Azərbaycan-Çin əlaqələri uğurla inkişaf edir
02.06.2018 [10:39]
İyunun 1-də Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov ölkəmizdə səfərdə olan Çin Xalq Respublikasının Dövlət Şurasının baş katibinin müavini, ÇXR-in Dövlət Şurası yanında Dövlət Orqanları üzrə İdarənin rəhbəri Li Baoronqun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Əli Əhmədov Çin nümayəndə heyətinin Azərbaycana səfərinin önəmini qeyd edib. “Biz bu səfəri yüksək qiymətləndiririk. Bu, tarixi səfərdir və ikitərəfli münasibətlərin inkişafına öz töhfəsini verəcək”, - deyə o əlavə edib.
Baş nazirin müavini deyib ki, dost ölkələr olan Çin və Azərbaycan arasında çox yaxşı ikitərəfli münasibətlər var və bu münasibətlər inkişaf edir. Siyasi sahədəki əlaqələri xüsusi vurğulamaq lazımdır. Yüksəksəviyyəli qarşılıqlı səfərlər zamanı müxtəlif sahələrdə əməkdaşlıqla bağlı danışıqlar aparılıb.
Çinin Azərbaycanın ərazi bütövlüyünü tanımaqla bağlı qətiyyətli mövqeyinə görə minnətdarlığını bildirən Əli Əhmədov iki ölkə arasında siyasi münasibətlərin bir aspektinin də Azərbaycan və Çin hakim partiyalarının dostluq münasibətləri olduğunu deyib. Qeyd edib ki, bu əlaqələr bütün sahələrdə əməkdaşlığın inkişafına töhfə verir. Baş nazirin müavini vurğulayıb ki, bütün bu münasibətlərin əsasını iqtisadi əməkdaşlıq təşkil edir. İki ölkə arasında iqtisadi əlaqələri inkişaf etdirmək üçün səylər xeyli artırılıb. Bu yaxınlarda Azərbaycanın iqtisadiyyat naziri Çində səfərdə olub. İqtisadi sahədə əlaqələr digər sahələrdəki münasibətlər üçün mühüm əsas yaradır. Çin dünyanın ən güclü iqtisadiyyatıdır. Azərbaycanın iqtisadiyyatı qarşılıqlı investisiya qoyuluşları üçün əlverişlidir. Biz dost ölkə kimi daha çox Çin kapitalının Azərbaycana yatırılmasını arzu edirik.
Əli Əhmədov bildirib ki, Azərbaycanda turizm inkişaf edir. Bu baxımdan, Çin vətəndaşlarının Azərbaycana daha çox səfər etmələrini arzulayırıq.
Görüşdə iştirak edən Azərbaycan Respublikası Prezidentinin işlər müdiri Oqtay Şahbazov ölkələrimiz arasında tələbə mübadiləsinin genişləndirilməsini və Azərbaycanda Çin dilinin daha geniş tədrisini təklif edib.
Li Baoronq ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlıq əlaqələrinin olduğunu bildirib. Azərbaycana səfərdən məmnunluğunu bildirən qonaq qeyd edib ki, münasibətlərimizin inkişafı məmnunedicidir. O, səfərin əlaqələrimizin inkişafına töhfə verəcəyinə əminliyini söyləyib.
Xəbər lenti
Hamısına baxHadisə
27 Avqust 11:52
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32

