/ / Elçin Əhmədov: Gəncə hadisələri bir daha göstərdi ki, Azərbaycanda xalq-iqtidar birliyi möhkəm əsaslara söykənir
Elçin Əhmədov: Gəncə hadisələri bir daha göstərdi ki, Azərbaycanda xalq-iqtidar birliyi möhkəm əsaslara söykənir
13.07.2018 [09:26]
Azərbaycan Cənubi Qafqaz regionunda lider dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Azərbaycan mühüm geosiyasi məkan kimi regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Müasir dövrdə Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bütün bunlar onu deməyə əsas verir ki, həyata keçirilən qlobal miqyaslı tədbirlər bu gün Azərbaycanın dünyada nüfuzunu xeyli artırıb, ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov Gəncədə baş vermiş hadisələrə münasibət bildirərkən deyib.
Elçin Əhmədov qeyd edib ki, hazırda Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun gündən-günə artmasının və gənc müstəqil dövlətimizin regionda söz sahibinə çevrilməsinin dünyadakı anti-Azərbaycan qüvvələri ciddi şəkildə narahat etdiyi danılmaz və təkzibedilməz faktdır. Bu, Gəncədə baş vermiş hadisənin xaricdən idarə olunmasına, qanlı hadisəni törədən ibtidai təfəkkürlü adamların məkrli, anti-Azərbaycan qüvvələrin əlaltıları olmasına heç bir şübhə yeri qoymur. Azərbaycanda xaos yaratmaq istəyən düşmən qüvvələr bu yolu seçiblər. Amma yanılıblar, çünki indi XX əsrin 90-cı illəri deyil və həm də Azərbaycan o zamankı Azərbaycan deyil.
Bununla yanaşı, son vaxtlar anti-Azərbaycan qüvvələrin muzdlu nökərləri sosial şəbəkələri özlərinə tribuna seçiblər. Bu baxımdan sosial şəbəkələrdə Azərbaycanda mövcud sabitliyin pozulması, qarşıdurma yaratmaq məqsədilə aksiyalara cəlb etmək üçün dini şüarlarla çağırışlar edilməsi dövlətçiliyimizə, milli mənəvi dəyərlərimizə qarşı qəsd kimi qiymətləndirilməlidir. Eyni zamanda, din pərdəsi altında fəaliyyət göstərən radikal qrupların cəmiyyətdə insanları iğtişaşlara təhrik etməsi dövlətə qarşı terrordur və islami dəyərlərimizə tamamilə ziddir. Gəncə hadisələrindən əvvəl həmin təxribatçı qrupların şüarlarında dövlət, hakimiyyət əleyhinə fikirlər üstünlük təşkil edirdi. Bu hadisələr həm də dövlətimizin dayaqlarını sarsıtmaq, din pərdəsi altında içərilərimizə soxulmaq istəyən fanatiklərin, radikalların, düşmən qüvvələrin Azərbaycandakı əlaltılarının müəyyən edilib zərərsizləşdirilməsinə səbəb oldu. Şübhəsiz ki, Gəncədə “etiraz aksiyası” adı altında törədilən bu cinayətin təşkilatçıları və iştirakçıları ağır cəzalandırılacaq. İnanırıq ki, bu, Azərbaycanda qarşıdurma, xaos yaratmaq istəyənlərə, eləcə də Azərbaycanı suriyalaşdırmaq illüziyaları ilə yaşayanlara ən sarsıdıcı zərbə olacaq. Azərbaycan dövləti və onun başçısı qanunun aliliyini, vətəndaşların təhlükəsizliyini təmin etməklə yanaşı, dövlətçiliyi, milli maraqlarımızı da hər zaman uca tutur. Eyni zamanda, Azərbaycan xalqı ictimai-siyasi sabitliyi, davamlı sosial-iqtisadi inkişafı dəyərləndirərək bunun təminatçısı olan dövlət başçısına hər zaman dəstək nümayiş etdirir. Bu hadisələr həm də onu göstərdi ki, Azərbaycanda xalq-iqtidar birliyi möhkəm əsaslara söykənir.
Xəbər lenti
Hamısına baxDünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Dünya
26 Avqust 20:34
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
İqtisadiyyat
26 Avqust 18:10
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Mədəniyyət
26 Avqust 16:56
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35

