Bolqarıstan mətbuatı Xocalı soyqırımından yazır
01.03.2018 [10:09]
Bolqarıstanın bir sıra nüfuzlu KİV-ləri Xocalı soyqırımı barədə geniş məqalələr yayıb. “Focus” agentliyinin yaydığı “Azərbaycan Xocalı qətliamının 26-cı ildönümünü qeyd edir” adlı xəbərdə Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayı ilə birlikdə 1992-ci il fevralın 26-da Xocalının mülki əhalisinə qarşı cinayət törətdiyi bildirilir. Qətliam nəticəsində 63 uşaq, 106 qadın və 70 qoca daxil olmaqla, 613 nəfərin həlak olduğu, 8 ailənin tamamilə məhv edildiyi, 130 uşağın bir valideynini, 25 uşağın isə hər iki valideynini itirdiyi, faciədən sonra minlərlə mülki şəxsin əlil qaldığı qeyd olunur. Xəbərdə Xocalı soyqırımı qurbanlarının xatirəsinin Azərbaycanda və dünyanın digər ölkələrində yad edildiyi bildirilir.
Agentlik tərəfindən yayımlanan “Dünya tarixində 26 fevral” tarixi xronikasında 1992-ci il fevralın 26-da Azərbaycanın Dağlıq Qarabağ regionundakı Xocalı şəhərinin işğal olunması barədə məlumat verilir və bu zaman törədilən insan haqları pozuntularının “Memorial” Hüquq Müdafiə Mərkəzinin və “Human Rights Watch” təşkilatının müstəqil hesabatlarında təsdiqləndiyi bildirilir.
“Standart” qəzetində də Xocalı soyqırımı ilə bağlı məqalə dərc edilib. Məqalədə fevralın 26-nın azərbaycanlılar üçün faciəli tarix olduğu qeyd edilir, keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə erməni silahlı qüvvələrinin şəhərdə soyqırımı törətdiyi və bu faciənin Azərbaycan tarixinə ən dəhşətli səhifələrdən biri kimi daxil olduğu vurğulanır. Xocalı soyqırımının insanlıq əleyhinə ən böyük cinayətlərdən biri kimi dünya tarixinə daxil olduğu qeyd edilir, soyqırımının acı nəticələri barədə ətraflı məlumat verilir. Məqalədə Xocalıda törədilən cinayətlərin cəzasız qalmasının Ermənistan və Azərbaycan arasında uzun müddətdir gözlənilən sülhün əldə olunmasına maneə yaratdığı diqqətə çatdırılır. Yazıda dünyanın 10-dan çox ölkəsinin, ABŞ-ın 20-dən artıq ştatının Xocalı soyqırımını tanıdığı və qınadığı vurğulanır. “Standart” qəzetinin həm onlayn, həm də çap versiyasında dərc olunan məqalədə soyqırımının acı nəticələrini təsvir edən fotolara geniş yer verilib.
Bolqarıstanın “News.bg” internet portalında Xocalı faciəsi ilə bağlı iki hissədən ibarət məqalə yayılıb. Məqalədə bu yazının elmi-tədqiqat işi olduğu, hər hansı təbliğat mahiyyəti daşımadığı qeyd olunur, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin Xocalı şəhərini işğal etdiyi, mülki əhaliyə qarşı soyqırımı həyata keçirdiyi qeyd olunur. Azərbaycan xalqının bu il Xocalı soyqırımının 26-cı ildönümünü qeyd etdiyi vurğulanır. Müəllif Xocalının strateji əhəmiyyətinə toxunaraq şəhərin işğalı prosesi barədə ətraflı məlumat verir, eyni zamanda, erməni silahlı qüvvələri tərəfindən əhalinin şəhəri tərk etməyə məcbur edilməsi prosesi barədə aydın təsvir yaradır. O, Xocalını tərk edən insanların erməni silahlı dəstələri tərəfindən atəşə tutulduqlarını və yalnız kiçik bir qrupun Azərbaycanın nəzarətindəki ərazilərə çata bildiyini qeyd edir. Məqalədə Xocalının işğal olunması prosesi və nəticələri barədə erməni cəlladların etirafları geniş şəkildə öz əksini tapır.
Xəbər lenti
Hamısına baxGündəm
07 Sentyabr 13:28
Dünya
07 Sentyabr 13:19
Dünya
07 Sentyabr 12:35
Siyasət
07 Sentyabr 12:22
Sosial
07 Sentyabr 12:19
Dünya
07 Sentyabr 11:41
Dünya
07 Sentyabr 11:13
Dünya
07 Sentyabr 10:58
İqtisadiyyat
07 Sentyabr 10:57
Sosial
07 Sentyabr 10:56
Sosial
07 Sentyabr 10:55
YAP xəbərləri
07 Sentyabr 10:29
Dünya
07 Sentyabr 10:24
Gündəm
07 Sentyabr 10:20
Dünya
07 Sentyabr 09:42
Dünya
07 Sentyabr 09:15
Dünya
07 Sentyabr 08:50
Dünya
07 Sentyabr 08:37
Dünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54

