Ölkəmizdə uzun illərdir ki, ictimai-siyasi sabitlik mövcuddur, iqtisadi qüdrətimiz dünyanın ən aparıcı dövlətləri ilə eyni sırada dayanır, Azərbaycan bir sıra nüfuzlu sorğu mərkəzlərinin keçirdiyi sorğularına görə ön pillələrdə yer alır və bu kimi uğurlarımız minlərlədir. Əbəs deyil ki, Azərbaycan istər Cənubi Qafqaz regionunda, istərsə də dünyada lider ölkəyə və söz sahibinə çevrilib. İstər regional, istərsə də daha böyük istiqamətlərdə görülən işlər, reallaşdırılan layihələr bu liderliyin məntiqi nəticəsidir. Əlbəttə ki, eyni zamanda bütün bunların əsası bilavasitə Prezident İlham Əliyevin müdrik, qətiyyətli və uzaqgörən siyasətinə söykənir. Ümumiyyətlə isə O, hər bir azərbaycanlının Prezidenti, xalqına verdiyi vədlərinə əməl edən əvəzsiz liderdir”.
Siyavuş Novruzov onu da bildirib ki, Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində mühüm irəliləyişlərə, diplomatik uğurlara nail olub, bundan sonra da davamlı şəkildə nailiyyətlər əldə ediləcək: “Mən xüsusilə, 2016-cı ilin aprel döyüşlərində Ali Baş Komandanımızın rəhbərliyi altında azad edilən torpaqlarımızda, Cocuq Mərcanlıda başlayan nəhəng quruculuq və abadlıq işlərini vurğulamaq istərdim. Bu gün azad olunmuş ərazilərimizin yüksək nöqtələrində üçrəngli bayrağımız qürurla dalğalanır. Bizlər əminik ki, bu bayrağımız yaxın zamanlarda Xankəndində, Şuşamızda da dalğalanacaq”.
YAP-ın İcra katibinin müavini bildirib ki, Azərbaycan xalqı aprelin 11-də keçiriləcək növbədənkənar seçkilərdə hər zamankı kimi fəallıqla iştirak edəcək: “Əminəm ki, həmin gün xalqımızın fəal iştirakı ilə keçiriləcək seçkilər Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin qələbəsi ilə nəticələnəcək”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34

