/ / Prezident İlham Əliyev: Siyasi və iqtisadi transformasiya istiqamətində aparılan siyasət uğurlu olub
Prezident İlham Əliyev: Siyasi və iqtisadi transformasiya istiqamətində aparılan siyasət uğurlu olub
01.06.2018 [09:07]
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 61-ci kitabı çapdan çıxıb
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 61-ci kitabı çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 61-ci kitabındakı materiallar 2013-cü ilin dekabrından 2014-cü ilin aprelinədək olan dövrü əhatə edir.
Həmin dövrdə Azərbaycanın yüksək səviyyədə təmsil olunduğu mühüm hadisələrdən biri Davos Forumu olub. Prezident İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfər edib. Kitaba Azərbaycan Prezidentinin Forum çərçivəsində bir sıra ölkələrin dövlət və hökumət başçıları, nüfuzlu şirkətlərin rəhbərləri ilə görüşlərinə, keçirilən tədbirlərdə, o cümlədən “Avrasiya - yeni sərhədlər” mövzusunda sessiyada, “Cənubi Qafqaz və Mərkəzi Asiya: qlobal iqtisadiyyata yol” mövzusunda qəbulda iştirakına dair materiallar toplanıb.
“Siyasi və iqtisadi transformasiya və sərmayələrin cəlb edilməsi istiqamətində aparılan siyasət uğurlu olub. Bu gün artıq Azərbaycan xarici ölkələrə sərmayə qoyur. Bunların hamısı olduqca qısa zamanda baş verib. Bu gün bizim regionumuz nəhəng potensiala, dinamik inkişafa və böyük insan kapitalına malik məkan hesab olunur. Bu məsələdə böyük inkişaf potensialı vardır və bizim göstəricilər dünya üzrə orta göstəricilərdən üstündür”, - deyə dövlətimizin başçısı “Cənubi Qafqaz və Mərkəzi Asiya: qlobal iqtisadiyyata yol” mövzusunda çıxışı zamanı bildirib.
Azərbaycan Respublikası Prezidentinin Belçika Krallığına, Soçidə Qış Olimpiya Oyunlarının rəsmi açılışında iştirak etmək üçün Rusiya Federasiyasına və Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün Niderland krallığına işgüzar səfərləri, habelə həmin dövrdə Türkiyənin Baş nazirinin, Gürcüstan Prezidentinin, Monako knyazının Azərbaycana səfərləri zamanı apardığı danışıqlara dair materiallar verilib.
Bu cilddə dövlətimizin başçısının məktubları, nitq və çıxışları, KİV-lərə bəyanat və müsahibələri də yer alıb.
Çoxcildliyin bu kitabına, həmçinin Azərbaycan Prezidentinin Niderland, Bolqarıstan, Qazaxıstan, Türkiyə, İran, Almaniya, Fransa, Rusiya, İtaliya, Avstriya və digər ölkələrin, habelə ATƏT, İSESCO, İƏT və digər beynəlxalq təşkilatların Azərbaycana səfər etmiş yüksəkvəzifəli şəxslərini qəbul etməsinə dair informasiyalar daxil edilib.
Nəşrin bu cildində dövlətimizin başçısının Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr edilmiş iclasda, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda söylədiyi nitqlərin mətnləri ilə, Gəncə, Sumqayıt şəhərlərinə, Göygöl rayonuna səfərlərinə, bölgələrdə və paytaxtda müxtəlif infrastruktur obyektlərinin açılış mərasimlərində iştirakına, ictimaiyyət nümayəndələri ilə görüşlərinə dair materiallarla da tanış olmaq mümkündür.
Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də daxil edilib.
“Azərnəşr” tərəfindən buraxılan 61-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34

