/ / BMT QAK-ın regional nümayəndəsi: Azərbaycanda qaçqınlar və məcburi köçkünlər üçün hərtərəfli şərait yaradılıb
BMT QAK-ın regional nümayəndəsi: Azərbaycanda qaçqınlar və məcburi köçkünlər üçün hərtərəfli şərait yaradılıb
11.07.2018 [09:11]
İyulun 10-da Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov ölkəmizdə səfərdə olan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) regional nümayəndəsi Yohannes van der Klauvun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Əli Əhmədov qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin, sosial təminatının yaxşılaşdırılması istiqamətində görülən işlər barədə qonaqlara ətraflı məlumat verib. O, BMT QAK-ın hər zaman Azərbaycan hökumətinin reallaşdırdığı layihələrin dəstəkçisi olduğunu vurğulayıb.
Əli Əhmədov görüşdə iştirak edən “Fuji Optical Co. Ltd” şirkətinin rəhbəri, dünya şöhrətli oftalmoloq Akio Kanaiyə ölkəmizdəki qaçqın və məcburi köçkünlərə, aztəminatlı ailələrə göstərilən təmənnasız optometrik xidmətə görə Azərbaycan hökuməti adından təşəkkürünü bildirib, bunun ən böyük humanistlik və xeyirxahlıq nümunəsi olduğunu diqqətə çatdırıb.
Qeyd edilib ki, Yaponiyanın “Fuji” humanitar missiyası Azərbaycandakı humanitar fəaliyyətinin yerinə yetirilməsi üçün 2005-ci ildən indiyədək 2,6 milyon ABŞ dollarınadək vəsait xərcləyib. 54 minədək yüksəkkeyfiyyətli optik eynək və digər əşyalar BMT QAK xətti ilə Azərbaycana gətirilib. Ümumilikdə, 28 mindən artıq qaçqın, məcburi köçkün və digər həssas qruplardan olan insanlar BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin aidiyyəti hakimiyyət orqanları ilə birgə şərait yaratdığı ödənişsiz göz müayinəsi xidmətlərindən faydalanıb. “Siz həm də Beyləqan rayonunda sudan əziyyət çəkən bəzi insanlara yardım etmisiniz, buna görə də sizə təşəkkür edirik”, - deyə Baş nazirin müavini bildirib.
BMT QAK-ın regional nümayəndəsi Yohannes van der Klauv Azərbaycanda qaçqın və məcburi köçkünlər üçün yaradılan hərtərəfli şəraitdən məmnun qaldıqlarını qeyd edib.
Sonra Akio Kanai Azərbaycanda gördükləri işlər barədə ətraflı məlumat verib.
Görüşdə maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
BMT-nin qaçqınlar üzrə ali komissarının Azərbaycana yeni təyin olunmuş nümayəndəsi Quido Ambroso da görüşdə iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23

