Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib
24.05.2018 [09:33]
Mayın 23-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda altı məsələyə baxılıb. Gündəlik barədə məlumat verən Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov qeyd edib ki, 2016-cı ildə ölkəmizdə keçirilmiş referendum nəticəsində Konstitusiyaya edilən dəyişikliklər bəzi qanunvericilik aktlarının uyğunlaşdırılması zərurətini meydana gətirib.
İclasda Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin əməkdaşı Eldar Əsgərov “Dövlət sirri haqqında” və “Sərhəd qoşunları haqqında” qanunlarda aparılan dəyişikliklər barədə deputatlara ətraflı məlumat verib. Bildirib ki, əsas məqsəd qanunvericilikdə mövcud olan uyğunsuzluqların aradan qaldırılmasıdır.
Sonra komitə sədri Ziyafət Əsgərov növbəti qanun layihələrini şərh edib. Diqqətə çatdırıb ki, 2017-ci ildə Azərbaycan Prezidentinin Fərmanına əsasən, sərhəd qoşunlarında struktur dəyişikliyi aparıldığına görə həmin müddəanın “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanunda da öz əksini tapması vacibdir. “Mülki müdafiə haqqında” qanunda dövlət qulluqçularının statusu ilə bağlı konkretləşmə aparılır. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Siyasi partiyalar haqqında” qanunlara təklif olunan dəyişikliklər isə redaktə xarakterlidir.
Komitə üzvləri təklif olunan dəyişikliklərlə bağlı fikir mübadiləsi aparıblar. Gündəlikdəki bütün qanun layihələri Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

