/ / Parlamentin komitə iclasında “Uşaqların zərərli informasiyadan qorunması haqqında” yeni qanun layihəsi müzakirə edilib
Parlamentin komitə iclasında “Uşaqların zərərli informasiyadan qorunması haqqında” yeni qanun layihəsi müzakirə edilib
30.05.2018 [09:48]
Mayın 29-da Milli Məclisin insan hüquqları komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda “Uşaqların zərərli informasiyadan qorunması haqqında” yeni qanun layihəsi müzakirə edilib.
Qanun layihəsi barədə fikirlərini səsləndirən Milli Məclis sədrinin müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova bildirib ki, Azərbaycanda mövcud qanunvericilik uşaq hüquqlarının qorunması məsələlərini özündə əks etdirir. 1998-ci ildə qəbul olunmuş “Uşaq hüquqları haqqında” Qanunun 15-ci maddəsində haqqında söhbət gedən məsələ əks etdirilir. Son zamanlar bu maddənin ikinci hissəsinə edilən dəyişikliklə əlaqədar olaraq belə bir qərar verilib ki, bu məsələ ayrıca bir qanunla tənzimlənsin, yeni bir qanun layihəsi hazırlansın. Azərbaycan Prezidentinin belə bir qanunun hazırlanması ilə bağlı Nazirlər Kabinetinə xüsusi tapşırığı olub. Bu da insan alverinə qarşı mübarizəyə dair əlaqələndiricinin milli fəaliyyət planının icrasına kömək məqsədi daşıyır. Çünki bu sahədə müxtəlif səpkili problemlər var. Azərbaycanda mövcud qanunvericilik “Uşaq hüquqları haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Teleradio yayımı haqqında”, “Reklam haqqında” qanunlar ümumi şəkildə bu qanunun nəzərdə tutduğu məsələləri əks etdirir. Amma detallı şəkildə, konkret istiqamətlər, bu istiqamətlərə cavabdehlik daşıyan qurumlar, bu qurumların fəaliyyəti, bu fəaliyyətə olan tələblər bu qanunlarda əksini tapmadığı üçün belə bir qanunun işlənməsinə ehtiyac duyulub.
Qeyd edilib ki, qanun layihəsinin məqsədi uşaqların sağlamlığına mənfi təsir göstərən, o cümlədən onların mənəvi, psixi, fiziki və sosial inkişafına ziyan vuran informasiyalardan qorunmasını nəzərdə tutur. Bununla əlaqədar olaraq qanun layihəsi bir sıra istiqamətləri tənzimləyir. Uşaqlar üçün zərərli informasiya nədir onların dairəsi müəyyənləşdirilir. Onların yayılmasına olan tələblər, onların zərərliliyinə görə təsnifatlaşdırılması və yaş qrupuna görə işarələnməsi məsələsi, bu informasiyaların ekspertizasına dair ümumi tələblər, ekspertizanı həyata keçirən ekspertlərin fəaliyyətinə dair tələblər və hüquqi ekspertizanın nəticələrinə dair tələblər burada əksini tapır. Qanun bu məsələləri özündə hərtərəfli əks etdirir.
Qanun layihəsini təqdim edən Milli Məclis Aparatının sosial qanunvericilik şöbəsinin baş məsləhətçisi Sevinc Rəhimova bildirib ki, qanun layihəsi uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun həyata keçirilməsi ilə əlaqədar olaraq uşaqların onlar üçün zərərli informasiyadan qorunması tədbirlərini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.
Beş fəsil, on doqquz maddədən ibarət qanun layihəsində uşaqların informasiya əldə etməsi, ailə institutunu nüfuzdan salan informasiya, həmçinin informasiya məhsulunun yaş təsnifatı, zorakılığın və qəddarlığın nümayişi və digər bu kimi anlayışların izahatı verilir.
Layihədə müvafiq maddəyə əsasən uşaqların mənafelərinin üstün tutulması, onların hüquq və azadlıqlarının təmini, uşaqların həyat və sağlamlığı üçün təhlükəsiz olan, onların hərtərəfli inkişafını və sosiallaşmasını təmin edən informasiya məhsullarının dövriyyəsinə şəraitin yaradılması, zorakılığın, qəddarlığın, narkotik vasitələrin və psixotrop maddələrin, alkoqollu içkilərin və tütün məmulatlarının, cəmiyyət əleyhinə davranışın, pornoqrafik xarakterli informasiyanın təbliğinin yolverilməzliyi uşaqların zərərli informasiyadan qorunması sahəsində əsas prinsiplərdir. Həmçinin zərərli informasiya məhsullarının dövriyyəyə daxil edilməsinin, o cümlədən informasiya texnologiyalarından istifadə etməklə uşaqlara qarşı törədilən hüquqpozmaların qarşısının alınması, uşaqların zərərli informasiyalardan qorunması sahəsində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi də bu prinsiplərə daxildir.
Sonra komitə üzvləri qanun layihəsi haqqında fikir və təkliflərini səsləndiriblər.
Sonda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

