/ / Novruz bayramı münasibətilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb
Novruz bayramı münasibətilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb
20.03.2018 [09:32]
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülən mətbuat işçilərinin martın 17-də mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli qeyd edib ki, bu gün ölkədə medianın fəaliyyətinə dövlət dəstəyi daha da artıb, bu sahədə çalışanlar üçün hərtərəfli şərait yaradılıb.
Vüqar Səfərli qeyd edib ki, Fond KİV-lərin inkişafı, jurnalistlərin maddi vəziyyətinin yaxşılaşdırılması üçün bir sıra tədbirlər həyata keçirir. Ötən illər ərzində onlarla belə müsabiqə təşkil edilib və 600-ə yaxın jurnalist mükafatlandırılıb.
Bu il ilk yazı müsabiqəsinin Novruz bayramı ərəfəsində keçirildiyini söyləyən V.Səfərli bu müsabiqədə 67 kütləvi informasiya vasitəsinin iştirak etdiyini və müsabiqəyə 169 yazının təqdim olunduğunu vurğulayıb. Müsabiqəyə təqdim olunmuş yazılar ekspertlər tərəfindən qiymətləndirilib və hər istiqamət üzrə 6 yazı qalib elan edilib. Hər bir istiqamət üzrə birinci yer üzrə 1, ikinci yer üzrə 2, 3-cü yer üzrə 3 yer müəyyən edilib. Ümumilikdə 15 istiqamət üzrə 90 yazı qalib elan olunub.
Novruz bayramı münasibətilə mətbuat işçilərini təbrik edən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafına hərtərəfli dövlət dəstəyi göstərildiyini və ölkəmizin reallıqlarının isə media mənsubları tərəfindən dünyaya çatdırıldığını vurğulayaraq deyib: “Jurnalistlərlə ünsiyyət çox xoşdur. Qələm sahibləri olan yerdə dövlətin, millətin problemləri lazımi dairələrə çatdırılır, onlar vasitəsilə biz həm öz cəmiyyətimiz, həm də xarici aləmlə ünsiyyətə giririk”.
Əli Həsənov əlavə edib ki, 2017-ci il dövlətimizin inkişafında uğurlu il olub. Dövlətin inkişafı, sosial layihələr və nəzərdə tutulan digər layihələr uğurla icra edilir. 2018-ci ildə də bizi mühüm hadisələr gözləyir. Bunların arasında ən mühümü aprelin 11-də keçiriləcək prezident seçkiləridir. Seçkilərə intensiv hazırlıq işləri gedir. Martın 19-dan aprelin 10-dək seçkiqabağı təbliğat dövrü olacaq. Əminəm ki, sizlər bu təbliğata hazırsınız. Bu təbliğatın böyük hissəsi məhz KİV-lərin üzərinə düşəcək. Siz qarşıdan gələn prezident seçkilərində həm vətəndaş kimi iştirak edərək namizədlərə öz münasibətinizi bildirəcəksiniz, həm də bilavasitə seçkilərin gedişini işıqlandıracaqsınız.
Prezidentin köməkçisi deyib ki, bu il ölkədə həm də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd ediləcək. Bilirsiniz ki, dövlətimizin başçısının Sərəncamı ilə bu il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib. Bu səbəbdən də nəinki Azərbaycanda, dünyanın hər yerində bu əlamətdar yubileylərlə bağlı silsilə tədbirlər keçiriləcək.
Əli Həsənov qeyd edib ki, ölkədə jurnalistlərin müdafiəsi ilə bağlı bütün məsuliyyəti Azərbaycan dövləti öz üzərinə götürüb. Düşünürəm ki, bu il də jurnalistlərin ciddi müdafiəyə ehtiyacı olmayacaq. Əksinə, jurnalistlər dövlətin yaratdığı müdafiə mexanizmlərindən məharətlə istifadə edəcəklər.
Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi əmin olduğunu bildirib ki, Azərbaycan 2018-ci ili də uğurla başa çatdıracaq. Azərbaycanın mühüm, hələ də həll edilməyən problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, nəhayət, öz həllini tapacaq, işğal altında olan torpaqlarımız azad ediləcək, qaçqın və köçkünlər doğma yurdlarına qayıdacaqlar.
Sonra müsabiqədə birinci yerə layiq görülən jurnalistlərin mükafatlandırılması mərasimi olub.
Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti və Qarabağ həqiqətləri haqqında KİV əməkdaşlarının elmi maarifləndirilməsinə yönəlmiş təbliğat fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Elçin Əhmədov Mətbuat Şurasının xüsusi mükafatına layiq görülüb.
Tədbirdə Novruz bayramının adətlərinə uyğun olaraq yumurta döyüşdürülüb, qalib qiymətli hədiyyə ilə mükafatlandırılıb.
Mərasim incəsənət ustalarının maraqlı konsert proqramı ilə davam edib.
Xəbər lenti
Hamısına baxSosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42

