/ / Eldar İbrahimov: Konstantin Zatulin ermənilərə sifarişlə çalışan çox zavallı və miskin bir şəxsdir
Eldar İbrahimov: Konstantin Zatulin ermənilərə sifarişlə çalışan çox zavallı və miskin bir şəxsdir
31.03.2018 [09:54]
“Rusiya Dövlət Dumasının üzvü Konstantin Zatulin ermənilərə, separatçılıq fəaliyyəti ilə məşğul olanlara satılmış, muzdla, sifarişlə çalışan çox zavallı və miskin bir şəxsdir. Onun Azərbaycanla, xüsusilə, ölkə Prezidenti İlham Əliyevin səsləndirdiyi fikirlərlə bağlı mövqeyi sərsəmlikdən və boşboğazlıqdan başqa bir şey deyil. Boşboğazlıq, yalançılıq, şər və böhtançılıq onun xislətindədir”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov deyib.
Azərbaycan Prezidentinin tarixi Azərbaycan torpaqları haqqında son dövrlərdə söylədiyi fikirlərin Ermənistanda çox ciddi narahatlıqla qarşılandığını deyən komitə sədrinin sözlərinə görə, xüsusən də, cənab İlham Əliyevin azərbaycanlıların gec-tez İrəvan, Zəngəzur, Göyçə torpaqlarına qayıdacağı ilə bağlı bəyanatları həm Ermənistan rəhbərliyini, həm də xaricdəki erməni diaspor təşkilatlarını, sözün əsl mənasında, narahat etməkdədir: “Çünki ölkə Prezidentinin fikirləri, bəyanatları tutarlı arqumentlərə, tarixi faktlara və sübuta geniş ehtiyacı olmayan dəlillərə əsaslanır. Cənab İlham Əliyevin mövqeyi tam həqiqəti əks etdirir və erməniləri, işğalçılıq və təcavüzkarlıq siyasəti ilə məşğul olan cinayətkar Ermənistan rəhbərliyini, erməni lobbisi və diasporunu fakt qarşısında qoyur”.
E.İbrahimov deyib ki, burada da söhbət Azərbaycanın Ermənistana qarşı ərazi iddiasından deyil, azərbaycanlıların öz tarixi torpaqlarında yaşamaq hüququndan gedir.
Millət vəkili qeyd edib ki, Konstantin Zatulin Rusiyanın özündə qalmaqallı, keçmişi qaranlıq bir siyasətçi kimi tanınır. Onun sözlərinə görə, Zatulin çirkin yollarla Moskva Dövlət Universitetinə (MDU) qəbul olunub: “Onun öz tələbə yoldaşlarının bildirdiyinə görə, Zatulin universitetdə bir qayda olaraq bu və ya digər qayda pozuntusu edən tələbələr barədə rəhbərliyə məlumat verməklə məşğul olub. İndiyə qədər də onun elmi biliyi, siyasi savadı həm tələbə yoldaşları, həm də Rusiya elmi ictimaiyyəti arasında böyük suallar doğurur. Zatulin Rusiya parlamentinə seçilənə qədər fırıldaq işlərlə məşğul olması ilə tanınıb. O, vaxtilə komsomol xətti ilə kommersiya obyektləri yaradıb, moskvalılara pulsuz mənzil verəcəyi ilə şirnikləndirməklə 2 milyona qədər lotereya satıb, amma onlara mənzil verməyib. O, bu və ya digər siyasi qüvvə tərəfindən maddi baxımdan həvəsləndirilərək sifarişli siyasi fəaliyyəti ilə də tanınır. Ümumiyyətlə, onun adı bir qayda olaraq ya çirkin kommersiyalarda, ya fırıldaqçılıqda, yaxud da sifarişli siyasi fəaliyyətdə hallanır. Buna görə də erməni millətçiləri Zatulindən vaxtaşırı özlərinin Azərbaycana qarşı çirkin ideoloji təbliğatında istifadə etməyə çalışırlar. Amma onun dediklərinə özündən və əmr aldığı və özü ağılda, təfəkkürdə olan ağalarından başqa kimsə inanmır. O, əslində, sərsəmləmələri ilə erməniləri, nökərçilik etdiyi ağalarını da pis duruma salır. Çünki onun dedikləri fakt, sübut, arqument deyil, böhtan, şər və qarayaxmadır”.
E.İbrahimov xatırladıb ki, Zatulin hələ illər öncəsi Azərbaycan dövlətinin icazəsi olmadan Dağlıq Qarabağa qanunsuz səfər edib və qondarma “DQR” rəhbərliyi ilə görüşlər keçirərək separatçıları dəstəklədiyini açıq-aşkar nümayiş etdirib. Bu isə, təbii ki, narahatlıq və etiraz doğurmaya bilməzdi. “Həmin vaxtlar mənim də daxil olduğum Azərbaycan parlamentinin nümayəndə heyətinin Rusiyaya səfəri zamanı bu məsələ Dumanın rəhbərliyi qarşısında qaldırılmışdı. Rusiya Dövlət Dumasının sədri də Zatulinin hərəkətlərinin yolverilməz olduğunu, Rusiya dövlətinin mövqeyini əks etdirmədiyini ifadə etmişdi. Ancaq görünən odur ki, Zatulin onunla bağlı ölçü götürülmədiyi, hərəkətlərinə layiqli qiymət verilmədiyi, cəzalandırılmadığı üçün öz fitnəkar əməllərindən əl çəkmək fikrində deyil, əksinə, separatizmə, erməni terrorçuluğuna dəstək ifadə edən fəaliyyətini daha da genişləndirməkdədir. Ancaq dediyim kimi, onu ermənilərdən başqa ciddiyə alan yoxdur”, - deyən YAP İdarə Heyətinin üzvü əlavə edib ki, tarixi həqiqətlər Azərbaycanın tərəfindədir. İndiki Ermənistan adlanan dövlətin ərazisi əzəli Azərbaycan torpaqlarıdır və bu torpaqlar gec-tez öz tarixi sahiblərinə də geri dönəcək.
Xəbər lenti
Hamısına baxGündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42

