/ / Bolqarıstanın qeyri-hökumət təşkilatı Azərbaycanda keçiriləcək prezident seçkilərinə dair aralıq hesabatını açıqlayıb
Bolqarıstanın qeyri-hökumət təşkilatı Azərbaycanda keçiriləcək prezident seçkilərinə dair aralıq hesabatını açıqlayıb
05.04.2018 [10:13]
Bolqarıstanın Azad və Demokratik Seçkilər üçün Vətəndaş Təşəbbüsü (GISDI) qeyri-hökumət təşkilatı aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı aralıq hesabatını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, GISDI-nin uzunmüddətli müşahidə missiyasının təqdim etdiyi aralıq hesabatında hazırkı geosiyasi vəziyyət Azərbaycanda 11 aprel prezident seçkilərinin keçirilməsini zəruri edən hal kimi qiymətləndirilir, seçkilərin müşahidə edilməsinin demokratik və ədalətli seçkilər üçün beynəlxalq standartlara uyğun olduğu vurğulanır. Hesabatda Azərbaycanın siyasi, iqtisadi və mədəni xüsusiyyətləri də nəzərdən keçirilir, seçkiqabağı vəziyyət və seçkilərin keçirilməsi üçün hüquqi çərçivə dəyərləndirilir, namizədlərin irəli sürülməsi və qeydiyyatı, təşviqat kampaniyası, onun KİV-də işıqlandırılması və s. kimi məsələlərə münasibət bildirilir.
Sənəddə prezidentliyə namizədlərin irəli sürülməsi və qeydiyyatı ilə bağlı prosedur və tələblərin tam və aydın şəkildə qanunda öz əksini tapdığı bildirilir. Vurğulanır ki, bəzi siyasi partiyalar istisna olmaqla qeydiyyata alınmış siyasi partiyaların əksəriyyəti prezident seçkilərində iştirak etmək istəklərini ifadə ediblər.
Hesabatda müxtəlif təşkilatlar tərəfindən seçkiöncəsi keçirilmiş sosioloji sorğuların nəticələri təhlil edilir. Sorğuların nəticələrinə istinad edən hesabat müəllifləri respondentlərin böyük əksəriyyətinin Azərbaycanda ictimai-siyasi vəziyyəti sabit kimi qiymətləndirdiyini, Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasəti dəstəklədiyini bildirirlər. Respondentlərin böyük əksəriyyəti bütün sorğularda hazırda fəaliyyət göstərən Prezidentin reytinqinin çox yüksək olduğunu və seçkilərdə onu dəstəkləyəcəyini vurğulayıb.
Hesabat müəllifləri qeyd edirlər ki, digər müxalifət partiyalarını və birliklərini prezident seçkilərində iştirakdan çəkindirən əsas səbəb onların şansızlığının əvvəlcədən bəlli olması ilə bağlıdır. Ənənəvi boykotçu olan iki müxalifət və onların satellit təşkilatlarının seçkilərdə namizəd irəli sürməkdən imtinasının səbəbləri ekspert rəyləri ilə izah edilir. Göstərilir ki, əsas səbəb onların irəli sürəcəkləri namizədin əsas namizədlə rəqabət etmək imkanının olmaması ilə əlaqədardır.
GISDI seçkilərin keçirilməsi üçün mövcud hüquqi çərçivəni qiymətləndirərək xatırladır ki, Seçki Məcəlləsi Avropa Şurasının Venesiya Komissiyası, ATƏT/DTİHB və Beynəlxalq Seçki Sistemi Fondu (IFES) ilə sıx əməkdaşlıq nəticəsində 2003-cü ilin may ayında qəbul edilib.
Hesabat müəllifləri Azərbaycandakı seçki sistemi, Mərkəzi Seçki Komissiyasının fəaliyyəti haqqında da məlumat verirlər.
Hesabatda seçicilərin maarifləndirilməsi və səlahiyyətləri məsələlərinə də geniş yer ayrılır. Bildirilir ki, Mərkəzi Seçki Komissiyası (MSK) seçicilərin məlumatlılığının artırılması, məntiqli seçim etmək və səsvermə kimi mülki hüquqlarından istifadə etmək səlahiyyəti vermək məqsədilə müxtəlif layihələr həyata keçirib. MSK çoxsaylı çap materialları hazırlayıb və paylayıb, dövlət və özəl mediada radio və televiziya proqramları təşkil edib. Eyni zamanda, Youtube-da və digər sosial mediada bir sıra maarifləndirici qısametrajlı videolar yerləşdirilib. Seçki kampaniyası zamanı qeydə alınmış namizədlərə pulsuz efir vaxtı və nəşr üçün yer ayıracaq teleradio verilişləri təşkilatları və dövri nəşrlər müəyyən edilib. Televiziya və radioda təşkil edilən pulsuz efir vaxtından namizədlər özləri və ya nümayəndələri vasitəsilə istifadə edirlər. Hər hansı pozuntu qeydə alınmayıb.
Hesabatda bildirilir ki, namizədlərin seçicilərlə görüşləri üçün qanunvericiliyə uyğun olaraq ölkənin 70-dən artıq şəhər və qəsəbəsində yerli icra hakimiyyəti orqanlarının qərarları ilə xüsusi yerlər müəyyən olunub.
Aralıq hesabatında ümumiləşdirmələr aparılaraq bildirilir ki, ölkədə demokratik seçkilər keçirməyə tam yararlı, beynəlxalq standartlara uyğun hüquqi çərçivə mövcuddur. Seçkiqabağı mühit sabitdir, seçicilərin öz seçimini azad ifadə etmək, ədalətli və demokratik seçkilərin təşkili baxımından heç bir təhlükə yoxdur. Azad və demokratik seçkilərin keçirilməsi baxımından ölkədəki makrosiyasi mühit münbitdir.
GISDI 1990-cı ildə Bolqarıstanda təsis edilib. Bu təşkilat seçkilərin müşahidə olunması sahəsində ixtisaslaşıb və yaradıldığı vaxtdan indiyədək Bolqarıstanda müşahidə missiyalarını həyata keçirib. GISDI bir sıra beynəlxalq seçki müşahidə missiyalarında iştirak edib. Azərbaycanda isə 2003-cü ildən etibarən seçkiləri müşahidə edir.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40

