/ / Naqif Həmzəyev: Baş verən hadisələr ölkənin sabitliyinə, inkişafına qarşı yönələn məkrli plandır
Naqif Həmzəyev: Baş verən hadisələr ölkənin sabitliyinə, inkişafına qarşı yönələn məkrli plandır
12.07.2018 [09:55]
“İyulun 10-u axşam saatlarında Gəncə şəhərində təxminən 200 nəfərə yaxın pozucu dəstə sabitliyi pozmaq, iğtişaş törətmək məqsədilə qeyri-qanuni aksiya keçirməyə cəhd göstərib. Polis əməkdaşları qətiyyətli tədbirlər həyata keçirərək aksiyanın qarşısını alıb, şübhəli bilinən iğtişaş iştirakçıları saxlanılıb. 30 dəqiqə ərzində şəhərdə asayiş tam bərpa edilib”. Bu sözləri APA-ya açıqlamasında Gəncədən seçilmiş deputat Naqif Həmzəyev deyib.
N.Həmzəyev bildirib ki, hazırda hüquq-mühafizə orqanları vəziyyətə tam nəzarət edir: “Əlinə soyuq silah, deşici-kəsici alətlər alaraq şəhərin baş meydanında pozucu aksiyalara cəhd göstərmək, təxribat törətmək, xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarını qətlə yetirmək nə dinə, nə də demokratiyaya xidmət edir. Son bir həftə ərzində baş verən hadisələr ölkədə xaos yaratmaq, sabitliyi, ictimai asayişi pozmaq məqsədilə Azərbaycanı istəməyən qüvvələrin təxribatıdır”.
Deputatın fikrincə, parçaları bir-birinə birləşdirəndə aydın olur ki, bu, çox ağıllı düşünülmüş, ölkənin sabitliyinə, inkişafına qarşı yönələn məkrli plandır: “Hadisələr mərhələli şəkildə davam etdi. Əvvəlcə cəmiyyətin kövrək hisslərindən istifadə etməyə çalışan radikal qrup terrorçudan qəhrəman yaratmağa çalışdı. Lakin bu məqsədlərinə çata bilmədilər. İnsanlar qəhrəmana çevirmək istədikləri terrorçunu araşdırmağa başladılar. Nəticədə “qəhrəman”ın zombini xatırladan cani olduğu aydın oldu. Sonra sosial şəbəkələr üzərindən Gəncədə etiraz aksiyasına dəvətlər başladı. Gəncə sakinləri qaldı bir kənarda, Gəncə ilə əlaqəsi olmayan, xarici ölkələrdə yaşayan yalançı vətənpərvərlər düşdü ortaya, Gəncədə iğtişaş, təxribat xarakterli aksiyaya çağırışlar etdilər. Nəticədə qanunun, ictimai asayişin keşiyində dayanan 2 polis zabiti qətlə yetirildi. İlk gündən dövlətə, dövlətçiliyə sadiq Gəncə sakinləri məsələyə laqeyd qalmadı, şəhərdə iğtişaş, təxribat törətməyə çalışanları lənətlədilər”.
Xəbər lenti
Hamısına baxElm
26 Avqust 18:51
İqtisadiyyat
26 Avqust 18:10
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Mədəniyyət
26 Avqust 16:56
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23

