İstanbulda spikerlərin QDİƏT Parlament Məclisinin 25-ci ildönümü ilə bağlı Sammiti keçirilib
17.05.2018 [09:16]
İstanbulda spikerlərin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) 25-ci ildönümünə həsr olunmuş Sammiti keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Sammitdə iştirak edib. Tədbirdə Azərbaycanın QDİƏT PM-də nümayəndə heyətinin başçısı, deputat Eldar Quliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər də iştirak ediblər.
Sammitin rəsmi açılışında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin baş katibi Asəf Hacıyev, QDİƏT Parlament Məclisinin sədri, Albaniya parlamentinin sədri Gramoz Ruçi və Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman çıxış ediblər. Çıxışlarda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin ötən dövrdəki fəaliyyətinin nəticələrinə nəzər yetirilib, perspektivlərdən, eləcə də təşkilatın işinə mane olan məsələlərdən danışılıb.
Sonra təşkilatın 25 illiyinə həsr edilən film nümayiş olunub.
Təşkilata üzv ölkələrin nümayəndə heyətlərinin başçılarının çıxışları dinlənilib.
Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze, Bolqarıstan Xalq Məclisinin sədri Tsveta Karayançeva, Moldova parlamentinin sədri Andrian Kandu və başqaları Qara dəniz bölgəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün mövcud imkanlar və şərtlər, üzv ölkələr arasında qarşılıqlı münasibətlərin əməkdaşlığa təsiri və s. məsələlər ətrafında fikir və mülahizələrini bölüşüblər. Qeyd olunub ki, mövcud münaqişələr təşkilatın səmərəli fəaliyyətinə mane olan başlıca amildir. Vurğulanıb ki, tranzit daşımalar üçün yeni beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması, ticarət əlaqələrinin genişləndirilməsi və enerji təhlükəsizliyi üzv ölkələrin maraqlarını təmin edir. Bu mənada Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi və açılışına hazırlıq görülən TANAP layihəsi xüsusilə təqdirəlayiq işlər sırasındadır.
İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin yubileyi münasibətilə tərəfləri təbrik edən Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, beynəlxalq siyasətin mühüm bir amilinə çevrilmiş parlament diplomatiyasının səmərəliliyi və dəyişən şəraitin tələblərinə uyğunlaşma qabiliyyəti Parlament Məclisinin fəaliyyətində bir daha sınaqdan keçmişdir. Beynəlxalq həyatda parlament diplomatiyasının əhəmiyyətinin artması müasir dünya siyasətinin önəmli cəhətlərindən biridir. Hökumətlərin xarici siyasət qərarlarına təsir göstərmək imkanına malik olan və bundan ötrü spesifik siyasi mexanizm və alətlərdən istifadə edən parlament diplomatiyası dövlətlər arasında əməkdaşlığın inkişafına kömək göstərir. Qloballaşma şəraitində dövlətlər və xalqlar arasında işbirliyi zərurətinin gücləndiyi bir şəraitdə parlament diplomatiyasının əhəmiyyətinin getdikcə artması tamamilə məntiqidir.
Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və onun Parlament Məclisi çərçivəsində tərəfdaşlıq münasibətlərinin dərinləşməsinə böyük əhəmiyyət verdiyini diqqətə çatdıran Oqtay Əsədov qeyd edib ki, ölkələrimizin birgə səyləri ilə həyata keçirilən transmilli iqtisadi layihələr regionun zəngin təbii ehtiyatlarından, nəqliyyat imkanlarından və intellektual potensialından səmərəli istifadə etməyə imkan yaradır, ölkələrimiz üçün ümumi olan bir çox problemlərin həllinə yol açır. Təşkilatın üzvü olan 3 ölkənin - Azərbaycanın, Gürcüstanın və Türkiyənin iştirakı ilə regionda bir sıra transmilli layihələr həyata keçirilmişdir, bəzi layihələr isə icra mərhələsindədir. Xəzər dənizinin karbohidrogen ehtiyatlarını dünya bazarlarına çıxaran Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Azərbaycanın enerji potensialının dünyaya təqdim edilməsinə yönələn başqa nəhəng layihələr, Bakı-Tbilisi-Qars dəmir yolu, bölgənin tranzit potensialını inkişaf etdirən digər beynəlxalq nəqliyyat layihələri xalqlarımızın firavan gələcəyinin təmin edilməsinə yönəlmişdir. Bütün bunlar sübut edir ki, bölgəmizin dinamik inkişafı üçün hər cür şərait var. Lakin təəssüf ki, bir sıra münaqişələrin mövcudluğu regionun inkişafı yolunda böyük maneə olaraq qalır. Bizim zorla cəlb edildiyimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin indiyədək həll olunmaması nəinki ölkəmizin inkişafını ləngidir, həm də regionda və ümumən dünyada sülh və sabitlik üçün ciddi təhlükə törədir.
Rəsmi hissədən sonra təşkilatın ən fəal üzvlərinın spikerlərinə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 25 illik yubileyi münasibətilə təsis olunan “Şərəf” medalı təqdim edilib. Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov və Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman “Şərəf” medalına layiq görülüblər.
Təşkilatın 25 illiyi ilə əlaqədar Birgə Bəyanat qəbul edilib.
Sammit çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov ilə Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze arasında görüş olub.
Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim tədbirlərdə iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

