/ / Rövşən Rzayev: ATƏT DTİHB-nin qərəzli seçki hesabatı birmənalı olaraq əvvəlcədən hazırlanmış hesabatdır
Rövşən Rzayev: ATƏT DTİHB-nin qərəzli seçki hesabatı birmənalı olaraq əvvəlcədən hazırlanmış hesabatdır
14.04.2018 [10:19]
ATƏT-in Parlament Assambleyasının, Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun və Avropa Şurası Parlament Assambleyasının aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı qərəzli hesabatı birmənalı olaraq əvvəlcədən hazırlanmış, Azərbaycanın bugünkü reallığını əks etdirməyən hesabatdır.
Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rövşən Rzayev deyib.
Rövşən Rzayev bildirib ki, bunun səbəbi Azərbaycana qarşı həyata keçirilən ikili standartlardır. Azərbaycan xalqı heç zaman bu cür ədalətsiz yanaşma ilə razılaşmayacaq.
İndiyədək müxtəlif ölkələrdə seçkiləri müşahidə etdiyini bildirən Milli Məclisin deputatı deyib: “Bir neçə il əvvəl AŞPA-nın müşahidə missiyasının tərkibində Ukraynada keçirilən seçkiləri izləyirdim. Biz 20 qrupa bölünmüşdük və hər qrupda 2 deputat var idi. Mən finlandiyalı nümayəndə ilə bütün gün ərzində məntəqələri gəzdim. Sonra biz AŞPA nümayəndəliyinin ovaxtkı rəhbərinə hesabat verdik. İyirmi qrupun hamısı seçkilərin müsbət keçdiyini bildirdi və yazılı şəkildə nümayəndəliyin rəhbərinə hesabat verdi. AŞPA nümayəndəliyinin rəhbəri razılığını bildirərək dedi ki, seçkilər baş tutub, hər şey qaydasındadır, heç bir problem yoxdur. Bununla da biz işimizi bitirdik. Ertəsi gün axşam isə Ukraynada mətbuat konfransı keçirildi. Orada ATƏT-in, Avropa Parlamentinin və AŞPA-nın nümayəndələri var idi. Hesabat vaxtı AŞPA nümayəndəliyinin rəhbəri birdən-birə dedi ki, Ukraynada keçirilən seçkilər ədalətdən uzaqdır və o, bizim gördüklərimizin tam əksini dedi. Bunu deməkdə məqsədim odur ki, bunların hazırladıqları hesabat tam ədalətsiz, ikili standartlara əsaslanan hesabatdır.
Azərbaycan xalqı öz seçimini etdi. Bu seçimə hörmətlə yanaşmaq lazımdır. Azərbaycan xalqı öz liderinə inanır, Onun ətrafında hər zaman sıx birləşib. Azərbaycan xalqı müdrik xalqdır, heç zaman yol verməyəcək ki, ölkəmizdə qərəzli qüvvələrin istədiyi kimi, onlara lazım olan fəaliyyət həyata keçsin. Azərbaycan vətəndaşı öz doğma Vətəninə bağlıdır. Azərbaycan bugünkü sabitliyini heç zaman heç nəyə dəyişməz. Buna görə də bu qərəzli qüvvələrin ədalətsiz mövqeləri bizi narahat etmir”.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

