Ermənistanda Serj Sarkisyan əleyhinə etiraz aksiyaları səngimir
20.04.2018 [10:26]
Etirazçı kütlə dövlət strukturlarının binalarını blokadaya almaq və hökumətin işini iflic etmək niyyətindədir
Xəbər verildiyi kimi, Ermənistanda Serj Sarkisyana qarşı etiraz aksiyaları daha da alovlanmaqdadır. Belə ki, aprelin 18-də İrəvanda keçirilmiş mitinqdə çıxış edən və etiraz aksiyalarına rəhbərlik edən müxalifətçi deputat Nikol Paşinyan nümayişçiləri aprelin 19-da Respublika Meydanına yığışmağa çağırıb. “Sputnik Armeniya”nın yaydığı məlumata görə, o, etirazçıları aprelin 19-dan etibarən hökumət binalarını blokadaya almağa, Nazirlər Kabinetinin fəaliyyətini iflic etməyə çağırıb. Qeyd edək ki, dünən İrəvanda müxalifətin növbəti mitinqi yürüşlə davam edib. Aprelin 17-dən davam edən qarşıdurmalarda saxlanılanların sayı isə 91 nəfərə çatıb. Saxlanılanlardan 37 nəfərə inzibati iş açılıb, daha 54 nəfərin işi üzrə materiallar isə mümkün cinayət tərkibinin təsdiqlənməsi üçün istintaqa verilib.
Vurğulamaq lazımdır ki, Ermənistanda baş verən etiraz aksiyaları zamanı jurnalistlər də xəsarət alıblar. “RİA Novosti”nin məlumatına əsasən, qarşıdurmalarda başından zədə alan jurnalist Tirayr Muradyan xəstəxanaya yerləşdirilib. Xəstəxanadan bildiriblər ki, onun başının gicgah hissəsində yüngül toxumalar zədələnib. Jurnalist açıqlamasında bildirib ki, etiraz aksiyası zamanı ona mülki geyimdə olan şəxslər hücum ediblər.
Xatırladaq ki, aprelin 17-də parlamentdə keçirilən xüsusi iclasda Serj Sarkisyan Ermənistanın baş naziri seçilib. Konstitusiya dəyişikliyindən sonra Ermənistanda prezidentin səlahiyyətləri baş nazirə verilib. Ölkəni bundan sonra baş nazir idarə edəcək. Buna etiraz edən xalq kütlələri isə kütləvi etiraz aksiyaları keçirirlər.
Ümumiyyətlə, qeyd edilməlidir ki, Ermənistanda baş verən hadisələr birmənalı şəkildə xalq kütlələrinin Sarkisyan rejiminə qarşı etirazlarıdır. Belə ki, hərbi xunta yaradaraq hakimiyyəti zəbt etmiş Sarkisyanın öz maraqları üçün ölkədə parlamentli respublika üsul-idarəsi tətbiq etməsi və yenidən baş nazir seçilərək Ermənistanın idarəçiliyini ələ alması onsuz da rejim tərəfindən sıxılan xalqın etirazlarına səbəb olub. Bu, Sarkisyanın yenidən hakimiyyəti zəbt etməsi kimi dəyərləndirilir. İnsanlar açıq şəkildə, mitinqlərdə çıxışları zamanı bəyan edirlər ki, Serj Sarkisyanın baş nazir olmasını istəmirlər. Onun prezidentliyi dövründə ölkədə ictimai-siyasi və sosial-iqtisadi vəziyyətin daha da pisləşdiyini, əhalinin kütləvi şəkildə ölkəni tərk edərək xaricə üz tutduğunu görmüş insanlar Sarkisyanın baş nazir olmasına qəti etirazlarını bildirirlər. Lakin görünən budur ki, əhalinin düşdüyü acınacaqlı durum hakimiyyəti əlində cəmləməyə can atan Serj Sarkisyan üçün maraqlı deyil. Qeyd edək ki, Sarkisyan 2008-2018-ci illərdə hakimiyyətdə olduğu dövrdə işğalçı ölkədə sosial vəziyyət dözülməz halda olub, işsizlik, miqrasiya kütləvi hal alıb.
İşğalçı ölkədə baş verənlərlə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, Ermənistanda sistemli böhran yeni mərhələyə daxil olub və bu gün həmin böhranın mühüm tərkib hissəsi olan siyasi böhran isə özünün pik nöqtəsinə gəlib çatıb. E.Nəsirov qeyd edib ki, Ermənistanda gərginlik yaranacağı ilə bağlı gözləntilər, proqnozlar var idi və bu proqnozlar da özünü doğrultdu: “Burada üç amili xüsusi qeyd etmək istərdim. Birincisi, xalq ona görə ayağa qalxıb ki, Serj Sarkisyanın 10 illik hakimiyyətindən bezib. Çünki bu 10 illik hakimiyyət Ermənistan əhalisinə yalnız əzab-əziyyət, iztirab və işgəncə gətirib. Ermənistan əhalisinin yoxsulluq səviyyəsi dözülməz hala gəlib çatıb, ölkədə iqtisadiyyat ümumiyyətlə tənəzzül edib, ölkədən mühacirət isə heç zaman olmadığı səviyyəyə çatıb. Bunu görən erməni xalqı Serj Sarkisyanın bundan sonra da hakimiyyətdə qalmasını istəmir və ona qarşı ayağa qalxıb. İkinci tərəfdən, Sarkisyan ölkədə siyasi islahatlara gedib prezidentli respublikanı parlamentli respublikaya çevirəcəyi ilə bağlı addımlar atmağa başlayarkən bəyan etmişdi ki, onun baş nazir kürsüsünə iddiası yoxdur və heç bir halda Ermənistanın baş naziri olmayacaq. Bu gün xalq həm də ona görə ayağa qalxır ki, Serj Sarkisyan növbəti dəfə xalqını aldatdı. Və nəhayət, hesab edirəm ki, Azərbaycan dövlətinin Ermənistana münasibətdə tətbiq etdiyi taqətdən salma taktikası öz işini görüb və Ermənistanın üzləşdiyi bugünkü böhranda Azərbaycanın bu taktikasının mühüm rolu var. Artıq erməni xalqında belə bir düşüncə hasil olmaqdadır ki, nə qədər ki Azərbaycan torpaqları işğal altındadır, onların heç bir xöşbəxtliyi, heç bir gələcəyi yoxdur və vəziyyətləri daha da pisləşəcək. Bu düşüncə tərzi Ermənistanda getdikcə daha geniş yayılmaqdadır. Bunun səbəbkarı kimi isə Serj Sarkisyanın adı qeyd edilir və ona görə də hesab edirəm ki, bu gün, sözün həqiqi mənasında, Sarkisyanın başı üzərində qorxulu kabus fırlanmaqdadır”.
Milli Məclisin üzvü Bəxtiyar Əliyev də Ermənistanın hazırkı iqtidarını terroru dəstəkləyən, hakimiyyətə məhz terror vasitəsilə gələn bir siyasi qüvvə adlandırıb. Onun sözlərinə görə, bu gün Sarkisyan hakimiyyəti özünün işğalçılıq siyasəti, yarıtmaz fəaliyyəti ilə Ermənistanı tam dalana dirəyib: “Erməni xalqı da, dünya da artıq bu siyasətdən bezib. Ona görə də bu gün artıq o faşist rejimi heç cür Ermənistanda vəziyyətə nəzarət edə bilmir, nəhayət, xalq ayağa qalxıb. Ermənistandakı bu terrorçu qüvvə, yəqin ki, yaxın zamanlarda siyasi hakimiyyətdən tamamilə uzaqlaşdırılacaq, çünki bunu etməsələr, Ermənistanın gələcəyi yoxdur, Ermənistan heç bir mühüm böyük layihələrə qoşula bilməyəcək və bu gedişlə ölkə iqtisadiyyatı tamamilə çökəcək. Bu gün Ermənistan iqtisadiyyatı dözülməz vəziyyətdədir, insanlar yoxsulluq, səfalət içində yaşayırlar, əhali tam ümidsizliyə qapanıb. Ermənistanın özünün açıqladığı statistikaya görə, hər il 240-250 min insan ölkəni tərk edir və xaricdə sığınacaq əldə edir, çünki onların başqa çıxış yolu yoxdur. Ölkədə qalan insanlar da rejimdən yaxa qurtarmaq üçün son cəhdlərini göstərirlər”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

