Koçaryan-Sarkisyan cütlüyünün məsuliyyətə cəlb olunacağı gün uzaqda deyil
12.06.2018 [08:50]
Vaxtilə keçmiş prezidentlərə birbaşa xidmət edənlərin istintaq ifadələri də təsdiq edir ki, İrəvandakı bu quldur rejimi təkcə Azərbaycan xalqına qarşı deyil, erməni xalqına qarşı da çoxsaylı cinayətlər törədib
Aprel ayında 6 günlük baş nazir olan eks-prezident Serj Sarkisyanın biabırçı şəkildə hakimiyyətdən uzaqlaşdırılmasından sonra işğalçılıq siyasəti və terror dalğası üzərində layiq olmadıqları yüksək postlara yiyələnən Ermənistanın kriminal rejiminə başçılıq edənlərin həbs edilməsi gündəmə gəlir. Ermənistan mətbuatında son günlər yer alan məlumatlara görə, 2008-ci il martın 1-də Ermənistanda seçki saxtakarlığına qarşı əhalinin dinc etiraz aksiyasının gülləbaran edilməsi nəticəsində 10 nəfərin qətlə yetirilməsi ilə bağlı istintaq işi açılıb və o vaxt bu aksiyaların dağıdılmasında iştirak edən yüksəkrütbəli məmurlar istintaqa cəlb olunurlar. Artıq məbuata sızan bəzi istintaq ifadələri bu cinayətdə keçmiş prezidentlər - Robert Koçaryan və Serj Sarkisyanın bilavasitə günahkar olduqlarına dəlalət edir.
Belə ki, həmin hadisələr zamanı daxili qoşunların komandanı olmuş Qriqor Qriqoryan istintaq ifadələrində dinc aksiya iştirakçılarına atəş açmağa göstərişi həmin vaxt prezident olan Robert Koçaryandan aldığını açıq şəkildə etiraf edib. Q.Qriqoryanın sözlərinə görə, 1 mart 2008-ci il tarixində dinc nümayiş iştirakçılarına qarşı keçirilən, 8 nəfəri dinc etiraz aksiyasının iştirakçısı olmaqla, 10 nəfər Ermənistan vətəndaşının həlak olması ilə nəticələnən əməliyyatın sifarişçisi eks-prezident R.Koçaryan olub. İfadəsində Q.Qriqoryan o vaxt Ermənistan prezidenti, eyni zamanda, silahlı qüvvələrin ali baş komandanı olmuş R.Koçaryandan aldıqları əmr əsasında aksiya iştirakçılarına hücum əməliyyatı təşkil edildiyini və qəti şəkildə aksiyanı dağıtmaq əmri verildiyini birmənalı şəkildə qeyd edib.
Q.Qriqoryanın sözlərinə görə, təlimatın əsasında nümayişçilərə atəş açmaq və bu zaman qadağan edilən xüsusi vasitələrdən istifadə etmək göstərişləri dayanıb. Məsələ ondadır ki, hüquq-mühafizə orqanlarının yüksəkrütbəli əməkdaşları birbaşa R.Koçaryana tabe olduğu üçün onun verdiyi əmrdən boyun qaçıra bilməyiblər. Amma Q.Qriqoryan da ehtiyatlı tərpənib və gələcəkdə özünü sığortalamaq üçün həmin hadisələr zamanı R.Koçaryanla danışıqlarının səsini öz telefonuna yazıb. Bu addımla o, R.Koçaryanın həmin cinayətdə birbaşa əli olduğunu sübut etmək üçün vasitənin saxlanmasına nail olub. Q.Qriqoryanın R.Koçaryanın adını çəkməsi o demək deyil ki, həmin seçkilərdə hakimiyyətə gələn Serj Sarkisyanın heç bir günahı olmayıb. Ən azı ona görə ki, S.Sarkisyan həmin vaxt Ermənistanın baş naziri olub.
Ümumiyyətlə, son 20 il ərzində İrəvanda hakimiyyəti ələ keçirən Koçaryan-Sarkisyan cütlüyü təkcə seçkilərdə yox, bütün dövrlərdə əhaliyə qarşı müxtəlif cinayətlərə əl atıblar. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonların işğalına birbaşa rəhbərlik edən və Xocalı soyqırımını törədən bu cütlük son 20 il ərzində öz xalqına da bəladan başqa heç nə gətirməyib. Bu cütlüyün hakimiyyəti dövründə Ermənistanda demokratiya və insan hüquqları kimi dəyərlər ayaqlar altına atılıb. 1999-cu ilin 27 oktyabrında Ermənistan parlamentindəki müəmmalı qətliamdan sonra tam şəkildə hakimiyyətə yiyələnənlərin təşkil etdikləri bütün seçkilər rejim tərəfindən saxtalaşdırılıb, adi vətəndaş hüquq və azadlıqları, o cümlədən vətəndaşların sərbəst toplaşmaq azadlığı pozulub, dinc etiraz aksiyaları isə qəddarlıqla dağıdılıb.
İqtisadiyyat sahəsində də son 20 ildə heç bir inkişafa nail ola bilməyən, apardıqları işğalçı siyasətdən vaz keçmədikləri üçün faktiki olaraq blokada şəraitində yaşayan əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün heç bir ciddi tədbir görə bilməyən bu cütlüyün hakimiyyəti dövründə azad sahibkarlığa qarşı da cinayət dərəcəsində üsullara əl atılıb. Ağır sosial-iqtisadi durumdan təngə gələn əhalinin, demək olar ki, yarıdan çoxu Ermənistanı tərk edib. Ona görə də yerli mətbuat yazır ki, əhalinin əksər hissəsi, xüsusilə müharibədə yaxınları həlak olanlar, əmlakları qanunsuz müsadirə olunan iş adamları ədalətin bərqərar olacağı, Koçaryan-Sarkisyan cütlüyünün həbs ediləcəyi günü səbirsizliklə gözləyirlər.
Digər mühüm məqam ondan ibarətdir ki, bu cütlüyün hakimiyyəti dövründə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda həmişə qeyri-konstruktiv mövqe ortaya qoyulub, R.Koçaryan və S.Sarkisyanın danışıqlarda iştirakları həmişə nə hərb, nə sülh prosesinin uzanmasına xidmət edib. Bununla da mövcud status-kvonun saxlanması məqsədi güdülüb.
Beləliklə, Koçaryan-Sarkisyan cütlüyünün formalaşdırdığı quldur rejimin təkcə Azərbaycan xalqına deyil, erməni xalqına qarşı da çoxsaylı cinayətlər törətdiyi bir daha sübut olunur. Belə ki, Koçaryan-Sarkisyan cütlüyü hakimiyyəti qorumaq üçün öz xalqına qarşı silah işlətməkdən belə çəkinməyib. Ermənistanda mövcud olan indiki şəraitdə bu cinayətkar cütlüyün məsuliyyətə cəlb olunacağı gün uzaqda deyil. Bundan sonra R.Koçaryanın və S.Sarkisyanın Azərbaycan xalqına qarşı törətdiyi, beynəlxalq hüquqda müharibə cinayətləri hesab edilən əməllərə görə cavab verməsinin də yolu açılacaq.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

